PDF Oxu

Əsas

  • 3 839

Novruz Məmmədov “SƏS”çiləri təbrik edib

image

"Azərbaycanın mətbuat tarixində "SƏS" qəzetinin özünəməxsus yeri və rolu var. Bu qəzet müstəqil və suveren Azərbaycan uğrunda fədakarcasına mübarizə apararaq şərəfli bir yol keçmişdir". SİA-nın verdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "facebook" sosial şəbəkəsindəki səhifəsində "SƏS" qəzetinin 26 illik yubileyi münasibətilə fikirlərini bildirərkən deyib.

PA rəsmisi deyib ki, həmişə və ən çətin məqamlarda da Ulu Öndər Heydər Əliyev ideallarına sədaqət nümunəsi göstərən "SƏS" qəzeti bu gün də bu yolda ön sıradadır: "Tutduqları bu şərəfli və məsuliyyətli yolda "SƏS" qəzetinin bütün kollektivinə ən xoş arzular".

Digər xəbərlər