PDF Oxu

Əsas

  • 4 887

Qadınlar arasında sahibkarlığın inkişafı məsələləri müzakirə edilib

image

"Qadınlar arasında sahibkarlığın inkişafı: problemlər və perspektivlər" mövzusunda beynəlxalq konfrans iqtisadi sahədə qadınların rolunun artmasında mühüm rol oynayacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Özbəkistan Respublikası Baş nazirinin müavini Tanzila Narbayeva ilə görüşündə səsləndirib. Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini vurğulayan Ə.Əhmədov qeyd edib ki, gender bərabərliyi məsələləri Azərbaycan hökumətinin fəaliyyətində əhəmiyyətli rol oynayır. O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi beynəlxalq konfransda Özbəkistan Baş nazirinin müavininin iştirak etməsini yüksək qiymətləndirərək əmin olduğunu bildirib ki, Tanzila Narbayevanın Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına layiqli töhfə verəcək. Ə.Əhmədov Azərbaycan iqtisadiyyatın inkişafından, Prezident İlham Əliyevin iqtisadiyyatın qeyri-neft sektoruna, o cümlədən qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına diqqət və qayğı ilə yanaşmasından söz açıb.

T.Narbayeva deyib ki, bir neçə dəfə Bakıda olub. Şəhər tamamilə dəyişib və sürətlə inkişaf edir. O, Özbəkistanda, xüsusən sosial-iqtisadi sahədə həyata keçirilən islahatlardan danışıb. Özbəkistan Baş nazirinin müavini qarşıda duran konfransı çox aktual adlandırıb və əmin olduğunu bildirib ki, bu konfrans qadınlar arasında sahibkarlığın inkişafında mühüm rol oynayacaq.

Digər xəbərlər