PDF Oxu

Əsas

  • 5 286

Avropa Xalq Partiyası Siyasi Qrupunun vitse-prezidenti Milli Məclisdə olub

image

Aprelin 25-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Parlamentində Avropa Xalq Partiyası Siyasi Qrupunun vitse-prezidenti Lara Kominin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Lara Kominin ölkəmizə səfərinin əhəmiyyətindən danışan sədr bu səfərin Avropa Parlamenti ilə Milli Məclis, həmçinin Azərbaycan və İtaliya arasında münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini bildirib. Azərbaycan ilə İtaliya arasında yaxşı əlaqələrin olduğunu deyən Oqtay Əsədov qeyd edib ki, bu əlaqələr artıq strateji tərəfdaşlıq səviyyəsindədir. L.Komi Azərbaycana səfəri zamanı bir neçə gün ərzində görüş keçirəcəyini diqqətə çatdırıb.

Digər xəbərlər