Əsas

  • 3 762

Korrupsiyaya qarşı idarəetmə sistemləri standartı” üzrə konfrans keçirilib

image

Fuad Ələsgərov: "Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur"

Dünən "Korrupsiyaya qarşı idarəetmə sistemləri standartı" (İSO 37001) üzrə konfrans keçirilib. Konfransda çıxış edən Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, bu gün Azərbaycan genişmiqyaslı islahatlar, regional əhəmiyyətli enerji layihələri, sabitlik, multikulturalizm, yüksək sosial rifah kimi anlayışları özündə birləşdirən bir məkandır: "Dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafı və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə mövcuddur". F.Ələsgərov çıxışında onu da qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilib, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib: "Bu strategiyanın icrasına uyğun olaraq, həyata keçirilən institusional və qanunvericilik islahatları, elektron hökumət infrastrukturu, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq, ictimai iştirakçılıq prinsipləri və geniş ma- arifləndirmə tədbirləri anti-korrupsiya siyasətimizin uğurlarındandır. Bu gün, tam əminliklə demək olar ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə bütün mexanizmlər mövcuddur və bu proses daim inkişafdadır". Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov çıxış edərək bildirib ki, Azərbaycan açıq hökumət prinsipinin təşviqinə öz töhfəsini verib. Dövlət Komitəsinin sədri əlavə edib ki, 2016-cı il Azərbaycanda genişmiqyaslı iqtisadi islahatlar ili olub. Baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev çıxışında bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə bir çox mühüm addımlar atılıb: "Azərbaycanda aparılan uğurlu antikorrupsiya siyasətinin nəticəsində Azərbaycan bir sıra mühüm beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Həmin qurumların hesabatlarında da Azərbaycanın göstəriciləri ildən-ilə yaxşılaşır. Sonra çıxış edən Britaniya Standartlaşdırma İnstitutunun MDB və Baltikyanı ölkələr üzrə direktoru Dmitri Yertsev ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində apardığı tədbirləri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov konfransda çıxış edərək bildirib ki, 5 ildir fəaliyyət göstərən "ASAN xidmət" mərkəzləri korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu formul kimi çıxış edir. O, əlavə olaraq, vurğulayıb ki, "ASAN xidmət"də "vətəndaş həmişə haqlıdır" əsas meyardır və "ASAN xidmət" modeli dünyada Azərbaycan brendi kimi tanınır. Artıq bir neçə ölkədə "ASAN" xidmət modeli tətbiq olunmağa başlanıb. "ASAN" xidmət korrupsiyaya qarşı mübarizə sahəsində mühüm vasitədir".

Samir

Digər xəbərlər