Əsas

  • 3 619

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının VII konfransı keçirilib

image

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının VII konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzüblər.

Konfransda Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi və ötən konfransdan keçən müddət ərzində vəfat etmiş partiya üzvlərinin xatirəsi yad edilib. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov rayon təşkilatının VI konfransından keçən dövr ərzində fəaliyyəti və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib. C.Osmanov Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının VI konfransından ötən dövrdə respublikamızda siyasi hadisələrlə zəngin olub: "Bu müddət ərzində, ölkəmizdə 4 siyasi kampaniya - 2013-cü ildə prezident, 2014-cü ildə bələdiyyə, 2015-ci ildə parlament seçkiləri və 26 sentyabr 2016-cı il tarixdə ümumxalq səsverməsi - referendum keçirilib. Bundan əlavə, 2016-cı il iyun ayının 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər də keçirilib." Sonra nəzarət-təftiş qrupunun sədr əvəzi Vaqif Bayramov qrupun fəaliyyəti barədə məlumat verib. Konfransda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı gənclər birliyinin sədri Anar Şahmuradov, təşkilatın qadınlar şurasının sədri Tənzilə Şıxıyeva, YAP Ağdaş rayon təşkilatı şurasının üzvü, rayon gənclər və idman idarəsinin rəisi Azad Gözəlov, Ağdaş Dövlət Humanitar Kollecinin tələbəsi Ayşən Xəlilova, rayon Təhsil şöbəsinin müdiri Hürü Əliyeva məruzə ətrafında çıxış ediblər.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə YAP-ın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından və YAP-ın cəmiyyətdə aparıcı rolundan danışıb. Natiq Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan bəhs edib: "Azərbaycan xalqının müqəddəratını həll edən, dünənin, bu günün və sabahın məsuliyyətini öz üzərinə götürən, müstəqil Azərbaycan dövləti ilə, eyni zamanda təşəkkül tapan Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 25 ilə yaxın bir dövrdə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, bir-birindən əhəmiyyətli uğurlara imza atıb. Partiyamızın yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bugünkü və gələcək taleyini müəyyən edib". Milli Məclisin deputatı Elman Nəsirov konfransda çıxışında bildirdi ki, ölkəmiz hər sahədə tərəqqinin əsl mənada reallıqlarını yaşayır: "Nail olduğu müstəqillikdən bəhrələnən xalqımız möhtərəm Prezidentimiz, YAP-ın Sədri İlham Əliyevin ətrafında sıx birləşərək yeni sosial - iqtisadi inkişaf yolu ilə gələcəyə doğru inamla addımlayır".

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının 35 nəfərdən ibarət şurası, 17 nəfərdən ibarət idarə heyətinin yeni tərkibi seçilib. Milli Məclisin deputatı Cavid Osmanov yenidən Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri seçilib. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı nəzarət-təftiş qrupunun tərkibi təsdiqlənib.

Sonra Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqəsi, YAP Ağdaş rayon təşkilatı qadınlar şurasının sədri Tənzilə Şıxıyevaya anadan olmasının 75 illiyi münasibətilə rayon təşkilatının Fəxri fərmanı və hədiyyə təqdim olundu.

SAMİR

Digər xəbərlər