Əsas

  • 3 674

Siyavuş Novruzov: “Bu cür yanaşma tərzi ilə Avropa strukturları hara gedir?”

image

"AŞPA-nın Türkiyə ilə bağlı qərarında təəccüblü heç nə yoxdur. Çünki, biz dəfələrlə Avropa Strukturları tərəfindən Türkiyə və Azərbaycana qarşı ədalətsiz mövqenin şahidi olmuşuq ki. bu da növbəti ədalətsiz mövqelərdən biridir". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin plenar iclasında cari məsələlər müzakirə olunarkən deyib. Deputatın sözlərinə görə, əgər faktlara əsaslanılsa, o zaman AŞPA-nın Türkiyə ilə bağlı qərarının nə qədər ədalətsiz prinsiplərə uyğun yanaşma olduğunu görmək mümkündür: " İlk növbədə AŞPA-nın Türkiyədə keçirilən referendum seçkiləri ilə bağlı mövqeyinə toxunaq. Türkiyənin qanunları demokratik qanunvericilikdir və orada hər bir qrup üçün kütləvi aksiyaların keçirilməsi, televiziyalarda, mətbuatda çıxışları üçün lazımi şərait yaradılıb. Hətta Türkiyə də müxalifətinin özü belə, referendumun fövqəladə vəziyyət şəraitində keçirildiyi kəlməsini işlətmədi".

"Avropa Roma Papasından daha artıq xristian olub və Türkiyənin daxili işlərini müzakirə etməyə başlayıb. Nədənsə seçkilərdə 70-60 faiz səs toplayanda deyirlər ki, bu göstərici çoxdur, seçkilər anti-demokratik keçirilib və ya saxtalaşdırılıb. Az səs toplananda deyirlər ki niyə azdır? Bu cür yanaşma tərzi ilə Avropa strukturları hara gedir? Əksinə Türkiyədə elə şərait yaradılmışdı ki, insanların 46 faizindən çoxu layihənin əleyhinə səs vermişdilər. Bu da orada hər kəs üçün yaradılan demokratik şəraitin olduğunu göstərir. Bundan başqa Avropa hansı ədaləti tətbiq etmək istəyir?"- deyə, komitə sədri qeyd edib. Türkiyənin ömürboyu terrorizmlə mübarizə apardığını deyən S. Novruzov əlavə edib ki, necə olur ki, Avropada bir terror hadisəsi baş verəndə qışqırıqları hər yanı götürür?: " Avropa ərazisində bir qəzetin redaksiyası partlamışdı ki, hamı onu qınadı. Belə olan halda, bəs niyə Türkiyə ərazisində baş verənləri qınamırlar? NATO-nun da nizamnaməsində qeyd olunur ki, bir NATO ölkəsinə qarşı hücum olanda digərləri birləşməlidir".

Digər xəbərlər