Əsas

  • 3 792

YAP Azərbaycan siyasi palitrasında avanqard siyasi qüvvəyə çevrilib

image

Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının IX konfransı keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının IX konfransı keçirilib. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri düzüblər. Konfrans Şəmkir rayon Ə.Cavad adına Mədəniyyət Mərkəzində davam etdirilib.

Konfransda YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev hesabat məruzəsi ilə çıxış edərək, YAP-ın zəngin tarixi fəaliyyətindən danışıb. F.Vəliyev bildirib ki, partiyamız Azərbaycan siyasi palitrasında milli-siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq, xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir.

Fəxrəddin Vəliyev məruzəsində hesabat dövründə qeydə alınan bir sıra statistik məlumatları diqqətə çatdırıb. Daha sonra rayon təşkilatının nəzarət-təftiş komissiyasının sədri İdris Əbdürrəhmanovun məruzəsi dinlənilib. Konfransda YAP İcra katibinin müavini, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, partiyanın gördüyü işlər, keçdiyi inkişaf yolu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan bəhs etmişdir. Çıxış edən Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirmişdir ki, yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrilmişdir. Sonra çıxış edən Milli Məclisin deputatı Sahibə Qafarova bildirmişdir ki, Ulu Öndərimiz Heydər Əliyev ideyalarını özünün ideoloji və siyasi mübarizəsinin əsas silahı kimi mənimsəyən Yeni Azərbaycan Partiyası ötən 25 ilə yaxın zaman müddətində bir çox uğurlara imza atmışdır.

Daha sonra çıxış edən Milli Məclisin deputatı, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Sona Əliyeva partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından və YAP-ın cəmiyyətdə aparıcı rolundan danışıb, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan bəhs edib.

YAP Şəmkir rayon təşkilatı şurasının üzvləri Məcid Şıxlıniski və Ayaz İbrahimov, YAP Şəmkir rayon təşkilatı qadınlar şurası sədrinin müavini Rəfiqə Mürsəlova, qadınlar şurasının üzvü Elvira Allahverdiyeva çıxış edərək YAP-ın və müasir Azərbyacan dövlətinin qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas etmiş Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, YAP-ın böyük siyasi güc kimi cəmiyyətimizdəki mövqeyindən danışıblar. Çıxış edənlər YAP Şəmkir rayon təşkilatının IX konfransa qədərki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılmışdır. Rayon təşkilatının 63 nəfər tərkibdə yeni şurası və 15 nəfərdən ibarət idarə heyəti, eləcə də, nəzarət-təftiş qrupu seçilib. Fəxrəddin Vəliyev yenidən YAP Şəmkir rayon təşkilatının sədri seçilib.

GÜLYANƏ

Digər xəbərlər