PDF Oxu

MİA

  • 8 944

İnvestisiya siyasətinin uğurlu nəticələri

İnvestisiya siyasətinin uğurlu nəticələri
Son illər Azərbaycan sosial-iqtisadi sahələrdə bir sıra uğurlar əldə etmiş, neft sahəsinin, qeyri-neft sektorunun davamlı inkişafına nail olunmuşdu r. Birinci və ikinci regional inkişaf proqramlarının, habelə, digər mühüm sənədlərdə nəzərdə tutulmuş tədbirlərin yüksək səviyyədə reallaşdırılması nəticəsində yeni iş yerlərinin və müəssisələrin yaradılması, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, iqtisadiyyata investisiya qoyuluşlarının artırılması, yoxsulluğun azaldılması və s. məsələlər öz müsbət həllini tapmışdır. Hazırda ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafını təmin etmək üçün investisiya siyasəti uğurla həyata keçirilir. Burada əsas vəzifə iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsindən və investorlar üçün azad rəqabət mühitinin yaradılmasından, habelə, müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsindən ibarətdir.
Qeyri-neft sahələrinin inkişafı, neft sektorundan əldə edilən gəlirlərin səmərəli istifadəsi diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Ölkə Prezidentinin fərmanı ilə təsdiq olunmuş ikinci "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası məqsədilə idarəetmə orqanlarının, yerli və xarici investorların diqqəti regionların inkişafına yönəldilmiş, regional problemlərin həlli ön plana çəkilmişdir. Məhz elə buna görə də hazırda yerlərdə infrastruktur təminatının yaxşılaşdırılması, sosial obyektlərin inşasının sürətləndirilməsi ilə əlaqədar nəzərdə tutulan layihələr uğurla reallaşdırılır.
Bu gün Azərbaycanda regionların inkişafı ilə bağlı maliyyə bazarının təkmilləşdirilməsi uğurla davam etdirilir. Burada əsas diqqət maddi resursların iş adamlarının əlində cəmləşməsinə yönəldilir. Bu isə özünü daha çox özəl bölmənin, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsində göstərir. Ölkə Prezidenti İlham Əliyev bununla əlaqədar demişdir: "...Məqsəd ondan ibarətdir ki, bir neçə ildən sonra iqtisadi imkanlarımızın neft amilindən asılılığını tamamilə aradan qaldıraq. Belə imkanlar var və əminəm ki, qeyri-neft sektorunun inkişafı həm dövlət tərəfindən verilən dəstək hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində daha da genişlənəcəkdir... Biz bir neçə il ərzində sahibkarlara kreditlər veririk, bu kreditlər də yaxşı işləyir. Bu kreditlərin hesabına yeni müəssisələr - fabriklər, emal müəssisələri yaradılır, özəl biznes inkişaf edir. İqtisadiyyatımızın ümumi çəkisində özəl biznesin kifayət qədər böyük yeri var. Azərbaycan iqtisadiyyatı 80 faizdən yuxarı özəl sektorun əsasında qurulubdur".
İqtisadiyyata investisiya qoyuluşu həcminin artması ilə bağlı Prezident İlham Əliyev demişdir: "Azərbaycan 2020-ci ildə investisiyaların cəlb edilməsi sahəsində öz uğurlu siyasətini davam etdirmişdir. Baxmayaraq ki, demək olar ki, bütün maliyyə qurumları, beynəlxalq səviyyəli şirkətlər və ölkələr öz xərclərini kəskin şəkildə azaldırlar, Azərbaycana xaricdən gələn investisiyaların həcmi prosesi davam edir və bu il də biz bunu müşahidə etmişik. Bütövlükdə, ölkə iqtisadiyyatına altı ayda 3,8 milyard dollar sərmayə qoyulmuşdur və bunun müəyyən hissəsi xarici sərmayələrdir. Biz əvvəlki illərdə daha çox xarici investisiyalardan asılı idik. Azərbaycanda yaradılmış gözəl investisiya iqlimi ölkəmizə investisiyaların gətirilməsinə kömək göstərmişdir. Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə bütün dövrlərdə bu bölgədə ən qabaqcıl yerlərdə idi".
Ölkəmizdə sahibkarlığın təkmilləşdirilməsi əmtəə və xidmətlərin səviyyəsinə müsbət təsir göstərir. Bu da, öz növbəsində, məhsuldarlığın, ölkənin rəqabətə davamlılığının artmasına təsir edir. Sahibkarlığın təkmilləşdirilməsi ölkədə sahibkarlar şəbəkəsinin güclənməsinə, ayrı-ayrı sahibkarların səmərəli fəaliyyət göstərməsinə əlverişli şərait yaradır. Məhz bu amilə görə də Azərbaycan dünya ölkələri arasında öncül yer tutur.
Onu da qeyd edək ki, son illər Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən radikal iqtisadi islahatların əsas istiqaməti olan bazar iqtisadiyyatının formalaşmasının əsasında da sahibkarlıq bölməsinin inkişafı əsas amil kimi durur. İqtisadi və dövlət idarəetmə aparatında aparılan islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən, bazar iqtisadiyyatı mexanizmlərinin bərqərar olmasına şərait yaratmış, yerli və xarici investisiyalar, müasir texnologiyalar və idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, mövcud müəssisələrin yenidən qurulmasına, yeni iş yerlərinin və nəticə etibarilə xalqın maddi rifahının yüksəldilməsinə yönəldilmişdir.
Xatırladaq ki, bu ilin ötən aylarında dövlət başçısı İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə sosial-iqtisadi inkişaf davam etmiş və bu dövr ərzində makroiqtisadi vəziyyət stabil qalmışdır. Hesabat dövründə iqtisadiyyatda 4,1 faiz, neft sektorunda 2,7 faiz, qeyri-neft sektorunda isə 5,2 faiz artım qeydə alınmışdır. Ölkədə investisiya qoyuluşlarının öz yüksək səviyyəsini saxladığını bildirmişdir. İnvestisiya qoyuluşlarının həcmi 14,8 faiz artaraq 7 milyard manatdan çox təşkil etmişdir. Burda iki mühüm amil önə çəkilir. Birincisi, sərmayələrin üçdə ikisi daxili mənbələr hesabına qoyulur, ikincisi isə bu sərmayələrin 68 faizi qeyri-neft sektoruna yatırılır. Yəni sərmayə qoyuluşlarının davamlılığı daxili mənbələr hesabına təmin edilir, ikincisi, iqtisadi şaxələndirmə üçün əlavə zəminlər yaradılır. İl ərzində neft qiymətləri müəyyən zamanlarda sabitləşsə də ölkənin xarici ticarət balansının mövqeyi möhkəmlənməkdədir. Ölkəmizin valyuta ehtiyatları 28 milyard dollara çatıb.
Həyata keçirilən investisiya siyasətinin nəticəsidir ki, ötən 6 ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 12 dəfədən çox artmışdır. Əhalinin minimum əmək haqqı 8,3 dəfə, minimum pensiyanın məbləği 4 dəfə yüksəlmişdir. Ölkəmiz 2003-cü ildən bəri yoxsulluğun səviyyəsini 49 faizdən 13 faizə endirməyə nail olmuşdur. Bütün bunlar vətəndaşların rifah halının yaxşılaşdırılmasına yönəlmiş kompleks tədbirlərin nəticəsi olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın investisiya cəlbediciliyindən xəbər verir.
Azərbaycanda investisiyaların geniş şəkildə reallaşdırılması həm də özünü onda göstərir ki, son 6 ildə ölkə iqtisadiyyatı 3 dəfə, adambaşına düşən gəlir 5 dəfə artmışdır. Respublikamızda sənaye istehsalının həcmi 3 dəfə yüksəlmiş, sənayeləşmə prosesi geniş vüsət almış, 900 min yeni iş yeri açılmışdır. ÜDM-də özəl sektorun payı 85 faizə çatmışdır. Bir faktı da vurğulamaq lazımdır ki, Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuş, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında mühüm rol oynayan əsas amil xarici investisiyaların sürətli axınıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ötən doqquz ayı ərzində ölkə iqtisadiyyatına 5364,5 milyon ABŞ dolları həcmində xarici investisiya yönəldilmişdir. Sərmayənin 42 faizi (2250,8 milyon dollar) iqtisadiyyata birbaşa investisiyalar, 42,6 faizi (2284,6 milyon dollar) isə maliyyə kreditləri şəklində daxil olmuşdur. Bu dövrdə qeyri-neft sektoruna 306,7 milyon dollarlıq birbaşa xarici investisiyalar yönəldilmişdir.

Digər xəbərlər