PDF Oxu

MİA

  • 1 496

PKK HƏYASIZLIĞI

PKK HƏYASIZLIĞI

Hələ bir neçə gün bundan öncə, terror təşkilatı kimi tanınan PKK dağdan enərək, Türkiyə Böyük Millət Məclisinin Cümhutiyyət Xalq Partiyası təmsilçisini qaçırmağa nail olmuşdu. Bu hadisəyə isə azğnlıq, yaxud da həyasızlıqdan başqa ad vermək mümkün deyil. Çünki o boyda dövlətin qanunverici orqanında təmsil ounan nüfuzlu millət vəkilini qaçırmaq, sadəcə və sadəcə, azğınlıqdır ki, azğınlıqdır! Təəssüf ki, atasından-anasından bezən kürd terrorçuları dağlara çıxırlar və hər dağdan enmələri bir faciəylə, bir qanla bitir.

Terrorun, terrorçunun milləti yoxdur, deyirlər. Və çox düzgün ifadə edirlər bunu deyənlər. Çünki bu, həmin PKK-dır ki, başında Öcalan (həbsdə olsa belə-M.), Karayılan kimi qaniçənlər, uşaq qatilləri dayanıb. Onlar kəndlərə, qəsəbələrə hücumlar təçkil edərkən, nəinki türkləri, eləcə də kürdləri belə sıraya düzərək, güllələyirlər, gedəndə isə özləri ilə bərabər silah gücünə 14-15 yaşlı yeniyetmələri aparırlar. Düzdür, güclü və qüdrətli Türk Silahlı Qüvvələri adekvat addımlar ataraq, dağlarda, mağaralarda, meşələrdə gizlənmiş PKK-çı çaqqalları topdan açılan atəşlə və pərakəndə çəkildə məhv edirlər. Amma nədənsə, bunların kökləri hələ də kəsilmək bilmir. Və kəsilmək bilmədiyinə görə, yuxarıda qeyd edilən hadisələr baş verir.

Millət vəkilinin qaçırılması ilə bağlı məsələyə elə-belə, yazmaq xatirinə toxunmadım. İnformasiya saytlarının birində oxudum ki, PKK terrorçuları Ərdoğanın tərəfdarlarından birini qaçırıb. Belə ki, terror qruplaşması Türkiyənin hakim partiyası olan AKP-nin Hakkari bölgəsindəki təşkiltının sədrini qaçırmaqla, meydan oxumaq istəyib. Ancaq bu meydanın ona ölüm meydanı olacağını da unutmasın gərək. PKK AKP-nin Hakkari bölgəsindəki təşkiltının sədri Məcid Tarhanı qaçırdığını təsdiqləyib və hazırda irəli sürəcəyi tələbin nədən ibarət olacağı da məlum deyil. Amma bütün bunların bir sonunun da olacağını düşünmək lazımdır. Çünki terror son həddə məhv olmalıdır.

Bu gün unutmamalıyıq ki, Azərbaycan torpaqları da genişmiqyaslı terror yuvasına çevrilib. Dağlıq Qarabağda erməni separatçıları ilə birgə, kürd terrorçuları da düşərgələrdə təlimlər keçirlər. Həmin təlimlərin nəticələri isə məlum olaylarla başa çatır. Hətta bu ərəfələrdə Qəndil bölgəsində öldürülmüş PKK-çılar arasında üç nəfər Ermənistan vətəndaşı da olub. Onların üzərlərindən Ermənistanın ümumdövlət pasportu və vəsiqələri aşakar edilərək götürülüb.

Və əgər PKK bu gün yüksək vəzifəli və toxunulmaz statusunda olan diplomatları, millət vəkillərini girov götürərək dağlara çıxırsa, Türkiyənin TBMM-ində təmsil olunan kürdəsilli deputatları dağlara çıxıb, PKK-çıları bağırlarına basırlarsa, bu faktın özü qorxunc və qəbuledilməzdir. Ancaq söz yox ki, bunun bir sonu da olmalıdır. PKK həyasızlığının, həm də terrorun sonu...

MÜBARİZ

Digər xəbərlər