PDF Oxu

MİA

  • 4 445

Bağışlayın, evlənmək neçəyədir?

Bağışlayın, evlənmək neçəyədir?

Uşqalar böyüyür, onlar təhsil alır, işə düzəlir və həyata atılırlar. Onların həyatları müxtəlif cür olur. Bəziləri düzgün yol seçirlər, bəziləri isə təəssüf ki, bu yolu seçmək əvəzində tamamilə başqa səmtə üz tuturlar. Ancaq həm bu, həm də digər yolu tutanların əksər çoxluğu sonda bir reallığı həyata keçirməyə nail olurlar. Onlar evlənmək, ailə qurmaq qərarına gəlirlər. Ancaq...

Ancaq bu dəfə başqa məsələlər ortaya çıxır. İnsanlarda sual yaranır ki, görəsən, bu gün toy etmək istəyən şəxs nə qədər maddi ehtiyat əldə etməlidir? Statistik hesablamalara görə, bu gün Bakıda toy etmək istəyən şəxsin nə az, nə çox, 6000 manat pulu olmalıdır. Araşdırma zamanı o da məlum olub ki, toya xərclənən pullar bəzən dəvət edilən qonaqlar tərəfindən qarşılanmır. Yəni toy edən şəxs ziyandan başqa heç nə əldə etmir. Belə ki, 200 nəfər qonağa - 5000 manatdan 35 min manata qədər pul xərclənir.

Amma toy etmək üçün yeri də müəyyənləşdirmək lazımdır. Məsələn, Bakıda toy etmək istəyən şəxs üçün şadlıq sarayı tapmaq heç də çətin deyil. Çünki hal-hazırda şadlıq saraylarının sayı şəhərdə kifayət qədərdir. Və bu kifayət qədər şadlıq saraylarının da qiymətləri olduqca müxtəlif və fərqlidir. Bəzi şadlıq sarayları masa hesabı, bəziləri isə qonaq hesabı qiymətlər təklif edirlər. Məsələn, paytaxtımızın ən çox toy edilən tanınmış şadlıq evlərinin birində, bir masanın qiyməti 25 manat - 150 manat arasında dəyişir. Bu isə toy sahibinə şadlıq evinin müdiriyyəti tərəfindən təqdim edilən yemək-içmək menyudan asılır. Əgər toy sahibi ən ucuz qiymətə, yəni 25 manata masa sifariş edərsə, onun 5000-6000 manat xərci mütləq şəkildə çıxacaq.Lakin qiymət 150 manat üzərində nəzərdə tutularsa, bu zaman toy yiyəsi cibindən 35 min manatı yüz faiz xərcləməli olacaq. Yəni qeyd edilən qiymətlər 200 nəfərlik qonaqlar üçün nəzərdə tutulub.

Bəyaz gəlinlik libası geyinmək hər bir gənc qızın arzusudur. Qeyd edək ki, gəlinlik paltarları satışda olduğu kimi, kirayəyə də verilir. Bu gün gənclərin əksəriyyəti gəlinlik paltarlarını kirayə almağa üstünlük verirlər. Bakıda gəlinin və bəyin geyimlərinə pul xərcləmək heç də asan iş deyil. Gəlinlik paltarının kirayəsi 100-150 manatdan başlayaraq, 3000-4000 manata qədər dəyişir.

Bəylər üçün nəzərdə tutulmuş geyimlər isə 100 manatdan başlayaraq, 500 manata firma mağazalara nəzər salanda isə bu qiymətlərin 1500-2000 manata qədər dəyişdiyini də görmək mümkündür. Toya hazırlanan gəlin qızlar ən azı 150, orta qiyməti 300-500 manat arasında pul xərcləməlidirlər. Lakin 700 manata özlərini bəzədən gəinlər də tapılır.

Və əlbəttə ki, gəlinlərin bəzəndiyi kimi, bəylərimiz də, bəzənirlər. Lakin gəlinlərdən fərqli olaraq, bəylərimizə həmin gün üçün hazırlaşmaq bir qədər ucuz başa gəlir. Paytaxtımızda bəylərin saç düzəldilməsi 15-50 manat arasında dəyişilir. Orta hesabla bir bəyin toy mərasimi üçün hazırlanmasına 350 -500 manat tələb olunur. Toy gününə hazırlanan cütlüklər avtomobili də düşünməlidirlər. Çünki bu gün şəxsi avtomobilin nə qədər yaxşı olsa da, dəbdə olan kirayə olunmuş avtomobillərdir. Qeyd edək ki, toy üçün kirayə olunan avtomobillər heç də az xərc tələb etmir. Bir avtomobilin bir günlük kirayəsi Bakıda 100-lə 3000-4000 manat arasında dəyişir. Yəni avtomobillərin qiyməti onun markasından və bəzədilməsindən də asılıdır ki, burada qiymətlər bəzən çox göylə gedir.

Bəli, məhz toy etmək istəyənlərin işləri heç də asan deyil. Ancaq həmin gün evlənən cütlüklərin ən xoşbəxt günüdür. Bu səbəbdən də, bu günün qədrini bilməyə də dəyər. Axı ən azından, çəkilən əziyyətlər və sevgiyə xələl vurmamaqdan ötrü...

RƏFİQƏ

Digər xəbərlər