Dağlıq Qarabağ münaqişəsini, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn normalarına və prinsiplərinə müvafiq surətdə həll etmək əzmində olan Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ aşağıdakılar barədə razılığa gəlirlər:
I. DAĞLIQ QARABAĞIN STATUSU HAQQINDA SAZİŞ
Tərəflər Dağlıq Qarabağın statusu haqqında saziş imzalayacaqlar və o aşağıdakı müddəalardan ibarət olacaqdır:
Dağlıq Qarabağ respublika formasında dövlət və ərazi qurumudur, Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində onunla ümumi dövlət yaradır. Azərbaycan və Dağlıq Qarabağ müvafıq dövlət hakimiyyəti orqanları arasında səlahiyyətlərin həyata keçirilməsi və qarşılıqlı surətdə həvalə olunması predmetlərinin hüdudlarını müəyyənləşdirmək haqqında saziş imzalayacaqlar və onun Konstitusiya qanunu qüvvəsi olacaqdır. Azərbaycan və Dağlıq Qarabağ birgə səlahiyyətlər sahəsinə aid siyasəti və fəaliyyəti müəyyənləşdirmək üçün prezidentlərin, baş nazirlərin, parlament sədrlərinin nümayəndələrinin daxil olacağı birgə komitə yaradırlar.
Əlaqə saxlamaq və birgə tədbirləri əlaqələndirmək üçün Bakıda və Stepanakertdə müvafiq oiaraq Dağlıq Qarabağın və Azərbaycanın nümayəndəlikləri yaradılır.
Dağlıq Qarabağ xaricdə müvafiq nümayəndəliyi olmaq şərtilə iqtisadiyyat, ticarət, elm, mədəniyyət, idman və humanitar sahələrdə əcnəbi dövlətlərlə, bu problemlərlə bağlı olan regional və beynəlxalq təşkilatlarla birbaşa xarici əlaqələr saxlamaq hüququna malik olacaqdır. Dağlıq Qarabağdakı siyasi partiyaların və ictimai təşkilatların xarici dövlətlərin siyasi partiyaları və ictimai təşkilatları ilə əlaqələr yaratmaq hüququ olacaqdır.
Dağlıq Qarabağ özünün mənafelərilə bağlı məsələlər üzrə Azərbaycanın xarici siyasətinin həyata keçirilməsində iştirak edir. Belə məsələlər haqqında qərarlar iki tərəfın razılığı olmadan qəbul edilə bilməz. Dağlıq Qarabağ hökuməti özünün xüsusi maraqları olan xarici dövlətlərdəki Azərbaycan səfirliklərində və ya konsul idarələrində öz nümayəndələrinə malik ola, habelə Dağlıq Qarabağın mənafelərinə aiddirsə, beynəlxalq danışıqlarda iştirak etmək üçün Azərbaycan nümayəndə heyətlərinin tərkibində öz ekspertlərini göndərə bilər. Dağlıq Qarabağın sərhədləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərinə uyğun olacaqdır. Onların mümkün olan dəqiqləşdirilməsi və ya dəyişdirilməsi Azərbaycanla Dağlıq Qarabağ arasında xüsusi qarşılıqlı razılaşmaların mövzusu ola bilər.
Azərbaycanla Dağlıq Qarabağ arasında sərhədlər bir-birinin silahsız vətəndaşlarının sərbəst hərəkətı üçün qarşılıqlı surətdə açıq olacaqdır. Gediş-gəliş və işgüzar əlaqələr zamanı onlardan gömrük rüsumu və ya başqa rüsumlar tututulmayacaqdır, daimi yaşayış hüququ verilməsi müvafiq hökumətlərın səlahiyyətlərinə aid ediləcəkdir.
Azərbaycan və Dağlıq Qarabağ mübahisələrin nizama salınması üçün zor işlətməyəcək və ya zor işlətməklə hədələməyəcəklər. Birgə komitə çərçivəsində aradan qaldırıla bilməyən mübahisələr və ya fikir ayrılıqları yarandıqda təraflər ATƏT-in fəaliyyətdə olan sədrinin məsləhətçi rəyini soruşa bilərlər və o, qəti qərar qəbul edilərkən nəzərə alınacaqdır.
Dağlıq Qarabağın statusuna Dağlıq Qarabağın statusu haqqında Minsk konfransı tərəfindən bəyənilmiş sazişdə rəsmiləşdiriləcək aşağıdakı hüquqlar və imtiyazlar da daxildir.
1. Dağlıq Qarabağın referendiumda Dağlıq Qarabağ xalqı tərəfindən qəbul edilmiş öz Konstitusiyası olacaqdır. Buna müvafiq olaraq Azərbaycan bu sazişin inkoqporasiyası üçün öz Konstitusiyasına dəyişikliklər edəcəkdir.
Bu sazişin və ya Dağlıq Qarabağ və Azərbaycan konstitusiyalarının onu inkoqrporasiya edən hissələrinin müddəaları hər üç tərəfin razılığı olmadan dəyişdirilə bilməz.
2. Dağlıq Qarabağ ərazisində Dağlıq Qarabağın Konstitusiyası və qanunları işləyir. Əgər Azərbaycan qanunları, qaydaları və icra qərarları Dağlıq Qarabağın Konstitusiyasına və qanunlarına zidd deyilsə, onun ərazisində qüvvəyə malikdir.
3. Dağlıq Qarabağın öz bayrağı, gerbi və himni olacaqdır.
4. Dağlıq Qarabağ öz Konstitusiyasına müvafiq olaraq qanunvericilik, icra və məhkəmə orqanlarını müstəqil surətdə formalaşdırır.
5. Dağlıq Qarabağ vətəndaşlarının şəxsiyyət vasitəsi kimi üzərində xüsusi olaraq "Dağlıq Qarabağ" yazılmış Azərbaycan pasportu olacaqdır. Yalnız Dağlıq Qarabağ hökumətinin belə pasportları vermək hüququ olacaqdır.
Dağlıq Qarabağın erməni mənşəli vətəndaşları Ermənistana mühacirət edə və oraya daimi yaşamağa köçdükdə həmin ölkənin qanunlarına müvafiq olaraq Ermənistan vətəndaşlığı ala bilərlər.
6. Dağlıq Qarabağ əhalisinin Azərbaycan parlamentinə öz nümayəndələrini seçmək və Azərbaycan prezidenti seçkilərində iştirak etmək hüququ var.
7. Dağlıq Qarabağ azad iqtisadi zona olacaq, Azərbaycan pul nişanları ilə yanaşı işlənən öz pul nişanlarını buraxmaq hüququna, habelə öz markalarını buraxmaq hüququna malik olacaqdır.
8. Dağlıq Qarabağın Ermənistanla və Azərbaycanla azad və maneəsiz nəqliyyat və rabitə əlaqəsi saxlamaq hüququ olacaqdır.
9. Dağlıq Qarabağın könüllülük əsasında formalaşdırılan milli qvardiyası (təhlükəsizlik qüvvələri) və polis qüvvələri olacaqdır. Bu qüvvələr Azərbaycan hökumətinin razılığı olmadan Dağlıq Qarabağdan kənarda fəaliyyət göstərə bilməz.
10. Azərbaycanın ordusunun, təhlükəsizlik qüvvələrinin və polisinin Dağlıq Qarabağın hakimiyyət orqanlarının razılığı olmadan Dağlıq Qarabağın ərazisinə daxil olmaq hüququ olmayacaqdır.
11. Erməni dili Dağlıq Qarabağın əsas rəsmi dili, Azərbaycan dili isə ikinci rəsmi dilidir. Onun vətəndaşları bütün rəsmi və qeyri-rəsmi hallarda doğma dillərdən də istifadə edə bilərlər.
12. Dağlıq Qarabağın büdcəsi öz mənbələrindən alınan vəsaitdən ibarət olacaqdır. Dağlıq Qarabağ hökuməti Azərbaycan şirkətlərini və xarici şirkətləri, şəxslərini kapital qoymağa həvəsləndirəcək, buna təminat verəcəkdir.
II
LAÇIN DƏHLİZİ BARƏDƏ
Azərbaycanın və Dağlıq Qarabağın razılığı ilə əgər Laçın rayonunun xüsusi rejiminə dair digər qərarlar qəbul edilməsə, Dağlıq Qarabağla Ermənistan arasında maneəsiz əlaqələri təmin etmək məqsədilə Dağlıq Qarabağın Laçın dəhlizindən istifadə etməsi məsələsi ayrıca razılaşmanın mövzusu olacaqdır. Laçın rayonu daim tam silahsızlaşıdırılmış zona olaraq qalmalıdır.
III
ŞUŞA VƏ ŞAUMYAN ŞƏHƏRLƏRİ BARƏDƏ
Tərəflər razılaşırlar ki, bütün Azərbaycan qaçqınları Şuşa şəhərinə, öz daimi yaşayış yerlərinə qayıda bilərlər. Onların təhlükəsizliyi Dağlıq Qarabağın müvafiq hakimiyyət orqanları tərəfindən təmin ediləcəkdir. Onlar Dağlıq Qarabağın bütün vətəndaşları ilə eyni hüquqa, o cümlədən, siyasi partiyalar yaratmaq, bütün səviyyələrdə seçkilərdə iştirak etmək, dövlət qanunvericilik orqanlarına və yerli özünüidarə orqanlarına seçilmək, dövlət qulluğuna, o cümlədən, hüquq-mühafizə orqanlarına işə qəbul edilmək hüququna malik olacaqlar.
Erməni qaçqınları da Şaumyan şəhərinə qayıdarkən eyni hüquqları alacaqlar. Şuşa və Şaumyan şəhərlərinin sakinləri yollardan, Azərbaycanın və Dağlıq Qarabağın qalan yerləri ilə rabitədən və digər əlaqələrdən heç bir məhdudiyyət olmadan istifadə edə biləcəklər.
Dağlıq Qarabağ və Azərbaycanın hakimiyyət orqanları müvafiq olaraq Şuşa və Şaumyan şəhərlərində ATƏT-in Demokratik Təsisatları və İnsan Hüquqları Bürosunun nümayəndəliklərinin yerləşdirilməsinə və fəaliyyətinə kömək göstərəcəklər.
* * *
Dağlıq Qarabağın statusu haqqında sazişi üç tərəf imzalayacaq və o Minsk konfransı tərəfindən bəyənildikdən sonra qüvvəyə minəcəkdir.
IV
SİLAHLI MÜNAQİŞƏNİN DAYANDIRILMASI HAQQINDA SAZİŞ
Tərəflər razılaşırlar ki, silahlı münaqişənin dayandırılması haqqında saziş aşağıdakı müddəaları əhatə edəcəkdir:
I. Tərəflər öz aralarındakı mübahisələrin həlli üçün zor işlədəcəkləri barədə hədələməkdən, yaxud zor işlətməkdən imtina edirlər. Onlar silahlı münaqişənin dayandırılması haqqında sazişin həyata keçirilməsi ilə əlaqədar meydana çıxa biləcək mübahisələr daxil olmaqla belə mübahisələri dinc vasitələrlə, ilk növbədə birbaşa danışıqlar yolu ilə, yaxud ATƏT-in Minsk prosesi çərçivəsində həll edirlər.
II. Tərəflər öz silahlı qüvvələrini aşağıdakı müddəalara müvafiq olaraq və I əlavədə ətraflı şərh edildiyi kimi çıxarırlar:
a) Birinci mərhələdə Dağlıq Qarabağdan şərq və cənubdakı indiki təmas xəttindəki qüvvələr I əlavədə göstərilmiş xətlərə və bu əlavədə olan cədvələ müvafiq surətdə, ATƏT-in çoxmilli qüvvələrinin ön dəstəsini hərbi nöqteyi-nəzərdən əsaslandırılmış müvəqqəti bufer zonasında ilkin qaydada yerləşdirməyə, tərəfləri bu xətt boyunca ayırmağa və qüvvələrin çıxarılmasının ikinci mərhələsi zamanı təhlükəsizliyi təmin etməyə imkan yaradılması məqsədi ilə Yüksək Səviyyədə Planlaşdırma Qrupunun (YSPQ) tövsiyələri lazımınca nəzərə alınmaqla çəkilirlər.
v) İkinci mərhələdə qüvvələr eyni vaxtda və I əlavədə göstərilmiş cədvələ müvafiq surətdə aşağıdakı qaydada çıxarılır:
1. Ermənistan Respublikasının sərhədləri xaricində yerləşən Ermənistanın hər hansı qüvvələri bu sərhədlərin hüdudları daxilinə aparılır.
2. Dağlıq Qarabağın qüvvələri Dağlıq Qarabağla Ermənistan arasında maneəsiz gediş-gəliş haqqında saziş əldə edilənədək, Laçın rayonu istisna olmaqla Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) 1988-ci ildəki hüdudları daxilinə aparılır.
3. Azərbaycanın qüvvələri YSPQ-nin tövsiyyələrinə əsasən I əlavədə göstərilmiş xətdən kənara çıxarılır və Ermənistanın hər hansı ərazisindən çıxarılır.
4. Ağır silahlar YSPQ-nin tövsiyyələrinə əsasən, ATƏT-in sülhü müdafiə əməliyyatının nəzarəti altında, I əlavədə şərh olunmuş şəffaflıq və hesabatvermə tələblərinə əməl edilməklə, bu əlavədə göstərilmiş yerlərə çıxarılır.
III. Qüvvələrin bu cür çıxarılması nəticəsində azad olmuş ərazi aşağıdakı müddəalara müvafiq olaraq və II əlavədə müfəssəl şərh edildiyi kimi bufer zonası və ayırıcı zona təşkil edir:
a) Qüvvələrin çıxarılması başa çatdıqdan sonra bufer DQMV-nin 1988-ci il hüdudları boyunca yerləşir. Əlavə razılaşma əldə edilərsə, o, Laçın rayonu hüdudları boyunca yerləşə bilər. Bufer zonası məskunlaşdırılmır, ATƏT-in Müdafiə Əməliyyatının elementləri istisna olmaqla tamamilə silahsızlaşdırılır.
v) II əlavədə müfəssəl şərh edildiyi kimi Sülhü Müdafiə Əməliyyatının Daimi Qarışıq Komissiya ilə əməkdaşlıqda fəaliyyəti üçün icazə verilmiş, o cümlədən, aşağıdakı qüvvələr istisna olmaqla, ayırıcı zona silahsızlaşdırılır:
1. Sülhü müdafiə əməliyyatının elementləri;
2. Azərbaycanın sərhəddə keşik çəkmək və minalardan təmizləmə üçün bölmələri;
3. Azərbaycanın say tərkibi və icazə verilmiş silahı 2-ci əlavədə müəyyən edilmiş mülki polisi.
S.) 2-ci əlavədə şərh edildiyi kimi, bufer zonasında və ayırıcı zonada ATƏT-in Sülhü Müdafiə Əməliyyatının nəzarəti altında uçuşsuz zona yaradırlar, tərəflər bu zonada uçuşlara yol vermirlər.
D) II maddəyə müvafiq olaraq qüvvələr çıxarıldıqdan sonra Dağlıq Qarabağın hakimiyyət orqanlarının nəzarət etdikləri bütün yerlərdə təhlükəsizlik Dağlıq Qarabağın mövcud təhlükəsizlik strukturları tərəfindən təmin olunur.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru