PDF Oxu

MİA

  • 1 635

ATƏT-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş sanədlər

ATƏT-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş sanədlər

ATƏM-in üzvü olan ölkələrin dövlət başçılarının Budapeşt Sammitinin qərarı (5-6 dekabr 1994-cü ii)

II. Regional məsələlər

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏM-in fəaliyyətinin aktivləşdirilməsi

Münaqişənin davam etməsi və onun insanlar üçün faciəli nəticəsini qeyd edərək, ATƏM-in Minsk Qrupuna kömək məqsədilə Rusiya Federasiyasının vasitəçilik səyləri ilə 12 may 1994-cü il tarixində əldə olunmuş atəşkəs haqqında razılaşmanın münaqişə tərəflərinin təsdiq etməsini iştirakçı dövlətlər alqışladılar. Onlar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının uyğun qətnamələrinə öz tərəfdarlıqlarını təsdiq etdilər və ATƏM-in münaqişənin dinc vasitələrlə nizama salınmasına istiqamətlənmiş səylərinə Təhlükəsizlik Şurasının verdiyi siyasi dəstəyi alqışladılar. Bu məqsədlə onlar münaqişənin tərəflərini birbaşa əlaqələr də daxil olmaqla mövcud məsələyə dair daha intensiv danışıqlara başlamağa çağırdılar. Bu kontekstdə onlar ATƏM tərəfindən başlanmış səylərin artırılması və bu səylərə kömok göstərilməsi haqqında öz qəti fikirlərini bildirdilər. Onlar ATƏM-in Minsk Qrupunun vasitəçilik fəaliyyətini qəti olaraq dəstəklədilər, həmçinin, Rusiya Federasiyasının həlledici əməyinə və Minsk Qrupunun digər üzvlərinin fərdi səylərinə minnətdarlıqlarını bildirdilər. Onlar bütün bu səyləri ATƏM çərçivəsində birləşdirmək və koordinasiya etmək razılığına gəldilər.

2. Bu məqsədlə onlar danışıqlar üçün vahid və razılaşdırılmış bazanın yaradılması, həmçinin, bütiin vasitəçilik və danışıqlar fəaliyyətinin tam koordinasiyasını təmin etmək məqsədilə üzv dövlətlərlə məsləhətləşmələr əsasında və bacardıqca tez olaraq Minsk konfransının həmsədrlərini təyin etməyi fəaliyyətdə olan sədrə həvalə etdilər. ATƏM-in prinsipləri və razılaşdırılmış mandat əsasında danışıqlara özlərinin bütün səyləri ilə rəhbərlik edəcək bu həmsədrlər, Minsk Qrupunun toplantılarında birgə həmsədrlik edəcəklər və fəaliyyətdə olan sədrə birgə məruzə edəcəklər. Onlar öz işləri barəsində Daimi Şuraya vaxtaşırı məlumatlar verəcəklər.

3. Bu səylər çərçivəsində ilk addım olaraq, onlar Minsk konfransının həmsədrlərinə Rusiya Federasiyasının və Minsk Qrupunun digər üzvlərinin dəstəyilə, atəşkəs haqqında mövcud olan razılaşmaya kömək məqsədilə onlarla birgə əməkdaşlıq etməklə və vasitəçilik fəaliyyəti ilə əldə olunmuş inkişafa söykənərək, bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını təmin edən və Minsk konfransının çağırılmasına imkan verən hərbi münaqişənin dayandırılması haqqında siyasi sazişin imzalanması məqsədilə intensiv danışıqların aparılmasına başlanmasını həvalə etdilər. Sonra onlar inamın möhkəmləndirilməsi tədbirlərinin, xüsusilə də, humanitar sahədə, həyata keçirilməsi istiqamətində münaqişənin tərəfləri ilə birgə işin aparılmasını davam etdirməyi Minsk konfransının həmsədrlərindən xahiş etdilər. Onlar qaçqınların ağır vəziyyətinin yüngülləşdirilməsinə xüsusi diqqot yetirməklə qeyd olunan rayonun əhalisinə həm fərdi əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində humanitar yardım göstərilməsi haqqında üzv dövlətlər tərəfindən tədbirlər görülməsinin zəruriliyini qeyd etdilər.

4. Onlar razılaşdılar ki, münaqişənin tərəflərinin fikirlərinə uyğun olaraq, yuxarıda qeyd olunan razılığın əldə olunması bu razılığın həyata keçirilməsinin mühüm elementi kimi sülhü qoruyacaq çoxmillətli qüvvələrin göndərilməsinə də imkan verərdi. Onlar hərbi münaqişənin dayandırılması haqqında tərəflər arasında razılaşma əldə olunduqdan sonra BMT Təhlükəsizlik Şurasının uyğun qətnamələri nəzərə alınmaqla ATƏM-in sülhü qoruyacaq çoxmillətli qüvvələrinin təqdim olunmasına hazır olduqlarını bildirdilər. Onlar Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə tamamilə uyğun olaraq, 1992-ci il Helsinki sənədlərinin III bölməsinin müddəalarına əsaslanaraq təşkil olunacaq bu qüvvələrin yaradılması, tərkibi və fəaliyyətini əks etdirəcək planın qısa bir miiddətdə hazırlanmasını fəaliyyətdə olan sədrə təklif etdilər. Bu məsələdə fəaliyyətdə olan sədr Minsk konfransının həmsədrlərinin və Minsk Qrupunun köməyinə, həmçinin, Baş katibin dəstəyinə söykənəcəkdir;

Uyğun məsləhətləşmələr apardıqdan sonra o, Vyanada belə qüvvələrin sayı, xarakteristikası, komandanlığı və idarə olunması, onların maddi-texniki təminatı, uyğun hərbi hissələrin yerləşdirilməsi, hərbi qüvvələrin istifadə qaydası və s. təkliflərin işlənməsi üçün yüsək səviyyəli planlaşdırma qrupunu yaradacaqdır. O, texniki ekspert məsləhətləşmələri yardımı göstərməyə hazır olduğunu bildirən Birləşmiş Millətlər Təşkilatının dəstəyinə müraciət edəcəkdir. O, həmçinin, ATƏM-in sülhü müdafiə qüvvələrinin yerləşdirilməsinə münasibətdə BMT-nin Təhlükəsizlik Şurasının uzunmüddətli siyasi dəstəyinin əldə edilməsinə çalışacaqdır.

5. Belə hazırlıq işlərinin və 1992-ci il Helsinki sənədinin III bəndinin uyğun müddəaları əsasında və tərəflər arasında razılıq əldə olunandan və onlar tərəfindən Minsk konfransının həmsədrləri vasitəsilə fəaliyyətdə olan sədrə rəsmi müraciət olunduqdan sonra, Daimi Şura ATƏM-in sülhü qoruma əməliyyatlarının keçirilməsi haqqında qərar qəbul edir.

ATƏT-in fəaliyyətdə olan sədrinin ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Lissabon Sammitində qəbul olunmuş sənədlərə əlavə olunan

BƏYANATI

(3-4 dekabr 1996-cı il)

Sizin hamınıza məlum olduğu kimi, son iki il ərzində Dağlıq Qarabağ müaqişəsinin həllində və Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsində uğurlar əldə etmək mümkün olmamışdır. Mən təəssüflə bildirirəm ki, Minsk konfransının həmsədrlərinin münaqişənin tənzimlənməsi ilə bağlı tərəflərin mövqelərinin yaxınlaşdırılmasına yönəlmiş səyləri müvəffəqiyyətlə nəticələnməmişdir.

Minsk Qrupunun həmsədrləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üç prinsip irəli sürülmüşdür. Bu prinsiplər Minsk Qrupunun bütün üzv dövlətləri tərəfindən dəstəklənir. Bu prinsiplər aşağıdakılardır:

- Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

- Dağlıq Qarabağın razılaşma yolu ilə müəyyən olunan, öz müqəddəratını müəyən etməyə əsaslanan hüquqi statusu (Azərbaycanın tərkibində Dağlıq Qarabağın ən yüksək özünüidarəetmə statusu).

- Nizama salmanın müddəalarına bütün tərəflər tərəfindən riayət olunmasının təmin edilməsində qarşılıqlı öhdəliklər də daxil olmaqla, Dağlıq Qarabağ və onun bütün əhalisi üçün təminatlı təhlükəsizlik.

Mən təəssüf hissi ilə qeyd edirəm ki, üzv dövlətlərdən biri bununla razılaşmadı. Bu prinsiplər üzv dövlətlərin qalan hamısı tərəfindən dəstəkləndi.

Bu bəyanat yüksək səviyyəli Lissabon Sammitinin sənədlərinə əlavə olunacaqdır.

ATƏT-in yüksək səviyyəli İstanbul görüşünün Bəyannaməsi (noyabr, 1999-cu il)

20. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyət və son hadisələr haqqında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin məruzəsini aldıq və onların səylərini müsbət qiymətləndiririk. Mütəmadi görüşlərinin problemin şəffaf və hərtərəfli həllinin axtarılması prosesinə dinamiklik verilməsi üçün şərait yaradan Azərbaycan və Ermənistan prezidentləri arasında aparılan birbaşa danışıqlar bizi xüsusilə sevindirir. Danışıqların ATƏT-in Minsk Qrupunun çərçivəsində bərpasına ümid edərək, prezidentlər arasında aparılan dialoqu qəti olaraq dəstəkləyirik və onun davam etdirilməsinə çağırırıq. Eyni zamanda, biz təsdiq edirik ki, ATƏT və onun Minsk Qrupu nizamlanma üçün ən münasib olan format olaraq qalır, sülh prosesinin bundan sonrakı inkişafına və onun gələcəkdə reallaşmasına kömək etməyə, o cümlədən, tərəflərə bütün zəruri olan köməyin göstərilməsi yolu ilə hazırdır.

Ulu Öndər Heydər Əliyev ATƏT-in Lissabon Zirvə görüşündə demişdir: "Dağlıq Qarabağın müstəqilliyi barədə qanunsuz iddialar beynəlxalq hüququn hamı tərəfindən bəyənilmiş normaları ilə bir araya sığmır. Biz həmin iddialarla heç vaxt razılaşmayacaq, biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik.

Avropa qitəsində xalqlar və ölkələr arasında qarşılıqlı münasibətlərin hüquqi və humanitar prinsiplərinin yüksək standartlarını müəyyən etmiş Helsinki Yekun aktının imzalanmasından iyirmi ildən çox vaxt keçmişdir. Bu dövr ərzində dünyada əsaslı müsbət dəyişikliklər baş vermiş, yeni müstəqil dövlətlər meydana gəlmiş, azadlıq və demokratiya ideyaları bütün Avropa qitəsində, onun hüdudlarından çox-çox uzaqlarda hakim prinsiplərə çevrilmişdir.

Beynəlxalq təhlükəsizliyi təmin etmək, dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin pozulmazlığını dəstəkləmək, münaqişələri sülh yolu ilə aradan qaldırmaq, insanın hüquqlarını və əsas azadlıqlarını qorumaq sahəsində ATƏT-in fəaliyyəti bu dəyişikliklərin gedişinə və xarakterinə böyük təsir göstərmişdir.

Zaman ATƏT-in yaşarı, səmərəli təşkilat olduğunu sübut etmişdir və biz təşkilatımızın keçdiyi yolu, onun Ümumavropa və dünya proseslərinə verdiyi sanballı töhfəni yüksək qiymətləndiririk. Öz müstəqilliyini bərpa etmiş, demokratik hüquqi dövlət qurmaq, bazar iqtisadiyyatı formalaşdırmaq yolunu tutmuş Azərbaycan xalqı ATƏT-in əməli köməyini daim hiss edir."

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər