PDF Oxu

MİA

  • 2 321

İnsan hüquq və azadlıqlarının müdafiəsinə dair Azərbaycanda qəbul edilmiş hüquqi normativlər (1999-2003-cü illər)

image

1999-cu il dekabrın 7-də qəbul edilib. Qanun yerli özünüidarənin iqtisadi əsasını təşkil edən bələdiyyə əmlakının yaradılmasının əsaslarını müəyyən edir.

- Bələdiyyələrin əraziləri və torpaqları haqqında Qanun.

1999-cu il dekabrın 7-də qəbul edilib. Qanun bələdiyyələrin əraziləri və mülkiyyətlərinə torpaq sahələrinin verilməsini müəyyən edir.

- Prokurorluq haqqında Qanun.

1999-cu il dekabrın 7-də qəbul edilib (əlavə və dəyişikliklər -5 iyul 2000-ci il). Qanun Azərbaycan Respublikasında prokurorluğun fəaliyyət istiqamətlərini, onun sistemini və təşkil olunma qaydalarını müəyyən edir.

- Kütləvi informasiya vasitələri haqqında Qanun.

1999-cu il dekabrın 7-də qəbul edilib. Qanun Azərbaycan Respublikasında kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını, habelə mətbuatın, informasiya agentliklərinin, televiziya və radio təşkilatlarının vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Bu Qanuna dəyişikliklər və əlavələr 28 dekabr 2001-ci ildə qəbul olunmuşdur.

- Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında Qanun.

1999-cu il dekabrın 28-də qəbul edilib. Qanun Azərbaycan Respublikasında məhkəmə nəzarətçilərinin və məhkəmə icraçılarının fəaliyyət prinsiplərini, hüquq və vəzifələrini müəyyən edir.

- Vəkillər və vəkillik haqqında Qanun.

1999-cu il dekabrın 28-də qəbul edilib. Qanun Azərbaycan Respublikasında hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəsinin köməyindən istifadə etmək hüquqlarının təmin olunmasının və başqa məsələlər üzrə hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə qəbul edilib.

- Qeyri-hökumət təşkilatları haqqında Qanun.

2000-ci il iyunun 13-də qəbul edilib. Qanun ictimai birliklərin və fondların yaradılması və fəaliyyət göstərməsi ilə bağlı münasibətləri tənzimləyir.

- Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında Qanun.

2000-ci il iyunun 16-da qəbul edilib. Bu Qanun Azərbaycan Respublikasında qiymətli kağız sahibləri olan hüquqi və fiziki şəxslərin (investorların) qiymətli kağızlar bazarında hüquqlarının dövlət və ictimai müdafiəsi sahəsində münasibətləri tənzimləyir.

- Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında Qanun.

2000-ci il iyul ayında qəbul edilib. Milli Məclisə seçkilərin qaydalarını müəyyən edir.

- Mərkəzi Seçki Komissiyası haqqında Qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu.

2000-ci il iyulun 21-də qəbul edilib. Mərkəzi Seçki Komissiyası haqqında Qanuna dəyişikliklər edilməsini nəzərdə tutur.

- "Konstitusiya Məhkəməsi haqqında" və "Məhkəmələr və hakimlər haqqında" AR qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə Qanun. 2001-ci il fevralın 16-da qəbul edilib. Qanun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında və 1997-ci il iyunun 10-da qəbul edilmiş Məhkəmələr və hakimlər haqqında qanunlara dəyişikliklər edilməsini müəyyən edir.

- Məhkəmə qərarlarının icrası haqqında Qanun.

2001-ci il dekabrın 27-də qəbul edilib. Qanun Azərbaycan Respublikasında məhkəmələrin və digər orqanların qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir.

- İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) haqqında Konstitusiya Qanunu.

2001-ci il dekabrın 28-də qəbul edilib. Qanun Azərbaycan Respublikasında Ombudsman təsisatının yaradılmasını və onun insan hüquqlarının qorunması sahəsində hüquq və vəzifələrini müəyyən edir.

- Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Qanun.

2001-ci il dekabrın 28-də qəbul edilib. Qanun Azərbaycan Respublikasında bələdiyyə vergiləri və ödənişlərinin ödənilməsi ilə bağlı yaranan iqtisadi və hüquqi münasibətləri tənzimləyir.

- Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında Qanun.

2001-ci ildə qəbul edilib. Qanun Azərbaycan Respublikasında cinayət törətmiş şəxslərin verilməsi qaydalarını müəyyən edir.

- Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə Ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında AR Prezidenti Heydər Əliyevin Fərmanı.

2002-ci il iyunun 22-də imzalanıb. Fərman ilə AR Prezidenti Konstitusiyada dəyişikliklər edilməsi haqqında Referendum Aktının təsdiq edilməsini nəzərdə tutur. Referendum Aktında qeyd olunan birinci qrup məsələlər insan hüquqlarının qorunmasının əlavə təminatları ilə bağlıdır: Ombudsman Təsisatının Konstitusiyaya daxil edilməsi, Ombudsmana və vətəndaşlara birbaşa Konstitusiya Məhkəməsinə şikayət vermək imkanının yaradılması, yaşamaq hüququna əlavə təminatların nəzərdə tutulması və s.

- Azərbaycan Respublikasının dövlət dili haqqında Qanun.

2002-ci il sentyabrın 30-da qəbul edilib. Qanun AR Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

- Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Konstitusiya Qanunu.

2002-ci il dekabrın 24-də qəbul edilib. Qanun insan hüquq və azadlıqlarının sərbəst həyata keçirilməsinin əsas şərtlərini müəyyən edir, həmçinin məhdudlaşdırılması mümkün olmayan insan hüquq və azadlıqlarını nişan verir. Hər kəsin insan hüquqlarını və azadlıqlarını pozan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının qərarlarından Konstitusiya Məhkəməsinə şikayət vermək hüququnun olması bu qanunda qeyd edilir.

- Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında Qanun.

2002-ci il dekabrın 27-də qəbul edilib. Qanun xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət siyasətinin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən edir.

- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında əsasnamə.

2003-cü il fevralın 21-də qəbul edilib. Əsasnamə "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" və "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" AR qanunlarına müvafiq olaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin AR ərazisindən tranzit keçidi qaydalarını müəyyən edir.

- Ətraf mühitə dair informasiya almaq haqqında Qanun.

2003-cü ilin mart ayında qəbul edilib. Qanun Azərbaycan Respublikasında ətraf mühitə dair informasiya alınması qaydalarını müəyyən edir.

- Azərbaycan Respublikasının Seçki Məcəlləsi.

2003-cü ilin may ayında qəbul edilib. Məcəllə AR Parlamenti - Milli Məclisi deputatlarının, AR Prezidentinin, bələdiyyə seçkilərinin təşkili və keçirilməsi qaydalarını, ümumxalq səsvermənin - referendumun təşkili və keçirilməsi qaydalarını müəyyən edir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər