PDF Oxu

MİA

  • 6 250

Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair beynəlxalq hüquqi sənədlər

image

Müstəqil Azərbaycan Respublikası hüquqi- demokratik və dünyəvi dövlət quruculuğu yolunda inamla addımlayır. Bu mürəkkəb təkamül prosesində əldə edilən nailiyyətlər, ilk növbədə beynəlxalq normativ aktlar, sivil dünyanın normalarına əsaslanan qanun yaradıcılığından, insan hüquq və azadlıqlarına təminat verən saziş və müqavilələrə qoşulmasından çox asılıdır. Bütün bunların əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasında qəbul olunmuş qanunların və ölkəmizin qoşulduğu beynəlxalq hüquqi-normativ aktların xronoloji siyahısını dərc edirik.

* Mülki və siyasi hüquqlara dair Beynəlxalq Pakt. 1966-cı il dekabrın 19-da qəbul edilib. Azərbaycan Respublikası bu Pakta 1992-ci il iyulun 21-də qoşulub.

* İqtisadi, sosial və mədəni hüquqlara dair Beynəlxalq Pakt. 1966-cı il dekabrın 19-da qəbul edilib. Azərbaycan Respublikası bu Pakta 1992-ci il iyulun 21-də qoşulub.

* BMT-nin uşaq hüquqları haqqında Konvensiyası. 1989-cu il noyabrın 20-də qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1992-ci il iyulun 21-də qoşulub.

* BMT-nin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında Konvensiyası. 1988-ci il dekabrın 20-də qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1992-ci il avqustun 4-də qoşulub.

* BMT-nin qadınların siyasi hüquqlarına dair Konvensiyası. 1989-cu il dekabrın 20-də qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1992-ci il dekabrın 20-də qoşulub.

* BMT-nin qaçqınların statusu haqqında Konvensiyası və Protokolu. Müvafiq surətdə 28 iyul 1951-ci il və 18 noyabr 1966-cı ildə qəbul edilib. Azərbaycan Respublikası 1992-ci il dekabrın 8-də qoşulub.

* Beynəlxalq Əmək Təşkilatının (BƏT) ödənişli təhsil məzuniyyətləri haqqında Konvensiyası. Azərbaycan Respublikası bu Konvensiyaya 1993-cü il yanvarın 27-də qoşulub.

* BƏT-in inkişaf etməkdə olan ölkələr xüsusi nəzərə alınmaqla minimum əmək haqqının müəyyən edilməsi haqqında Konvensiyası. Azərbaycan Respublikası 1993-cü il yanvarın 27-də qoşulub.

* BƏT-in dövlət xidmətində məşğulluğun təşkili hüququnun müdafiəsi və məşğulluq şərtlərinin müəyyənləşdirilməsi üsulu haqqında Konvensiyası. Azərbaycan Respublikası bu Konvensiyaya 1993-cü il yanvarın 27-də qoşulub.

* BƏT-in məşğulluq xidmətinin təşkili haqqında Konvensiyası. Azərbaycan Respublikası bu Konvensiyaya 1993-cü il yanvarın 27-də qoşulub.

* Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyaları:

- döyüşən orduda yaralı və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında;

- hərbi-dəniz qüvvələrində yaralı, xəstə və gəmi qəzasına uğramış şəxslərin vəziyyətinin yaxşılaşdırılması haqqında;

- hərbi əsirlərlə rəftara dair;

- müharibə zamanı mülki əhalinin müdafiəsinə dair.

Azərbaycan Respublikası bu konvensiyalara 1993-cü il aprelin 21-də qoşulub.

* YUNESKO-nun silahlı münaqişələr zamanı mədəni sərvətlərin müdafiəsi haqqında Konvensiyası və Protokolu. 1954-cü il mayın 14-də qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1993-cü il aprelin 21-də qoşulub.

* Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin olunması haqqında Ümumdünya Bəyannaməsi. 1990-cı il sentyabrın 30-da BMT-də təşkil olunmuş uşaqların mənafeyi naminə yüksək səviyyəli Ümumdünya görüşündə qəbul edilmişdir. Azərbaycan Respublikası bu Konvensiyaya 1993-cü il mayın 5-də qoşulub.

* BƏT-in uşaqların kənd təsərrüfatında işləməsinə icazə verilməsi üçün minimum yaş həddi haqqında 10 saylı Konvensiyası. Azərbaycan Respublikası bu Konvensiyaya 1993-cü il iyulun 3-də qoşulub.

* BƏT-in kənd təsərrüfatında zəhmətkeşlərin təşkilat yaratmaq və birləşmək hüququ haqqında 11 saylı Konvensiyası. Azərbaycan Respublikası bu Konvensiyaya 1993-cü il iyulun 3-də qoşulub.

* BƏT-in sənaye müəssisələrində həftəlik istirahət haqqında 14 saylı Konvensiyası. Azərbaycan Respublikası bu Konvensiyaya 1993-cü il iyulun 3-də qoşulub.

* BƏT-in yeniyetmələrin donanmada kömür yükləyən və ya ocaqçı kimi işləməsinə icazə verilməsi üçün minimum yaş həddi haqqında 15 saylı Konvensiyası. Azərbaycan Respublikası bu Konvensiyaya 1993-cü il iyulun 3-də qoşulub.

* BƏT-in gəmilərdə çalışan uşaqların və yeniyetmələrin məcburi tibbi müayinəsi haqqında 16 saylı Konvensiyası. Azərbaycan Respublikası bu Konvensiyaya 1993-cü il iyulun 3-də qoşulub.

* BƏT-in dənizçilərin vətənə qaytarılması haqqında 23 saylı Konvensiyası. Azərbaycan Respublikası bu Konvensiyaya 1993-cü il iyulun 3-də qoşulub.

* BƏT-in gəmilərdə daşınan ağır yüklərin çəkisinin göstərilməsi haqqında 27 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in icbari və ya məcburi əmək haqqında 29 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in gəmilərdə yükvurma və yükboşaltma ilə məşğul olan zəhmətkeşlərin bədbəxt hadisələrdən müdafiəsi haqqında 32 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in hər hansı şaxtadakı yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında 45 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in iş vaxtının həftədə 40 saata endirilməsi haqqında 47 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in hər il haqqı ödənilən məzuniyyətlər haqqında 52 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in uşaqların dənizdə işləməsinə icazə verilməsi üçün minimum yaş həddi haqqında 58 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in uşaqların sənayedə işə götürülməsi üçün minimum yaş həddi haqqında 59 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in uşaqların qeyri-sənaye işlərinə götürülməsi üçün yaş həddi haqqında 60 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in gəmi aşbazlarına ixtisas şəhadətnamələri verilməsi haqqında 69 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in dənizçilərin tibbi müayinəsi haqqında Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in uşaqların və yeniyetmələrin sənayedə çalışmağa yararlığını aydınlaşdırmaq məqsədilə tibbi müayinəsi haqqında 77 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in uşaqların və yeniyetmələrin qeyri-sənaye işlərində çalışmağa yararlılığını aydınlaşdırmaq məqsədilə tibbi müayinəsi haqqında 78 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in təşkilatlanma hüququnun müdafiəsi məsələsində assosiasiya azadlığı haqqında 87 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in sənayedə yeniyetmələrin gecə əməyi haqqında 90 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in gəmi heyəti üçün otaqlar haqqında 92 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in əmək haqqının müdafiəsi haqqında 95 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in təşkilat yaratmaq və kollektiv danışıqlar aparmaq hüququ prinsiplərinin tətbiqi haqqında 98 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında 100 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in analığın mühafizəsi haqqında 103 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in ticarətdə və idarələrdə həftəlik istirahət haqqında 106 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in dənizçilərin şəxsiyyətini təsdiq edən milli vəsiqələr haqqında 108 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında 111 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in balıqçıların işə götürülməsi üçün minimum yaş həddi haqqında 112 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in balıqçıların tibbi müayinəsi haqqında 115 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in zəhmətkeşlərin ionlaşdırıcı radiasiyadan müdafiəsi haqqında 115 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in maşınların qoruyucu qurğularla təchiz edilməsi haqqında 119 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in ticarətdə və idarələrdə gigiyena haqqında 120 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in məşğulluq sahəsində siyasət haqqında 122 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in şaxtalarda və mədənlərdə yeraltı işlərdə çalışmağa icazə verilməsi üçün minimum yaş həddi haqqında 123 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in gənclərin şaxtalarda və mədənlərdə yeraltı işlərdə çalışmağa yararlılığını müəyyənləşdirmək məqsədilə tibbi müayinəsi haqqında 124 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in balıqçı gəmilərində heyət üçün otaqlar haqqında 126 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər