PDF Oxu

MİA

  • 3 679

1993-2002-ci illərdə Azərbaycanın insan hüquqlarının müdafiəsinə dair qoşulduğu beynəlxalq hüquqi sənədlər

image

* BƏT-in dənizçilər arasında istehsalatda bədbəxt hadisələrin qarşısının alınması haqqında 134 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in işə qəbul olunmaq üçün minimum yaş həddi haqqında 138 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in insan ehtiyatlarının inkişafı sahəsində peşəyönümü və peşə hazırlığı haqqında 142 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in iş yerlərində havanın çirklənməsi, səs-küy və vibrasiya ilə bağlı peşə riskindən zəhmətkeşlərin müdafiəsi haqqında 148 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in tibb bacıları heyətinin məşğulluğu, əmək və həyat şəraiti haqqında 149 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in əlillərin peşə bərpası və məşğulluğu haqqında 159 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in əməyin statistikası haqqında 160 saylı Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in müəssisədə zəhmətkeşlərin nümayəndələrinin hüquqlarının müdafiəsi və onlara verilən imkanlar haqqında Konvensiyası. 3 iyul 1993-cü il.

* BƏT-in beynəlxalq əmək normalarının tətbiqinə kömək göstərilməsi üçün üçtərəfli məsləhətləşmələr haqqında Konvensiyası. 3 iyul 1993-cü il.

* YUNESKO-nun ümumdünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiyası. 1972-ci il noyabrın 16-da Parisdə qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1993-cü il dekabrın 6-da qoşulub.

* BƏT-in ödənişli məzuniyyətlər haqqında Konvensiyası. 19 iyul 1994-cü il.

* Avrasiya patent Konvensiyası. 1994-cü il sentyabrın 9-da qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1995-ci il mayın 2-də qoşulub.

* BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyası. 1979-cu il dekabrın 18-də qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1995-ci il iyunun 30-da qoşulub.

* Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Təsisedici Konvensiyası. 1967-ci il iyulun 14-də qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1995-ci il sentyabrın 14-də qoşulub.

* Sənaye mülkiyyətinin qorunması haqqında Konvensiya. 1883-cü il martın 20-də Parisdə qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1995-ci il sentyabrın 14-də qoşulub.

* Patent Kooperasiyası haqqında saziş. 1970-ci il iyunun 19-da Vaşinqtonda qəbul edilib. Azərbaycan Respublikası bu sazişə 1995-ci il sentyabrın 14-də qoşulub.

* Müəlliflik hüququ haqqında Ümumdünya Konvensiyası. 1952-ci il. (27 may 1973-cü ildə yenidən baxılıb).

* BMT-nin irqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyası,1965-ci il dekabrın 21-də qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1996-cı il mayın 31-də qoşulub.

* BMT-nin aparteid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiyası. 1973-cü il noyabrın 30-da qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1996-cı il mayın 31-də qoşulub.

* BMT-nin genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyası. 1948-ci il dekabrın 9-da qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1996-cı il mayın 31-də qoşulub.

* İnsanlığa qarşı cinayətlərə və hərbi cinayətlərə qarşı iddia müddətinin tətbiq edilməməsi haqqında Konvensiya. 1968-ci il noyabrın 26-da qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1996-cı il mayın 31-də qoşulub.

* Köləlik haqqında Konvensiya. 1926-cı il sentyabrın 25-də qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1996-cı il mayın 31-də qoşulub. Köləlik haqqında Konvensiyaya dəyişiklik edilməsi barədə Protokol. 1953-cü il oktaybrın 23-də qəbul edilib. Azərbaycan Respublikası bu Protokola 1996-cı il mayın 31-də qoşulub.

* BMT-nin köləliyin, qul ticarətinin və köləliyə oxşar təsisat və adətlərin ləğv edilməsi haqqında Əlavə Konvensiyası. 1956-cı il sentyabrın 7-də qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1996-cı il mayın 31-də qoşulub.

* BMT-nin insan ticarəti və üçüncü şəxslər tərəfindən fahişəliyi istismar etməklə mübarizə haqqında Konvensiyası. 1949-cu il dekabrın 2-də qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1996-cı il mayın 31-də qoşulub.

* BMT-nin işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza növləri əleyhinə Konvensiyası. 1984-cü il dekabrın 10-da qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1996-cı il mayın 31-də qoşulub.

* BMT-nin ərli qadının vətəndaşlığı haqqında Konvensiyası. 1957-ci il yanvarın 29-da qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1996-cı il mayın 31-də qoşulub.

* BMT-nin vətəndaşsızlıq hallarının azaldılması haqqında Konvensiyası. 1961-ci il avqustun 30-da qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1996-cı il mayın 31-də qoşulub.

* BMT-nin apatridlərin statusu haqqında Konvensiyası. 1954-cü il sentyabrın 28-də qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1996-cı il mayın 31-də qoşulub.

* BMT-nin nikahı bağlamağa razılıq, nikah bağlamaq üçün minimum yaş həddi və nikahın qeydə alınması haqqında Konvensiyası. 1962-ci il noyabrın 7-də qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1996-cı il mayın 31-də qoşulub.

* Dənizdə insan həyatının qorunması haqqında Beynəlxalq Konvensiya. 1974-cü il noyabrın 1-də qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1997-ci il aprelin 22-də qoşulub.

* YUNESKO-nun mədəni sərvətlərə olan mülkiyyət hüququnun qanunsuz idxalının, ixracının və başqasına ötürülməsinin qarşısının alınması və qadağan edilməsinə yönəldilmiş tədbirlər haqqında Konvensiyası. 1970-ci il noyabrın 14-də Parisdə qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1997-ci il sentyabrın 30-da qoşulub.

* BMT-nin muzdluların cəlb edilməsi, işlədilməsi, maliyyələşdirilməsi və təlim edilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiyası. 1970-ci il dekabrın 4-də Nyu-Yorkda qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1997-ci il sentyabrın 30-da qoşulub.

* Bədii və ədəbi əsərlərin qorunması haqqında Bern Konvensiyası. Azərbaycan Respublikası bu Konvensiyaya 1998-ci il noyabrın 27-də qoşulub.

* BMT-nin narkotik maddələr haqqında Ümumi Konvensiyası. Azərbaycan Respublikası bu Konvensiyaya 1998-ci il dekabrın 1-də qoşulub.

* BMT-nin psixotrop maddələr haqqında Konvensiyası. Azərbaycan Respublikası bu Konvensiyaya 1998-ci il dekabrın 1-də qoşulub.

* BMT-nin bütün fəhlə mühacirlər və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında Beynəlxalq Konvensiyası. 1990-cı il dekabrın 18-də qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1998-ci il dekabrın 11-də qoşulub.

* Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın ölüm cəzasının ləğvinə yönəldilmiş İkinci Fakultativ Protokolu. 1989-cu il dekabrın 15-də qəbul edilib. Azərbaycan Respublikası bu Protokola 1998-ci il dekabrın 11-də qoşulub.

* İdman tədbirləri, xüsusilə futbol yarışları zamanı zorakılığın və dələduz davranışın qarşısının alınması haqqında Avropa Konvensiyası. 1985-ci il avqustun 19-da qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1999-cu il oktyabrın 28-də qoşulub.

* Girovların götürülməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya. 1979-cu il dekabrın 18-də qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1999-cu il noyabrın 9-da qoşulub.

* Mülki aviasiyanın təhlükəsizliyi əleyhinə yönəldilmiş qanunsuz aktlarla mübarizə haqqında Konvensiya. 1971-ci ildə qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 1999-cu il noyabrın 9-da qoşulub.

* Hava nəqliyyatının qanunsuz zəbtinə qarşı mübarizə haqqında Konvensiya.

* BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyasının Fakultativ Protokolu. 2000-ci il sentyabrın 6-da Nyu-Yorkda qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 2001-ci il fevralın 16-da qoşulub.

* Fonoqram istehsalçılarının maraqlarının fonoqramların qanunsuz təkrar istehsalından qorunması haqqında Konvensiya. 1971-ci il oktyabrın 29-da qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya 2001-ci il fevralın 16-da qoşulub.

* BMT-nin mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktının birinci Fakultativ Protokolu. 1976-cı il martın 23-də qəbul edilib. Azərbaycan Respublikası bu Protokola 2001-ci il iyunun 29-da qoşulub.

* Cinayət fəaliyyətindən əldə edilmiş gəlirlərin yuyulması, aşkarlanması, götürülməsi və müsadirəsi haqqında 1990-cı il Avropa Konvensiyası. Azərbaycan Respublikası bu Konvensiyaya 2001-ci ilin noyabr ayında qoşulub.

* İşgəncə və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması haqqında Avropa Konvensiyası. 1987-ci il mayın 26-da qəbul edilib. Azərbaycan Respublikası bu Konvensiyaya və onun əlavə protokollarına 2002-ci il yanvarın 28-də qoşulub.

* Yerli özünüidarə haqqında Avropa Xartiyası. 1985-ci il oktyabrın 15-də qəbul edilib. Azərbaycan Respublikası bu Xartiyaya 2002-ci il yanvarın 28-də qoşulub.

* Uşaq hüquqları haqqında BMT Konvensiyasının uşaq alveri, uşaq fahişəliyi və pornoqrafiyasına dair Fakultativ Protokolu. Azərbaycan Respublikası bu Protokola 2002-ci il aprelin 2-də qoşulub.

* Uşaq hüquqları haqqında BMT Konvensiyasının uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokolu. Azərbaycan Respublikası bu Protokola 2002-ci il aprelin 2-də qoşulub.

* Ekstradisiya haqqında Avropa Konvensiyası. Azərbaycan Respublikası bu Konvensiyaya və onun əlavə protokollarına 2002-ci il mayın 17-də qoşulub. Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya. Azərbaycan Respublikası bu Konvensiyaya 2002-ci il mayın 17-də qoşulub.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər