PDF Oxu

MİA

  • 34 694

Hüquq haqqı və həqiqəti qoruyur, haqsızlığa qarşı çıxır

image

Həqiqətin qarşısını heç bir sədd kəsə bilməz.

Mənim inam və ümidlərimin mənbəyi həqiqətdir.

Həqiqəti yalandan ayırmaqda gülüş tez-tez böyük vasitəçi olur.

Z.Həbibəyli və İ.Cəmilbəylinin "Beynəlxalq hüquq, idarəçilik və iqtisadiyyat" əsərində göstərilir: "Həqiqət yolu çətin yoldur, odur ki, çox az adam bu yola qədəm qoyur, amma bu yolun zirvəsinə çatanların qarşısında son dərəcə gözəl mənzərə açılır.

Həqiqət həmişə sakit və təvazökardır.

Yalnız həqiqət gözəldir və yalnız o, sevilməyə layiqdir.

Həqiqət əvvəl-axır aşkara çıxır.

Azadlığı və həqiqəti sevməyən güclü adam ola bilər, lakin heç vaxt böyük adam ola bilməz.

Həqiqəti hər kim inkar edərsə, özü ziyan çəkir.

Həqiqətin heç bir bəzəyə ehtiyacı yoxdur.

Əsl elm rəğbət və ya nifrət tanımır, onun yeganə məqsədi həqiqətdir.

Həqiqətin alovu onu aparanın əlini gec-tez yandırır.

Vaxt qiymətlidirsə, həqiqət ondan da qiymətlidir.

Həqiqət qarşısında heç bir duman dura bilməz.

Həqiqət icazə gözləmədən səyahət edir.

Həqiqət gücdə deyil, güc həqiqətdədir.

Həyat eşqi həqiqət eşqi deməkdir.

Fikirlər müxtəlif ola bilər, lakin həqiqət birdir.

Həqiqət hakimi ürək yox, ağıldır.

Həqiqətə məhəbbət yaxşısını axtarıb tapmaq və qiymətləndirmək bacarığında əks olunur.

Həqiqət tez-tez anlaşılmaz olur, lakin heç vaxt ölmür.

Həqiqət bəşəriyyətin təhsili və inkişafı, yazıçının əsas məqsədi olmalıdır.

İnsan həqiqəti təkcə ağlı ilə deyil, ürəyilə də hiss edir.

Həqiqət iki yerə bölünmədiyi halda, aldatmağın üsulları saysız-hesabsızdır.

Yalanı heç bir istedad həqiqətə çevirə bilməz.

Həqiqət vicdanın qələbəsi deməkdir.

Canlı həqiqət yaşayır və bütün canlılar kimi özünə yol açır.

Həqiqətə vurğun adamın şair və ya dahi olması lazım deyildir. O adam özlüyündə həm şair, həm də dahidir.

Yağ suyun üzünə çıxdığı kimi, həqiqət də həmişə yalandan yüksəkdə durur.

Həqiqət öz-özünü asanlıqla müdafiə edir".

Həqiqət nəhri şübhə arxlarını basıb keçir.

Bir şeyə şübhə edirsinizsə, həqiqəti söyləyin.

Həqiqəti sevən adamı yalançı qohumdan üstün tut!

Həqiqət həmişə şirin olmur.

Həqiqət havadır, onsuz nəfəs almaq olmaz.

Vay o adamın halına ki, o, həqiqətə cinayət yolu ilə çatmaq istəyir, bu, heç vaxt ona sevinc gətirməz.

Z.Həbibəyli və İ.Cəmilbəylinin adı çəkilən əsərində göstərilir: "Həqiqəti də günəş kimi ovucla örtmək olmaz.

Şirin yalandan acı həqiqət yaxşıdır.

Külək əsər hər tərəfə, həqiqət bir tərəfə.

Həqiqəti hamı tərifləyir, amma hamı demir.

Həqiqət suda batmaz, odda yanmaz.

Yalan tək ayaq üstə durur, həqiqət iki ayaq üstə.

Həqiqəti deməyən Lələnin yaşaması da mənasızdır.

Həqiqətlər ağzı qıfıllanmış 40-cı otaqdadı. Onu açmaq isə zamana möhtacdır.

Həqiqət deyiləndə və ona əməl olunanda faydalı olur.

Həqiqəti yerində demək faydalıdır.

Ey xan, həqiqəti de! Xalqı boş-boş vədlərlə bəsləmək olmaz.

Həqiqət budur ki, həyat ölüm üçün gözləmə otağıdır.

Həqiqət odur ki, hər kəs öz taleyini yaşayır.

Həqiqət odur ki, "yük əyməsə, daş qürbətə düşməz".

Həqiqət odur ki, söz saxlamağı bacaranın başı ağrımaz.

Həqiqət odur ki, kamil adamların da məsləhətə ehtiyacı var.

Həqiqət odur ki, elə ki, utanmadın, nə istəsən edə bilərsən.

Həqiqət odur ki, dost var bazaracan, dost var məzaracan.

Həqiqət "acı" olsa da, uydurma fikirlərdən çox yaxşıdır.

Həqiqət keçməyən ölkədən cəhənnəm yaxşıdır.

Hamı həqiqət axtarışında olsa da, yolları ayrı-ayrıdır.

Elə həqiqətlər var ki, onu həmişə sirr kimi saxlamaq lazımdır.

Həqiqət dilin dediyində yox, gözün gördüyündədir".

Müəlliflər daha sonra qeyd edirlər ki: "Haqq olmayan yerdə iman olmaz, imansız cəmiyyətdə isə inkişaf olmaz.

Haqq varlıq deməkdir. Onu danan özünü danar.

Haqqı görən zirvədə büdrəməz.

Haqq sözdən küsənlər öz əqlindən küsənlərdir.

Haqqı dananlar əşyaya çevrilmişlərdir. Onlarla dostluq edənlərin aqibəti köhnəlmiş əşyaya bənzər.

Haqq sənin görən gözün, eşidən qulağın, danışan dilin, hiss edən qəlbindir. Bundan məhrum olanlar bu dünyanın tullantıları, axirətin isə odunudurlar.

Haqq əzəli və əbədi deməkdir. Haqqı dananlar özlərini danar və unudulmuşlardan olarlar.

İnsan o kəsdir ki, haqqı görə, sevə və ona tabe ola.

Haqq söz ox yarası təki ağır olsa da, sonrakı şirinliyindən doymaq olmaz.

Hər bir yolun başlanğıc və nəticəsi var. Haqq yolu seç ki, peşman olmayasan.

Enişi görən yoxuşda büdrəməz, əgər haqqı görərsə.

Haqq göydə Allah, yerdə isə Onun bəndələri. Haqqı danmaq özünü danmaq və Allaha qarşı üsyan deməkdir.

Haqqı görmək Allahı görməkdir, görmək isə gizlində və aşkarda günah etməməkdir.

Haqq söz Allahın sözüdür, yalan, küfr, şirk isə şeytandandır. Allahdan qorxun və Ona qarşı çıxmayın, yoxsa bəlaya düçar olarsınız. Allah haqqı sevənlərlədir.

Ey haqqı dananlar! Haqq sizə mütləq göstəriləcəkdir, o, sizin gizlidə və aşkarda etdiyiniz əməllərdır. O gün özünüzdən və bir-birinizdən qaçacaqsınız, o gün siz özünüzə şahidlik edəcək və çəkdiyiniz həyat amalınıza baxacaqsınız. Allahdan qorxun və Ondan rəhm diləyin. O, hər şeydən xəbərdardır. Allah sizə rəhm etsin..."

Z.Həbibəyli və İ.Cəmilbəyli qeyd edirlər ki, "Zor ya qanun zəifliyi, ya da qanunun kimsələrə tabe olunmasıdır.

Zor cinayətdir - istər döyüş meydanında, istərsə də dinc həyatda.

Dözüm zora qarşıdır, zor yoxdursa, dözümə də ehtiyac yoxdur.

Zora qarşı güzəşt diri ölülərə aiddir. Zorakılığı ölü də bağışlamaz.

Mənəvi yara sağalmaz.

Ailədə haqsızlıq atanın, dövlətdə isə rəhbərin zəifliyidir. Zor nadan əməldir.

İstər dində, istərsə də dinə qarşı zor Allaha qarşı çıxmaqdır.

İnsanlara qarşı haqsızlıq Allaha qarşı hörmətsizlikdir.

Canavar heyvandır, canavarlıq isə cinayət.

Qanun xalqın namusudur, lənət olsun onu satana və alana.

Dövlət qanunlarına tabe olmayan vətəndaşlıqdan, Allah qanunlarına tabe olmayan isə insanlıqdan məhrumdur.

Qanunsuzluq haqsızlıq və ədalətsizlik, aqibəti isə məhv olmaqdır.

Hər bir qanun insanların yetişməsi və formalaşması naminə olmalıdır.

Qanun eynidir, fərqi isə dövrə görə təkmilləşməsindədir.

Dövləti sevən kəs onun qanunlarına tabe olub əməl edəndir.

Qanuna riayət edənin ruhu sağlam, başı isə salamat olar.

Qanun müqəddəsdir, müqəddəsliyi isə insanlıq naminə olmasıdır.

İnsan qohumpərəsti yox, qanunpərəst olmalıdır.

Qanun qorunmaqdır, onun qorunması özündən də vacibdir.

Qanun cinayətkarlara düşmən, dinc əhaliyə isə dostdur.

Qanun dildə yox, əməldə vacibdir.

Meşənin də təsdiq olunmuş qanunları var.

Qanun haqdır, onu inkar etmək Allaha qarşı çıxmaq deməkdir.

Qanun müqəddəsdir, onun müqəddəsliyi isə müqəddəs Kitabla təsdiq olunmasıdır.

Ali hökm Allahdandır, hökmdən yayınmaq isə şeytandan.

Kamil cəmiyyətdə qanundur padşah, padşah isə qanun ola bilməz, çünki bütün qanunlara Allahdır padşah.

Qanunun gözəli insana xidmət edənidir.

Qanunu pozmaq Allaha qarşı çıxmaq kimi qiymətləndirilir".

İstər dövlət qanununu, istərsə də Allah qanununu pozmaq həm dövlətə, həm də Allaha qarşı çıxmaq, aqibətləri isə bu dünyada əzab, axirətdə cəhənnəmdir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər