PDF Oxu

MİA

  • 9 053

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu

image

Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Büro aşağıdakıları həyata keçirir:

- insan amili sahəsində öhdəliklərin yerinə yetirilməsinə nəzarət edir;

- beynəlxalq humanitar hüqüq və insan amili haqqında ümumi məlumatları yayır;

- demoktratik institutların yaradılması üzrə seminarlar təşkil edir.

Z.Nəbibəyli və Cəlilbəyli yazırlar: "DTİHB Varşavada yerləşir. O, ATƏT-ə üzv ölkələrdə seçkilərin keçirilməsi və demoktratik təsisatların inkişafı haqqında informasiya mübadiləsi üçün təşkilat hədləri təmin edir, seçkilərin keçirilməsi üzrə müşavirədə işini əlaqələndirir, konstitusiya və hüquq məsələləri sahəsində ekspert köməyi göstərir.

Parlament Assambleyası. 1991-ci ilin aprelində ATƏT-in üzv ölkələrinin parlamentarları ATƏT-in Parlament Assambleyasını yaratmaq qərarına gəldilər. Onun cari işlərini Kopenhagendə yerləşən katiblik aparır. Fəaliyyət göstərən sədr PA ilə müntəzəm əlaqə saxlayır və ona ATƏT-in fəaliyyəti barədə məruzə edir. Əhalinin sayından asılı olaraq hər üzv dövlətdən 2-17 nümayəndə olmaqla cəmi 312 nəfərdən ibarət olur. Hər il üzv dövlətlərin birində sessiyalar keçirir. Qərarlar bir qayda olaraq, sadə səs çoxluğu, bəzən konsensus yolu ilə qəbul edilir.

Parlament Assambleyasının siyasi və təhlükəsizlik, iqtisadi və humanitar məsələlər üzrə üç əsas komitəsi vardır. Assambleya aşağıdakı məsələlərə baxır:

- ATƏT-in fəaliyyətini qiymətləndirmək;

- dövlət və hökümət başçılarının görüşündə və ya ATƏT-in Nazirlər Şurasında baxılan məsələlər üzrə müzakirələr keçirmək;

- milli parlamentləri müntəzəm olaraq məlumatlandırmaq."

Müəllif göstərir ki, ATƏT-in Katibliyi Vyanada yerləşir. Katibliyə baş katib rəhbərlik edir. O, yüksək vəzifəli şəxslər komitəsinin təklifi ilə ATƏT-in Şurası tərəfindən 3 il müddətinə seçilir.

Katiblik, əsasən, Vyanada fəaliyyət göstərir. O, dörd şöbədən ibarətdir:

a) fəaliyyət göstərən sədrin işini təmin edən ümumi məsələlər üzrə şöbə görüşlərinin hazırlanmasına, beynəlxalq təşkilatlarla və mətbuatla əlaqələrə, ictimai informasiya məsələlərinə cavabdehdir;

b) münaqişələrin aradan qaldırılması üzrə mərkəz - münaqişələri aradan qaldırmaq və böhranları nizama salmaq sahəsində ATƏT-in fəaliyyətinin ümumi təminatı ilə, həmçinin ATƏT-in missiyalarını operativ müdafiə etməklə məşğuldur; mərkəz çərçivəsində məlumatlar bazası olmaqla, ATƏT- in rabitə şəbəkəsi fəaliyyət göstərir;

v) konfranslara xidmət göstərən şöbə - konfrans və tərcümə xidmətini təmin edir, sənədlər və protokol məsələləri ilə məşğuldur;

q) inzibati-büdcə şöbəsi-inzibati xidmət göstərir, kadr siyasəti ilə məşğul olur və maliyyə nəzarətinə cavabdehdir.

ATƏT Katibliyinin daimi əməkdaşlarının ümumi sayı 65 nəfərə yaxındır.

9. Baş katib Nazirlər Şurası tərəfindən üç il müddətinə seçilir. O, Vyanada fəaliyyət göstərən sədrin nümayəndəsi kimi çıxış edir və bütün fəaliyyəti dövründə ATƏT-in məqsədlərinin həyata keçirilməsi üzrə onu dəstəkləyir. ATƏT-in qurumlarına və apardığı əməliyyatlara rəhbərlik də Baş Katibin funksiyalarına aiddir. O, ATƏT-in əsas inzibati vəzifəli şəxsidir, ATƏT-in görüşlərinə hazırlıq və işinə rəhbərlik məsələlərində fəaliyyətində olan sədrlə əməkdaşlıq edir, qəbul olunmuş qərarların yerinə yetirilməsini təmin edir.

ATƏT-in missiyaları. Hazırda ATƏT-in Bosniya və Hersoqovinada, Xorvatiyada, Estoniyada, Gürcüstanda, Kosovo, Sancaq və Voyevodinada, Latviyada, kemiş Yuqoslaviya Respublikası Makedoniyada, Moldovada, Tacikistanda, Ukraynada və s. missiyası fəaliyyət göstərir. ATƏT-in missiyaları münaqişələri aradan qaldırmaq və böhranları nizamlamaq məqsədinə xidmət edir. Onların mandatında, adətən, yerlərdə nümayəndələrlə sıx əlaqə yaratmaq və cəlb edilmiş tərəflərlə dialoqu möhkəmləndirmək tapşırığı nəzərdə tutulur. Hər bir missiyanın mandatı konkret şəraitə uyğun olaraq hazırlanır.

Sanksiyaların müdafiəsi üzrə missiyalar. 1993-cü ilin fevralında ATƏT sanksiyaların dəstəklənməsi üzrə missiyaların təsis edilməsi barədə qərar qəbul etmişdir. Serbiya və Çernoqoriyaya tətbiq edilən sanksiyaların və keçmiş Yuqoslaviyanın bütün respublikalarına silah satışına embarqonun həyata keçirilməsinə nəzarət bu missiyalardandır. Bu missiyalar keçmiş Yuqoslaviya Respublikası (Serbiya və Çenoqoriya) ilə həmsərhəd olan bütün ölkələrdə fəaliyyət göstərmişdir.

Barışıq və Arbitraj Məhkəməsi. Məhkəmə 1994-cü ilin dekabrında ratifikasiya haqqında on iki sənədin saxlanmağa verilməsindən və ya birləşmədən sonra qüvvəyə minmiş ATƏT çərçivəsində barışıq və arbitraj üzrə Konvensiyaya uyğun olaraq təsis edilmişdir. Onun vəzifəsi barışıq və ya müvafiq hallarda Konvensiyanı imzalamış, ATƏT-in iştirakçı dövləti tərəfindən onun müzakirəsinə çıxarılan mübahisənin arbitraj vasitəsilə nizamlanmasıdır. Məhkəmə Cenevrədə yerləşir.

Birgə Məsləhətləşmə qrupu. 1990-cı ildə Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin (AASQ) iştirakçıları məqsədə çatmaq və ATƏT çərçivəsində bağlanan AASQ haqqında, müqavilənin müddəalarının yerinə yetirilməsinə kömək üçün birgə Məsləhətləşmə Qrupu təsis edirlər. BMQ müqavilənin müddəalarına əməl edilməsi ilə bağlı məsələlərlə məşğul olur. Müqavilənin həyat qabiliyyəti və səmərəliliyinə yüksəldilməsi istiqəmətində tədbirləri müzakir edir onun yerinə yetirilməsinin texniki aspektləri haqqında qərarlar qəbul edir, bununla əlaqədar ortaya çıxan mübahisəli məsələləri həll edir. Birgə Məsləhətləşmə Qrupunun işində iclasları Vyanada keçirir.

Açıq Səma üzrə Məsləhətləşmə Komissiyası. 1992-ci ildə iştirakçı dövlətlər Açıq Səma və Məsləhətləşmə Komissiyası təsis edilər. Komissiya formal olaraq ATƏT-in sturkturlarına daxil edilməsə də ATƏT ilə Səma üzrə Müqavilə arasında siyasi əlaqə 1992-ci ildə qəbul olunmuş xüsusi bəyannamədə müəyyən edilmişdir. ASMK-nın iclaslarında ATƏT-in Katibliyi xidmət göstərir. ASKM-nın həftədə bir dəfə Vyanada keçirilən iclaslarında cəmi 27 iştirakçı dövlət və ya 17 müşahidəçi dövlət təmsil olunmuşdur.

Müəlliflər yazırlar: "ATƏT-in maliyyələşdirilməsi. ATƏT-in bütün təsisatlarının, danışıqlarının, xüsusi görüş və missiyalarının fəaliyyətinin maliyyələşdirilməsi iştirakçı dövlətlərin üzvlük haqqı hesabına həyata keçirilir. Maliyyələşdirilmənin bu qaydası ezamiyyətdə olan əməkdaşlara şamil edilmir, belə ki, onların əmək haqqı milli orqanlar tərəfindən ödənilir.

1992-ci il yanvar ayının 20-dən Azərbaycan Respublikası ATƏT-in üzvüdür. İyul ayının 10-dan isə Azərbaycan tərəfindən Helsinki Yekun Aktı imzalanmışdır. 1992-ci ilin mart ayının 24-də ATƏT-in Nazirlər Şurasının qəbul etdiyi qərara əsasən, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizama salınması üçün 11 dövlətin daxil olduğu Minsk Qrupu yaradılmışdır. Minsk Qrpunun əsas vəzifəsi münaqişəni nizama salmaq məqsədilə vasitəçilik etmək, müvafiq sənədlər hazırlamaq və münaqişənin sülh sazişi ilə başa çatdırılması üçün xüsusi Minsk Konfransı çağırmaqdır.

Yuxarıda çox müfəssəl şəkildə ATƏT-in vəzifəsi və sturukturu haqqında məlumatlardan onların bütün fəaliyyətləri çərçivəsi aydınlaşır. Onların işçiləri bizim hesabımıza, yəni üzv dövlətlərin maliyyəsi hesabına mövcuddurlar. Belə çıxır ki, ATƏT-ə üzv dövlətlərin sayı nə qədər çox olarsa və münaqişələr nə qədər çox uzanarsa, ATƏT əməkdaşlarının maraq dairələrinə daha uyğundur.

Bizim üçün maraq kəsb edən digər məsələlərdən biri də Azərbaycanın onlardan umacağıdır. ATƏT-in söylədiyimiz funksiyalarına bir əsasnamə kimi baxarıqsa, aydınlaşar ki, onlar qəti qərar sahibi deyillər. Onların işləri münaqişə tərəflərini hər kəsin öz milli psixologiyasına yuğun "tumarlamaq- şumallamaqdır".

Qaldı ki, münaqişədə olan dövlətlərin siyasi sturukturlarının öz xalqına müraciətlərinə, əlbəttə uduzan tərəf hesabatını və fikrini daxili sabitliyi saxlamaqla rəhbərlikdə qalma müddətini uzatmağa kökləyir. Bəlkə də başqa çıxış yolu yoxdur, onu tapa bilmir, yaxud xalqını özünə inandıra bilmir və s. məsələlər ola bilər".

Münaqişənin qalib tərəfi isə əksinə, öz xalqına müraciətdə bir çox çatışmazlığı bu əlamətlə pərdələməyə üstünlük verirlər. Bunun bariz nümunəsi 60 illik müharibələr aparan Fələstin-İzrail və 20 illik müharibələr yaşayan Azərbaycan-Ermənistan münaqişələridir.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər