MİA

  • 7 616

“Media haqqında" yeni qanunun dəyişdirilməsinə ehtiyac var idi - BAŞ REDAKTOR AÇIQLADI

image

“Media haqqında yeni qanunun müzakirəsi və onun qəbul olunmasına doğru gedən proseslər böyük əhəmiyyət daşıyır. Bu, ümumilikdə bütün media və dövlətçilik tariximizdə əhəmiyyətli bir hadisə kimi qalacaq”. Bu sözləri SİA-ya açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu dövrdən sonrakı 30 ilin ərzində xüsusilə 2003-cü ildən sonra ölkəmizdə medianın iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi və azad media ənənələrinin daha gücləndirilərək ölkənin milli informasiya sisteminin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atılıb: “Bu günə qədər media məkanında baş verən proseslərin hüquqi tənzimlənməsi o qədər də mükəmməl deyildi. Xüsusilə də qüvvədə olan KİV haqqında qanunun demək olar ki, hər il dəyişdirilməsinə baxmayaraq yenə də mediada gedən prosesləri tam ehtiva edən və düzgün yönəldən mükəmməl bir qanun layihəsi yox idi. Bu nöqteyi-nəzərdən qanunun dəyişdirilməsinə ehtiyac var idi. Azərbaycanın müharibədən sonra yaradılmış reallıqlar içərisindəki vəziyyəti əvvəlki dövrlərdən xeyli dərəcədə fərqlənir. Müharibədən əvvəlki dövrdə ölkənin müxtəlif askpektlərdə xüsusilə də dövlət və media, media və cəmiyyət münasibətlərində olan münasibət müharibədən sonrakı münasibətlə eyni deyil. Belə bir şəraitdə medianın inkişafının yeni qanunla tənzimlənməsi və fəaliyyətinin qanunvericilik bazasının möhkəmləndirilməsinə böyük ehtiyac var idi. Digər tərəfdən mediada bu dövrdə baş qaldırmış mütərəqqi transformasiyaların, proseslərin qanunvericilikdə əks edilməsinə də ciddi ehtiyac var idi. Xüsusilə də onlayn və audiovizual medianın mükəmməl bir qanun layihəsi ilə tənzimlənməsi, idarə edilməsi ciddi əhəmiyyətli və həll edilməli vəzifə idi. Azərbaycan mediası bir sıra kateqoriyaların içində fəaliyyət göstərsə də, amma bu kateqoriyaların mahiyyətini lazımi qədər qiymətləndirə bilməmişik”.

Aydın Quliyev sözlərinə davam edərək bildirib ki, məsələ burasındadır ki, biz yeni qanunun köməkliyi ilə “jurnalist nədir?”, “redaksiya nədir?”, “KİV nədir?”, jurnalistin kimliyi məsləsinə artıq qanunvericilik qarşısında cavab verə biləcəyik: “Əsasən də jurnalistin sosial hüquqi portretinin müəyyən olunmasında yeni qanunun çox böyük əhəmiyyəti var. Bundan başqa media subyektlərinin təslimatının verilməsində yeni qanun demək olar ki, əvəzsiz rol oynayır. Media orqanlarının qeydiyyat prosedurunun sadələşdirilməsi yeni qanunun çox üstün cəhətlərindən biridir. Məsələn, çap mediası və onlayn medianın fəaliyyətə başlaması üçün hər hansı bir dövlət qurumundan icazənin alınmasına ehtiyacın olmadığı barədə maddə ən mütərəqqi maddələrindən biri olacaq. Vahid media reyestrinin yaradılması eləcə də vahid jurnalist kartlarının tətbiq olunması bizim mediamızın tarixində yeni mərhələ açacaq. Çünki başqa obraz yaratmağa çalışanlar olsa da, vahid media reyestrinin olduqca böyük əhəmiyyətə malik olduğunu görürük. Çünki bu ölkədə jurnalistlərin media orqanlarının sayını dəqiqləşdirməyə və onlarla bağlı dövlətin siyasətinə daha da əhatəli həyata keçirilməsində çox böyük əhəmiyyət daşıyır. Bilməliyik ki, ölkədə neçə jurnalist var, neçə nəfər jurnalist dövlətin himayəsinə sığına bilər, neçə media oraqanı var. Bir sözlə media haqqında yeni qanun Azərbaycan mediasının inkişafında yeni bir dövr açacaq ki, həm də bu dövlətin bizim milli informasiya məkanında hüququ bazanın daha da təkmilləşdirilməsində və təhlükəsizlik mühütünün gücləndirilməsində nə qədər maraqlı olduğunu göstərir. Yeni media qanununun qəbul olunması ölkəmizdə dövlətin siyasi iradəsinin azad mediaya yönəlmiş bir təzahürüdür”.

Səbinə Hüseynli

Digər xəbərlər