Siyasət

  • 1 497

Azərbaycan-İsrail münasibətləri hansı səviyyədədir? - POLİTOLOQ DANIŞDI

image

“Azərbaycan-İsrail münasibətləri bugünkü gün çox yüksək səviyyədədir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.Politoloq qeyd edib ki, iki ölkə arasında olan münasibətlər dostluq faktoruna söykənir: “Qeyd etmək lazımdır ki, İsrail dövləti müstəqillik əldə etdiyimizdən bu yana Azərbaycanın iqtisadi, müdafiə sənayesi və digər sahələrdə inkişaf etmək üçün müəyyən töhfələr verib. Hesab edirəm ki, Azərbaycan-İsrail dövlətləri arasındakı münasibət gələcəkdə böyük perspektivləri var. Məhz bu perspektivləri nəzərə aldıqda Azərbaycanla İsrail əlaqələrinin hər bir formada inkişaf etdirilməsi artıq zəruri bir hala çevrilib. Bu baxımdan ölkəmizin İsraildə səfirliyinin açılması ilə bağlı irəli sürdüyü təşəbbüs İsrail rəhbərliyi tərəfindən yüksək şəkildə qarşılanır. Ona görə də İsrail dövlətinin Baş naziri eyni zamanda Müdafiə naziri və İsrail dövlətinin Prezidenti bu məsələdə konkret olaraq dövlətlərin maraqlı olduqlarını ortaya qoymuş olur. Bu baxımdan hesab edirəm ki, özəlliklə Qarabağın işğaldan azad edilməsindən sonra regionda formalaşacaq logistika və nəqliyyat sahələrində İsrail dövləti də yaxından iştirak edəcək. Həmçinin regionda baş verən yenidənqurma prosesində İsrail dövlətinin fəal şəkildə iştirak etdiyinin şahidi oluruq. Fikrimcə, bu cür münasibətlər nəticəsində hər iki ölkə iqtisadi, siyasi, sosial baxımdan müəyyən dividentlər əldə edəcək.

Müəllif: Banuçiçək Hüseynli

Digər xəbərlər