Siyasət

  • 2 378

YAP-ın yaradılmasının 30 ili tamam oldu

image

Azərbaycanın, həm də Cənubi Qafqaz regionunun güclü siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 ili tamam oldu. Azərbaycan xalqı 21 noyabr 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyasının (YAP) 30-cu ildönümünü böyük sevinc və fərəh hissi ilə qeyd edir.Yeni Azərbaycan Partiyasının (YAP) 30-cu ildönümü həm də ona görə əlamətdardır ki, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan bu partiyanın yaranma tarixi Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində xalqımızın qazandığı böyük Zəfər bayramının ikinci ildönümü günlərinə təsadüf etdi.Ulu öndər Heydər Əliyevə olan dərin hörmət və etibar sayəsində hazırda öz sıralarında yüz minlərlə insanı birləşdirən Yeni Azərbaycan Partiyası bu gün həqiqətən də yalnız Azərbaycanın deyil, həm də bütün Cənubi Qafqaz regionunun güclü və beynəlxalq aləmdə hakimiyyət partiyaları tərəfindən qəbul edilən nüfuzlu siyasi təşkilatıdır. Məhz bu partiyanı yaratmağı və inkişaf etdirməyi öhdəsinə götürməklə Ulu öndər ölkəni xaos və vətəndaş müharibəsindən qurtarmaqla, onun müstəqilliyini əbədi və dönməz etmək kimi çox şərəfli bir missiyanı uğurla həyata keçirmişdir. Bununla da Ulu öndər Heydər Əliyev özünün həqiqətən də dahi bir şəxsiyyət olduğunu sübut etdi. Hazırda ölkəmizin Prezidenti cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının Sədri kimi özünəməxsus şərəfli inkişaf yoluna və ənənələrə malik olan bu partiyanın daha da inkişaf etdirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə, beynəlxalq əlaqələrinin genişləndirilməsinə və müasirləşdirilməsinə ciddi əhəmiyyət verir. İndiki mərhələdə Yeni Azərbaycan Partiyası Azərbaycan ictimai-siyasi mühitinin ən mütəşəkkil, aparıcı qüvvəsi kimi çıxış edir. Buna görədir ki, Yeni Azərbaycan Partiyası daim yeniləşən Azərbaycanın böyük ənənələrə malik olan yeni tipli, yetkin və dialektik inkişafda olan siyasi partiyası kimi nüfuzunu və şöhrətini nəinki qoruyub saxlayır, getdikcə daha da artırır, genişləndirir və möhkəmləndirir.Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənb İlham Əliyev tədbirdə çıxış edərək qeyd edib ki, Partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı. YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, tariximizin o qara səhifəsi bağlanmışdır.Bu gün Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir.Görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizə həm geniş mənada müstəqil Azərbaycan dövlətinin, Azərbaycan xalqının və həm də Yeni Azərbaycan Partiyasının gələcək inkişafı üçün Prezident İlham Əliyev kimi əsl lider bəxş etmişdir.Partiyamızın qazandığı nailiyyətlərə görə ilk növbədə onun yaradıcısı Ulu Öndər Heydər Əliyevə minnətdarıq və uzun illər partiyamıza liderlik edən Azərbaycan Respublikasının Prezidenti cənab lham Əliyevə təşəkkür edirik.

Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər