Siyasət

  • 1 124

Əli Kərimli agent olmadığını təkzib edə bilmir - ANALİZ

image

Azərbaycanın hər yeni günü növbəti zəfər tarixdir. Uğurlar, nailiyyətlər təzələnir və bununla da uca millətimizin qəhrəman, qorxmaz və nəhayət hər cür maneəni dəf etməyə qadir millət olduğunu bütün dünya görür. Xüsusilə də, işğaldan azad edilən ərazilər də geniş quruculuq, abadlıq, bərpa işlərinin aparılması və bunun fonunda keçmiş qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı hər bir azərbaycanlı da möhtəşəm sevinc hissləri yaradır. Yəni Azərbaycanın uğurlarından dostlar sevinir, düşmənlər dərdə, qüssəyə qərq olurlar.

Təəssüflər olsun ki, ikincilərin sırasında sapı özümüzdən olan baltalar da yer alırlar. Hansı ki, bu məxluqlar Azərbaycanda doğulub, boya başa çatıb, imkanlarından geniş forma da istifadə etməklə özlərinə hər cür şərait yaradıblar. Lakin əldə etdikləri ilə kifayətlənmirlər və daha yeni imtiyazlar və statuslar qazanmaq iddiası ilə meydanda fəaliyyət göstərirlər. Elələri də var ki, müxtəlif şirnikləndirici vədlər əsasında xaricə üz tutub, oradan Azərbaycana qarşı sifarişli hədyanlar səsləndirirlər. Ancaq erməni revanşistlərindən heç nə ilə fərqlənməyən Arif Hacılı, Əli Kərimli, Cəmil Həsənli, Arif Məmmədov, Gültəkin Hacıbəyli, Trol Sadıqlı, Sevinc Osmanqızı, Arif Yunus, Vidadi İskəndərli və bu kimi erməni dəyirmanına su tökənlər bəd niyyətlərini reallaşdıra bilməyəcəklər. Heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz. Uğurlar, qələbələr dönməzdir və davamlıdır. Ona görə ki, əsası qoyulan və bu gün də davam etdirilən siyasət bunu özün də ehtiva edir.

Əli Kərimlinin agent olduğu sübuta yetirilir

Faktlara istinad etməklə qeyd etmək olar ki, istər dağıdıcı müxalifətin, istərsə də xaricdəki antimilli ünsürlərin Azərbaycanın dövlət maraqlarına qarşı düşmən mövqe də dayanmaları səbəbsiz deyil. Onlar müxtəlif xarici agentura şəbəkəsinin üzvləridir. Məhz zamanında üzərilərinə öhdəliklər götürdüklərindən indi istəsələr də şəbəkə üzvlüyündən çıxa bilməzlər. Ara-sıra dağıdıcı müxalifət baş bilənlərinin və xaricdəki antimilli ünsürlərin ABŞ-ın və Qərbin qaranlıq dairələrinin maraqlarından çıxış etmələri torbada pişiyin olmasından xəbər verir. Digər tərəfdən Milli Şuranın rəhbəri Cəmil Həsənli özü açıq şəkildə etiraf etmişdir ki, o hər ay Soros fondundan 200 ABŞ dolları alıb. AXCP sədri Əli Kərimliyə Gürcüstan vasitəsi ilə Avropadan maliyyə vəsaitlərinin gətirilməsi halları olub. Hətta Ə.Kərimliyə kuryerlik edən bəzi şəxslər Azərbaycanın dövlət sərhəddindən keçərkən saxlanılıblar və onlar haqqında qanunvericiliyin müxtəlif bəndləri ilə hüquqi tədbirlər görülüb. Bir qədər əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə keçirilən məhkəmə prosesində xaricdən Əli Kərimliyə pulların çatdırılması barədə çoxsaylı faktlar səsləndirilmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs Vidadi Rüstəmli Heydər Əhmədovdan 37 min ABŞ dolları, Ceyhun Hüseynovdan isə 50 min ABŞ dolları məbləğində pulları alaraq. AXCP sədri Əli Kərimliyə çatdırdığını bildirmişdir.

Zaman keçdikcə Ə.Kərimlinin kimlərdən hansı yönümlü sifarişlər aldığı sübuta yetiriləcək

Söz yox ki, mövcud faktlar Ə.Kərimlinin xarici fondlarla əlaqələrini sübut edən siyahıdan bir hissədir. Ə.Kərimlinin məkrli dairələrlə əməkdaşliği daha geniş forma daşıyır. Təbii ki, zaman keçdikcə onun xarici maraqlı dairələrlə əlaqələrini sübut edən və sübutlar çərçivəsində hansı şəbəkədən və dairədən nə qədər pul aldığına dair yeni- yeni faktlar üzə çıxacaq. Söz yox ki, xarici məkrli dairələr Ə.Kərimlinin qaşına gözünə aşiq olmayıblar ki, bu səbəbdən ona pul-para göndərsinlər. Tərflər “əl-əli, əldə üzü yuyar” məsəlinə uyğun olaraq bir-birinə yardım göstərirlər. Yəni xarici məkrli dairələr Azərbaycanda qarşılıq yaratmaq, erməni maraqların icra edilməsini istəyir və bu istəklər Ə.Kərimli vasitəsi ilə həyata keçirilir, qarşılığında ciblərə pullar köçürülür. Milli Məclisin deputatı Elşən Musayev SİA-ya açıqlamasında bildirib ki, bu ictimai-siyasi ünsürlər onsuz da elə özləri də etiraf edirlər ki, milli və dövlət maraqlarını satmağa hər zaman hazır olublar və bu gün də hazırdırlar: “Onlar açıq-açığına Azərbaycana qarşı mübarizədədirlər. O ki, qaldı Əli Kərimlinin məhz bu məsələ ilə bağlı istintaqa cəlb edilmə perspektivinə, düşünürəm ki, Ə.Kərimli yalnız bu məsələ ilə bağlı deyil, bir çox məsələlərlə bağlı açıqlama, izahat verməlidir. Çünki bu insanın adı demək olar ki, bütün qara işlərdən çıxır. İctimai-siyasi həyatda nə zir-zibil, nə ziddiyyət, nə kuryoz varsa adam sanki ora rusların sözü olmasın "pripiska"dır. Bu isə Ə.Kərimlinin xislətindən və bitib-tükənməyən ambisiyasından irəli gələn məsələdir”. Bu kimi faktlardan çıxış edərək, bir daha əmin şəkil də demək olar ki, Ə. Kərimli ABŞ-ın və Avropanın qaranlıq dairələrinin agentidir. Əgər belə deyilsə, qoy Ə.Kərimli iddiaların və ittihamların əsasız olduğunu sübut etsin. Çıxsın ənənəvi internet TV-lərə ittihamları təkzib etsin. Edə bilməz, çünki adı faktlar əsasında üstündədir-agent.

İLHAM ƏLİYEV

Digər xəbərlər