PDF Oxu

Siyasət

  • 6 205

“Azadlıq” radiosu həm özünü, həm də dağıdıcı müxalifəti ifşa etdi ANALIZ

image

Hər zaman belə olub və bu gün də məkrli siyasətləri və fəaliyyətləri dəyişməz olaraq qalmaqdadır. Daha doğrusu, AXCP, Müsavat, Milli Şura və onlarla eyni pozucu fəaliyyəti bölüşən "Azadlıq" qəzeti, "Azadlıq Radiosu", "Azərbaycan Saatı" proqramı, "Turan" TV, "Meydan" TV və digərləri taleyüklü tədbirlər ərəfəsi daha iyrənc və pozucu fəaliyyət yolu tutmaqla xaricdəki ağalarının diqqət mərkəzinə çevrilməyə çalışırlar. Sentyabrın 1-də azad və demokratik şəkildə baş tutan parlament seçkiləri ilə bağlı sözügedən siyasi təşkilatlar və media qurumları hər cür təxribatçı əməllərdən istifadə etdilər, çoxsaylı şər və böhtanlar yaymağa cəhdlər göstərdilər. Düzdür, məkrli niyyətlərinə nail ola bilmədilər. Nə demokratik düşüncəli dünyanı, nə də sivil Azərbaycan cəmiyyətini özlərinin yalanlarına inandıra bilmədilər. Azərbaycan seçicisi azad və demokratik şəkildə seçki məntəqələrinə gedərək istədikləri namizədə səs verdilər. Bu da onların anlaqsız olmalarından irəli gəlir. Çünki Azərbaycan xalqı kifayət qədər seçki təcrübəsinə və siyasi bilgilərə malikdir. Bu baxımdan əhalini hər hansı bir yalan və böhtanla, dezinformasiya xarakterli xəbərlərlə hədəfindən və məqsədindən yayındıra bilməz. Dağıdıcı müxalifətin seçkilərə qatılmaqdan imtina etməsi onların zəifliklərinin göstəricisidir. Reallığı etiraf etməyib, hay-küy qaldırmaq isə siyasi mədəniyyətsizlik və qorxaqlıqdır. Seçkilərdə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir. Taleyüklü tədbirdən imtina edənlərin səbəbi zəiflik və qalmaqallı situasiyaları təhrik etməkdir. "Azadlıq" qəzeti, "Azadlıq Radiosu", "Azərbaycan Saatı" proqramı, "Turan" TV, "Meydan" TV və digərlərinin dağıdıcı müxalifətlə iş birliyinə getmələri onların jurnalist peşə etika qaydalarından və media haqqında qanundan uzaq olduqlarını göstərir.

Seçki günü “Azadlıq” radiosu dezinformasiya yaymaqda həmkarlarından fərqlənməyə çalışdı

Parlament seçkiləri ərəfəsi və seçki günü “Azadlıq” radiosu və "Meydan" TV şər və böhtanlar yaymaqda, süni dava-dalaşlar təşkil edib, onun mərkəzində olmaqda fəallıq nümayiş etdirənlərdən oldu. Bu baxımdan “Azadlıq” radiosu və "Meydan" TV-nin sentyabrın 1-dəki fəaliyyəti zəngin olub desək, səhv etmərik. “Azadlıq” radiosu və "Meydan" TV-nin dezinformasiya xarakterli informasiyalarının əsas məğzini seçkilərlə bağlı mənfi rəyin yaradılması və Qərbin anti-Azərbaycan strukturlarının hazırlayacağı hesabatlara daxil edilməsi idi. Bu səbəbdən də hər iki media təxribat maşınları seçki ilə bağlı hər cür yalan və böhtanları səsləndirməkdən, video formatında paylaşmaqdan çəkinmədilər. Təbii ki, bu cür təxribatçı addımlar Azərbaycan cəmiyyətinin haqlı narazılığına səbəb oldu. Əsaslı olaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqlamasında ABŞ Konqresi tərəfindən maliyyələşən “Azadlıq” radiosunun Milli Məclisə növbədənkənar seçkilərlə bağlı mənbəyi bilinməyən, qərəzli məlumatları anonim “jurnalist qeydi” altında paylaşmasını ictimai rəyi çaşdırmağa yönələn uğursuz cəhd olduğu qeyd edilir. Agentlik təəssüflə bildirib ki, bu məlumatlar “jurnalist qeydləri” başlığı altında paylaşılır: "Qeyd edək ki, qanunvericiliyin tələbinə uyğun olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmiş bütün xarici media subyektlərinin seçkiləri işıqlandırmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciətinə müsbət cavab verilib. Lakin “Azadlıq Radiosu”nun bununla bağlı hər hansı müraciəti olmayıb. “Azadlıq Radiosu”nun mənbəyi bilinməyən, qərəzli məlumatları anonim “jurnalist qeydi” altında paylaşması jurnalist adından sui-istifadə halıdır və birmənalı olaraq media etikası prinsiplərinə ziddir. Qeyd olunanlar fonunda medianın manipulyasiya metodu ilə ictimai rəyi çaşdırmaq cəhdlərini yolverilməz hesab edir və qınayırıq”.

Məlumat üçün qeyd etmək lazımdır ki, Səbail rayon Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında 2017-ci il mayında "Azadlıq" qəzeti, "Azadlıq Radiosu", "Azərbaycan Saatı" proqramı, "Turan" TV və "Meydan" TV-nin saytının bloklanması barədə qərar çıxarıb. Məhkəmə qərarı ortada olduğu halda və “Azadlıq” radiosunun MSK-dan qeydiyyatdan keçmədiyi halda seçki günün məntəqələrdə necə və hansı yolla peyda olması müəmmalı suallar yaradır. Yəqin ki, aidiyyati dövlət qurumları məsələni araşdırdıqdan sonra, mediaya məlumat verəcəklər.

“Azadlıq” radiosunun fəaliyyəti jurnalist adından istifadədir

Faktlara və tərəfimizdən aparılan araşdırmalara əsaslanaraq qeyd etmək olar ki, “Azadlıq” radiosu müstəqil media orqanından uzadır. Bu media birbaşa ABŞ Konqresi tərəfindən maliyyələşdirildiyindən onların sifarişlərini yerinə yetirirlər. Bu, o radiodur ki, 44 günlük Vətən savaşında ermənilərə informasiya dəstəyi göstərib, Azərbaycana qarşı qarayaxma kampaniyası aparıb. Dəfələrlə “Azadlıq radiosu” Azərbaycan ərazi bütövlüyü və suverenliyi əleyhinə qərəzli reportaj hazırlayıb. Həmin reportajlardan birini xatırlatmaq yerinə düşərdi: “Ermənilərin Qarabağda səngər qazmasının, hərbi obyektlər salmasının qarşısını almaq məqsədilə Azərbaycan səsgücləndiricilər vasitəsilə onlara müraciət edib və bu, onlarda qorxu yaradıb. Eyni zamanda, Azərbaycan torpaqlarında azan oxunması ermənilərdə narahatlıq yaradıb”. Bu üzdəniraq radio erməni toplumunu “yazıq”, “fağır” məxluqlar kimi təqdim etməyə çalışmışdı. Halbuki bu “yazıq” hesab olunan erməni məxluqları təpədən dırnağa qədər ABŞ-dan, Rusiyadan, Fransadan, Hindistandan və digər ölkələrdən aldıqları müasir silahlarla silahlanıb Azərbaycanın kənd və qəsəbələrinə xain hücumlar təşkil etməklə günahsız insanları qətlə yetirmişlər. O “fağır” ermənilər kimi təqdim edilən toplum Xocalıda insanlığa və bəşəriyyətə qarşı dəhşətli soyqırımları həyata keçirmişlər. Ağdamda, Fizulidə, Şuşada, Kəlbəcərdə, Qubadlıda və digər işğal edilən Azərbaycan torpaqlarında azərbaycanlılar kütləvi şəkildə qətlə yetirilmişlər. İnsanlar ev-eşiyindən didərgin salınmış, şəhər və kəndlər yer üzündən silinmişdir. Yüzlərlə azərbaycanlı əsir götürülmüş, müxtəlif işgəncələrə məruz qalmışlar, minlərlə azərbaycanlının taleyindən hələ də məlumat yoxdur. Bütün bunları ABŞ Konqresinin üzvləri, eləcə də Konqresin maliyyəsi ilə ermənipərəst informasiya siyasəti aparan “Azadlıq” radiosu bilməmiş deyil. Anlayırlar, aydın şəkildə bilirlər. Çünki erməni vəhşiliklərinin içindədirlər. Ən azı ermənilərin azərbaycanlılara qarşı təşkil etdikləri qətliam ssenarisinin təşkilatçılarıdır. İndi bu əlləri qana batmış məxluqlar bizim kimi azad, sivil insanlara demokratiya dərsi keçməyə cəhd edirlər. Çalışırlar ki, özlərini çoxbilmiş kimi göstərib, işə yardıqlarını nümayiş etdirsinlər.

“Azadlıq” radiosu korrupsiyaya bulaşmış radiodur

“Azadlıq” radiosunun əsas fəaliyyəti insanları şantaj etmək, qarayaxma kampaniyası aparmaq, təmiz, ləyaqətli insanları ləkələməyə çalışmaq, dezinformasiya xarakterli informasiyalarla cəmiyyətdə çaşqınlıq yaratmaq olub. Radionun fəaliyyət sferasına, həm də rüşvət almaq, korrupsiya hallarına vermək də dayanır. Radionun Bakı ofisində yaşanan rüşvət və korrupsiya halı hələ də beynəlxalq mətbu orqanların səhifələrində müzakirə edilməkdədir. O zaman ABŞ-ın Yayım Şurası İdarə Heyətinin Beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefrey Trimblin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gələrək məsələni yerindəcə araşdırmağa cəhd etmişdilər. Nəyi araşdıracaqlardı ki? Ortada rüşvət və korrupsiya faktları mövcuddur və bunların bir ucu Konqresin şişman məxluqlarına gedib çıxırdı. O zaman günah keçisi də tapılmışdı-radionun rəhbəri Kənan Kazımoğlu. Düzdür, rüşvətin alınmasında, ayrılan maliyyə vəsaitlərinin özününküləşdirilməsində Kənan Kazımoğlunun da payı və rolu olub. Ancaq fakt ondan ibarətdir ki, pulların silinməsi əmri ABŞ-dan gəlib. O zaman baş verənlərdən guya ciddi narahatçılıq keçirdiyini iddia edən radionun ABŞ-dakı rəhbər şəxslərdən biri qeyd etmişdir ki, bu, Konqresə rüsvayçılıq gətirir və radionun imicini alt-üst edir: “Bir zamanlar korrupsiyaya qarşı mübarizənin carçısı kimi tanınmış "Azadlıq" radiosunun adının bu gün korrupsiya halları ilə yanaşı çəkildiyini görmək çox kədərlidir: 50 il ərzində ağır zəhmət nəticəsində əldə edilmiş şöhrət və etibarın qısa müddətdə bu şəkildə xərclənməsi ikiqat kədərlidir”.

Kənan Kazımoğlunun vəzifəsindən azad edilməsi ilə rüşvət və korrupsiya hallarının qarşısını almaq mümkün olmadı. Əksinə, korrupsiya hallarının miqyası daha da genişləndi. Nədən ki, radionun Bakı ofisinin yeni rəhbəri İlkin Məmmədovun pulların silinməsi və müəyyən hissəsini kart vasitəsi ilə Varşavaya və Budapeştə göndərilməsi ilə bağlı ABŞ Konqresindəki əcayib-qərayib məxluqlar tərəfindən göstərişlər verilmişdir. Pula hərislərdən biri olan İlkin Məmmədov dostu və radionun mühasibi Zeynal Məmmədli ilə iş birliyinə gedərək yüz minlərlə ABŞ dollarını kartlardan karta göndərmək yolunu tutdular. Bu vəziyyət radio daxilində ciddi narazılıqlara gətirib çıxardı. Çünki radionun əməkdaşlarının maaşları artmaqdansa, İlkin Məmmədovun “peşəkarlığı” və hərisliyi səbəbindən azaldı. Nəhayət, böhran ciddi qalmaqallara və söz-söhbətlərə gətirib çıxardı ki, nəticədə radionun əksər əməkdaşları iş yerlərini tərk etdilər.

Bir sözlə, qısaca onu qeyd etmək olar ki, “Azadlıq” radiosu ölkəmizdə keçirilən parlament seçkilərilə yaydığı şər və böhtanları ilə həm özünü, həm də Qərbin Azərbaycandakı əlaltıları olan dağıdıcı müxalif qüvvələrini ifşa etdi. Azərbaycan xalqı isə bu seçkilərlə güclü və qüdrətli xalq olduğunu, istənilən pozucu qüvvəyə yerini göstərməyi bacaran və bunu həyata keçirən xalq olduğunu nümayiş etdirdi.

İLHAM ƏLİYEV

Digər xəbərlər