Siyasət

  • 517

İsveçrə Fransanın vassalı olduğunu nümayiş etdirdi TƏHLİL

image

Tarixi reallıq ondan ibarətdir ki, bəzi ölkələr, xüsusilə də özlərini dünyanın aparıcı dövlətləri kimi təqdim etməyə çalışan böyük güclər bir ovuc ermənin əlində girova çevrilib. Bəzən bunun səbəbini Avropada və ABŞ-da erməni lobbisinin güclü olması və erməni faşizminin müəyyən siyasi, iqtisadi, maliyyə sferalarına nüfuz etməsi ilə əlaqələndirilir. Digər amil isə seçkilərdə namizədlərin erməni lobbisindən asılı olmasıdır. Məhz bu digər səbəblərlə əlaqədar olaraq ABŞ-ın və Avropanın bəzi siyasi dairələri erməni lobbisinin çaldığı hava ilə oynayır, onların tezislərindən geninə boluna istifadə edirlər. Xüsusilə də, Azərbaycana qarşı qərəzli, şər və böhtanlarda sözügedən ölkələr daha fəal iştirak edirlər. Vaxtaşırı olaraq Fransa, Niderland, Almaniya, ABŞ və digər erməni lobbisinin fəal olduğu ölkələr Azərbaycan əleyhinə qərəzli qətnamələr qəbul edir, separatçı çağırışlarla çıxışlar edirlər. Bu da ondan irəli gəlir ki, Azərbaycan regionun güc mərkəzidir, 44 günlük Vətən Müharibəsində 30 il erməni işğalı altında olmuş torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Eyni zamanda, 2023-cü il sentyabrın 19 başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror tədbirləri ilə Qarabağdakı erməni silahlı terrorçularını məhv edərək separatizmə son qoyub. Artıq Qarabağımız inkişaf edir, insanlar öz doğma yurd-yuvalarını qayıdaraq tarixi yurd yerlərinə yeni nəfəs verirlər. Bütün bunları həzm edə bilməyən xarici ermənipərəst dairələr hər cür çirkin vasitə və üsullardan istifadə etməklə Azərbaycanın hərbi, siyasi, diplomatik qələbələrinə kölgə salmağa çalışırlar. Bu isə onların ermənilərdən, xüsusilə də erməni lobbisindən asılı vəziyyətdə olduqlarını göstərir. Halbuki, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında, Avropanın enerji təhlükəsizliyinə Azərbaycan önəmli rol oynayır. Regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Regionda istənilən layihə ölkəmizin razılığı olmadan reallaşması mümkün deyil

Azərbaycanın güclü dövlət olmasının nəticəsidir ki, regionda istənilən layihə ölkəmizin razılığı olmadan reallaşması mümkün deyil. Beynəlxalq miqyaslı layihələrin icra olunması və tərəfdaş ölkələrlə səmimi əməkdaşlıq əlaqələrin qurulması Azərbaycana olan inam və etimadın daha da artmasına təkan olub. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Prezident İlham Əliyevin dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən beynəlxalq təşəbbüsləri qlobal təşkilatların gündəliyinə daxil olunur. Noyabr ayında Azərbaycanda keçiriləcək COP29 konfransı dünyada ekoloji problemlərin həlli baxımdan mühümü konfrans olacağı şübhəsidir. Görünən isə ondan ibarətdir ki, dünyanın bəzi separatçılığı dəstəkləyən dövlətləri Azərbaycana müxtəlif şər və böhtanları ilə təzyiq etməklə COP29 konfransının əhəmiyyətini azaltmağa çalışırlar. Hətta vəziyyət bəzi məqamlarda o həddə çatıb ki, Fransa, ABŞ, Niderland, Almaniya kimi şər yuvaları özləri Azərbaycan qarşı “Səlib” yürüşlərində bacarıqsız olduqlarını anlayaraq sıralarına digər dövlətləri də qoşmağa çalışırlar. İsveçrə Milli Şurasının (parlamentin aşağı palatası) Xarici Əlaqələr Komitəsinin Fransanın təzyiqi və təsiri ilə Azərbaycanla bağlı separatçı məsələləri müzakirə edib, qərar qəbul etməsi deyilənlərə misal ola bilər. Beləki, İsveçrə Milli Şurasının (parlamentin aşağı palatası) Xarici Əlaqələr Komitəsinin təqdim etdiyi təklifdə Federal Şura Qarabağdan rədd olub gedən ermənilərin məsələsi ilə bağlı beynəlxalq sülh forumunun təşkilinə çağırılır. Məqsəd Qarabağda yaşamış erməniləri təhlükəsiz və kollektiv şəkildə geri qayıtması məqsədi ilə danışıqların aparılması üçün beynəlxalq nəzarət altında və ya beynəlxalq səviyyədə müvafiq aktorların iştirakı ilə ermənilərlə müzakirələrin aparılmasıdır.

Erməni terrorunu dəstəkləməsi İsveçrənin neytral dövlət imicinə sarsıdıcı zərbədir

Belə bir məsələnin müzakirə edilməsi İsveçrənin neytral dövlət imicinə sarsıdıcı zərbədir. Digər tərəfdən İsveçrə ilə Azərbaycan arasında geniş formada iqtisadi, mədəni əlaqələr mövcuddur. 2018-ci il martın 13-də İsveçrə Parlamenti Kantonlar Şurasının (yuxarı palata) Xarici Əlaqələr Komitəsini sədri, İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filippo Lombardi Bakıya səfər etmişdir. Səfər çərçivəsində o, ilk olaraq Azərbaycan Respublikası Milli Məclisi və ATƏT PA-nın “İpək Yoluna Dəstək Qrupu”nun birgə təşkil etdiyi “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentarilərin rolu” mövzusunda beynəlxalq konfransda iştirak etmiş və nitq söyləmişdir. Öz nitqində F.Lombardi “İpək Yoluna Dəstək Qrupu”nun yaradılması və onun ilk konfransının Bakıda keçirilməsinə görə Azərbaycan tərəfini təbrik etmiş, eləcə də İsveçrənin İpək Yolunda iştirak etməyə marağını ifadə etmişdir. İki dövlət arasında əlaqələrin inkişaf etdiyi bir vaxtda İsveçrə Milli Şurasının (parlamentin aşağı palatası) Xarici Əlaqələr Komitəsinin Makron rejiminin tələbi ilə separatçı müzakirələr aparıb, çağırışlar etməsi əlaqələrin ruhuna ziyan verir. Təbii ki, İsveçrə dövləti reallıqları anlamalı və səhvin düzəldilməsi üçün hərəkətə keçməlidir. “Biz, İsveçrə Federal Məclisinin Xarici Siyasət Komissiyası tərəfindən irəli sürülmüş, ölkəmizə qarşı qərəz və böhtana əsaslanmaqla, İsveçrə hökumətinə “Azərbaycan hökuməti və Qarabağdan olan ermənilər arasında bir konfrans təşkil etmək” çağırışı edən təklifi qınayırıq”. Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir. Sənəddə yer almış ölkəmizin ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq hüquqa zidd yanaşma və böhtan dolu fikirlər onun müəlliflərinin əsl niyyətinin heç də sülh və dialoqu təşviq etmək olmadığını göstərir.

Xatırladaq ki, Azərbaycan hökuməti Qarabağdan olan ermənilərin reinteqrasiyası üçün planlarını ictimaiyyətə açıqlamış və ötən il onlarla dialoq aparmışdır. Lakin Qarabağdan olan ermənilər dialoqdan və Azərbaycanın reinteqrasiya təklifindən imtina etmişlər. "Belə olan şəraitdə İsveçrənin bitərəfliyinə istinad edib, bədnam gündəlik və formatla “dialoq”a çağırış etmək bu ölkənin bitərəf statusundan sui-istifadədir və regiondakı vəziyyəti gərginləşdirməyə xidmət edir. Regiondan xəbəri olmayan dairələrin Azərbaycanın daxili işlərinə qarışan bu cür cəhdləri təkəbbürlü yanaşma olmaqla, tamamilə qəbuledilməzdir. Vurğulamaq istərdik ki, Qarabağ münaqişəsi artıq beynəlxalq hüquqa uyğun olaraq öz həllini tapıb. Buna baxmayaraq, son dövrlər bəzi qərb dairələrinin regionda yenidən münaqişə yaratmaq cəhdlərini müşahidə edirik. İsveçrə parlamentində irəli sürülmüş son təşəbbüs də bunun tərkib hissəsidir.

İsveçrə parlamentinə xatırladırıq ki, dialoqa çağırılmalı olan öz ərazisindən azərbaycanlıları zorla çıxarmış olan Ermənistan hökumətidir. Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətinə dialoq üçün müraciət etsə də bu, cavabsız qalmışdır. Bundan əlavə, məhz azərbaycanlıların Ermənistana qayıdışı üçün beynəlxalq nəzarət altında olan proses təşkil edilməlidir.

Qərbi Azərbaycan İcması olaraq, üzvləri tərəfindən son günlərdə Azərbaycana qarşı iki sənəd irəli sürülmüş İsveçrə parlamentini sözügedən qərəzli və zərərli addımları dayandırmağa çağırırıq. Biz, İsveçrə parlamentinin üzvlərindən Ermənistan tərəfindən qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağı və onların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik", - bəyanatda deyilir.

ABŞ hakimiyyəti erməni lobbisinin əlində alət olub

Ümumiyyətlə fakt ondan ibarətdir ki, Azərbaycanın separatizmi ləğv etməsi və bölgədə sülhə, əmin-amanlığa töfhə ola biləcək addımlar atması ABŞ, Fransa, Almaniya, Niderland kimi dövlətləri ciddi narahat edir. Çünki onlar bölgədə status-kvonun saxlanmasında maraqlıdılar. Bir qədər əvvəl, yəni 2023-cü il noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilmiş dinləmələr bunun daha bir nümunəsi sayıla bilər. Dinləmələrin keçirilməsinə ən çox dəstək verən ABŞ-dakı erməni lobbisi olub. Bu da onu deməyə əsas verir ki, dünyanın aparıcı dövləti kimi özünü təqdim etməyə çalışan ABŞ, əslində, Kardaşyan kimi fahişə modellərin əlində alət olub. Nəzərə almaq lazımdır ki, qondarma tədbirdən öncə tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşüb. Görüşün 5 saata qədər davam etməsi onu təsdiq edir ki, tərəflər Azərbaycana qarşı necə şər və böhtanlar səsləndirmək, iddialar və ittihamlar irəli sürmək məsələlərini geniş və əhatəli şəkildə müzakirə edib, razılaşma əldə ediblər. Dinləmələr gözlənildiyi kimi erməni lobbisinin tələblərinə uyğun keçirilib. Tomas Kin ermənilərin Qarabağdan guya etnik təmizləmə yolu ilə çıxarılması məsələsinə etiraz edərək deyib ki, Birləşmiş Millətlər Təşkilatının Komissiyası və Beynəlxalq Qırmızı Xaç Komissiyasının Ermənistana köç edən Qarabağ erməniləri ilə bağlı xüsusi arayışı var. Orada çox aydın şəkildə yazılıb ki, onlar Qarabağdan etnik təmizləmə ilə məcburi şəkildə köçürülməyib. Özləri könüllü şəkildə köçüb gediblər. Təbiidir ki, bütün bunları Tomas Kin də bilir. Sadəcə, Azərbaycanın Qarabağda əldə etdiyi qələbəsinə, insanlarımızın öz yurd-yuvalarına qayıdışına qısqanclıqla yanaşmalar nümayiş etdirilib. Bu anormal müzakirələrdən sonra ermənipərəst konqresmenlər Azərbaycan yardımların azaldılacağı barədə çıxışlar da ediblər. Ancaq bunlar anlamırlar ki, zatən Amerika Birləşmiş Ştatları Azərbaycana Ermənistandan qat-qat az yardımlar göstərir. Bununla yanaşı qeyd olunmalıdır ki, ölkəmizin hər hansı kənar yardımlara ehtiyacı yoxdur.

Tarixin arxivinə göndərilmiş “DQR”ı dirçəltmək və Qarabağdan könüllü olaraq rədd olub getmiş erməniləri yenidən bölgəyə gətirmək xəyalları boş xülyalardan başqa bir şey ola bilməz. Əgər istək varsa, o zaman Qərbi Azərbaycanlılar da İrəvana, Gorusa, Qafana və digər tarixi yurd yerlərinə qayıtmalıdırlar. Hələ bu günə qədər separatizmi dəstəkləyən dövlətlər və onların siyasətçiləri indiki Ermənistan ərazisindən qovulmuş 300 min azərbaycanlıların öz evlərinə qayıtmasının vacibliyi barədə bir dəfə də olsun fikir söyləməyiblər, təklif və ideya ilə çıxış etməyiblər. Bu isə bir daha ikili standartların göstəricisidir.

İLHAM ƏLİYEV

Digər xəbərlər