Siyasət

  • 1 096

"Avropa elə özü cəngəllikdir" - ŞƏRH EDİLDİ

image

"COP29 Birləşmiş Millətlər Təşkilatının böyük, beynəlxalq proyektidir. Bu proyektin Azərbaycanda keçirilməsi 200 dövlətin yekdil qərarı ilə verilib". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.O bildirib ki, adətən belə tədbirlərin keçirilməsi üçün verilən qərarlar 2-3 əvvəl verilir, amma Azərbaycanla əlaqədar verilən qərar tədbirə 11 ay qalmış verilmişdi: "Buna baxmayaraq Azərbaycan bu tədbirə yüksək səviyyədə hazırlaşmışdı. Azərbaycana gələn nümayəndələr tədbirin yüksək səviyyədə keçirilməsini açıq şəkildə bəyan edirlər. Tədbirin təhlükəsizliyi, rahatlığı, işıqlandırılması baxımından yüksək səviyyədə təşkil edilməsini açıq şəkildə qeyd edirlər.Məsələ burasındadır ki, Azərbaycanın bu tədbiri keçirməsini istəməyən Qərb dövlətləri, boykot çağırışları ilə çıxış edən dövlətlər var idi. Məsələ Azərbaycan məsələsi deyildi. Bu tədbir beynəlxalq tədbir olduğu üçün bəşəri problemləri müzakirə etmək üçün böyük bir konfransdır. Tədbiri boykot edən dövlətlər Azərbaycanın imicinə xələl vurmaq üçün, Azərbaycanla bağlı tədbiri gözdən salmaq üçün boykot çağırışları edirdilər. Buna baxmayaraq tədbirə 196 ölkədən 70 mindən artıq nümayəndə gəlib. Bir çox dövlətlərin prezidentləri, rəsmi şəxslər iştirak edirlər. Tədbirin bu cür təşkil edilməsi tədbiri boykot edənlərə qarşı bir cavab idi. Bu barədə Azərbaycan Prezidenti öz məruzəsində geniş mesaj verdi.Tədbirdə iştirak edən dövlətlər və rəsmilər çıxışlarında öz problemlərini məruzə edirdilər. Azərbaycan tərəfi isə Azərbaycan reallıqları ilə yanaşı beynəlxalq problemləri də özü işıqlandırdı. Azərbaycan coğrafi baxımdan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən coğrafiyada yerləşir. İki qitəni birləşdirən məkanda Azərbaycanın apardığı siyasət balanslaşdırıcı və barışdırıcı siyasətdir. Çünki Azərbaycan infrastrukturu Avropanı enerji təhlükəsizliyi ilə təmin edən bir dövlətdir. Orta Dəhliz layihəsi Azərbaycan üzərindən keçirilməkdədir. Şimal-Cənub dəmir yolu xəttinin işə düşməsi Azərbaycan üzərindən həyata keçirilir. "Əsrin müqaviləsi" layihəsi Azərbaycanda imzalandı. Azərbaycan Avropanın 10-a yaxın dövlətini qazla təmin edən dövlətdir.Bu tədbir bir çox məqamları özündə göstərdi. Avropanın bəzi dairələri Azərbaycana qarşı qərəzli çıxışları ilə özlərini göstərməkdə idilər. Azərbaycan Prezidenti də bu çıxışlara qarşı adekvat cavab verdi. Xüsusilə də, Avropa rəsmilərinin "Avropa evdir, qalan hissələr cəngəllikdir" kimi çağırışlarına Azərbaycan Prezidentinin unikal cavabı oldu. "Avropa evdir" deyən rəsmilər açıq şəkildə tarixə ekskursiya etməlidirlər. Avropa sivilizasiyası bəşəriyyət üçün təhlükə yaradır. İstər birinci dünya müharibəsi, istər ikinci dünya müharibəsi, hazırda Ukraynada üçüncü dünya müharibəsi gedir. Onlar özlərini sivil cəmiyyət hesab edirlərsə, milyonlarla insanın qırılmasına niyə rəvac verilir? Sadəcə bu məntiqdən çıxış etsək, Avropa elə özü cəngəllikdir. Vəhşi qanunlarla idarə olunur. Güclü zəifi yeməkdədir. Bu üç dünya müharibəsinin beşiyi Avropadır. Avropa heç vaxt cənnət bağı ola bilməz.Tədbirin yüksək səviyyədə keçməsi Azərbaycanın imicinə müsbət divident gətirir. Azərbaycan Prezidenti qonaqpərvərliyi ilə, eyni zamanda tədbirə gələn rəsmilərlə ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi, Azərbaycan reallıqlarını müzakirə etməklə yanaşı beynəlxalq problemlərin də müzakirəsi diqqəti cəlb edən məsələlərdəndir"."Tədbirin yekununda ortaq bir qərar qəbul ediləcəyini hesab edirəm. Əgər Azərbaycan dünyada baş verən ekoloji tarazlığın pozulması ilə əlaqədar tədbirə ev sahibliyi edirsə, bu Azərbaycanın bəşəriyyətə müsbət mənada verdiyi bütöv tövsiyəsidir. Tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq aləmin diqqətini Cənubi Qafqazda baş verən hadisələrə yönəldir. Azərbaycan Cənubi Qafqazda aparıcı dövlətdir. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistana ilk sülh çağırışını etmişdi. Cənubi Qafqazda nəqliyyat infrastrukturlarının açılması üçün təşəbbüslə çıxış etməsi bir daha ölkəmizin sülhməramlı olmasını göstərir. Bu cür problemlərin həllində Azərbaycan aktiv rol oynayır. Azərbaycanın apardığı siyasət, Azərbaycan Prezidentinin çıxışı bir daha onu göstərdi ki, ölkəmizin bölgədə ədalətin bərqərar edilməsi üçün apardığı siyasət bəşəriyyət üçün də nümunə ola bilər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər