PDF Oxu

Siyasət

  • 509

Ermənistan və havadarlarına verilən vacib mesajlar ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib. Müsahibəsində dövlətimizin başçısı olduqca mühüm məqamlara, aktual, xüsusi önəm daşıyan məsələlərə toxunub, eyni zamanda Ermənistana və onun havadarlarına vacib mesajlar verib.

İlk olaraq Azərbaycan-Rusiya münasibətlərinin hazırkı səviyyəsindən bəhs edən Prezident İlham Əliyev iki ölkə arasındakı əlaqələrin 2022-ci ilin fevralında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalandıqdan sonra daha da genişləndiyini bildirib. Belə bir Bəyannamənin imzalanması həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addım olduğunu vurğulayıb.

Prezident İlham Əliyev müsahibəsində bəzi Qərb dövlətlərinin, xüsusilə ABŞ və Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən, bu ölkələrin Ermənistanı silahlandırmasının verəcəyi mənfi nəticələrdən də bəhs edib. Dövlət başçısı 2025-ci ildə Azərbaycanın hərbi büdcəsinin rekord büdcə olacağını diqqətə çatdırıb və ciddi mesaj verərək bildrib ki, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək.

Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında məlumat verən Prezident İlham Əliyev artıq sülh sazişinin 17 maddəsindən 15-i razılaşdırıldığını bildirib. Razılaşdırılmayan məqamlardan birinin bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq, digər maddənin isə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlı olduğunu vurğulayıb.

Ölkə başçısı müsahibədə Ermənistanın 30 illik işğal dövründə Azərbaycana böyük ziyan vurduğunu, torpaqlarmız azad ediləndən sonra dəymiş ziyanın hesablanmasının aparıldığını və zərərin həcminin təxminən 150 milyard dollardan çox oldğunu diqqətə çatdırıb.

“Azərbaycanın öz suverenliyini bərpa etməsi Makron Fransasını narahat edir və bu səbəbdən ölkəmizə qarşı kinləri var”-deyən Prezident İlham Əliyev Fransanın kolonial keçmişinin olduğunu xatırladıb. Ölkə başçısı əlavə edib ki, Fransız kolonializminin iyrənc siması var və uzun illər ərzində dünya ictimaiyyətindən çox məqamlar gizlədilib. Makron diktaturası Yeni Kaledoniyada iğtişaşlar zamanı 13 insanı qətlə yetirib, 100-dən çoxunu yaralayıb və 1000-dən artığını həbs edib. Bundan əlavə, Avropanın mərkəzində - Korsikada Korsika dili qadağan edilir, bu dilin ictimai yerlərdə istifadəsinə icazə verilmir.

Prezident İlham Əliyev müsahibəsində Gürcüstandakı mövcud siyasi vəziyyətədə toxunaraq qeyd edib ki, orada vəziyyət sabitləşir. Biz buna şadıq. Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Ölkə başçısı bildirib ki, Ermənistanın haraya getdiyi aydındır. O, mahiyyətcə KTMT-dən de-fakto çıxıb. Bizim yoxlanılmış məlumatlarımıza görə, onların de-yure çıxmamasının səbəbi hələ Dövlət Departamentindən təlimat almamalarıdır. Bunu alan kimi, onlar çıxacaqlar. Azərbaycan müstəqil aktordur və kifayət qədər ixtisaslaşıb, özünü müdafiə edə bilir. Ona görə də Gürcüstan Qafqaz uğrunda döyüşlərdə mühüm amildir.

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər