PDF Oxu

Siyasət

  • 1 807

Ağstafada 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib

image


04 iyun 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Ağstafa DAİM”, “Baytarlıq idarəsi”, “Şıxəli Qurbanov küçəsi 19”, “Ağstafaçay HQİİ” və “Rafiq Alıcanov 7” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa keçirilib.

Tədbirdə ilk öncəÜmummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan bildirib ki, YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli bildirib ki,Milli Qurtuluş Günü Azərbaycan tarixinin dönüş nöqtəsidir. Xalqımızın, Azərbaycan dövlətçiliyinin xilas tarixidir. Və bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi Ümummilli lider Heydər Əliyevdir. Qədirbilən xalqımız öz böyük xilaskar oğlunun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü, 15 iyun tarixini Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Daha sonra çıxış edən natiqlər –“Baytarlıq idarəsi” Ərazi Partiya Təşkilatının üzvləri Teymur Sadıqov, Raqif Qurbanov və “Ağstafa DAİM”Ərazi Partiya Təşkilatınınüzvü Səbinə Pirquliyeva Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıblar, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumasından bəhs ediblər. Qeyd olunub ki, illər ötəcək, nəsillər dəyişəcək, amma müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyev və onun tarixi xidmətləri xalqımızın yaddaşında əbədi qalacaq. Çünki dahi öndər Heydər Əliyevin adı və əməlləri Azərbaycanın özü qədər əbədidir. Dövlətçiliyimizin bərqərar edilməsində və nailiyyətlərimizdə müstəsna xidmətlərin ilkin səhifəsi olan 15 iyun - Milli Qurtuluş Günü də Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib və şərəfli gün kimi xalqımız tərəfindən daim ən yüksək səviyyədə qeyd olunacaq.

Digər xəbərlər