PDF Oxu

Siyasət

  • 555

Azərbaycan Ordusu sülhün və sabitliyin təminatçısıdır

image

Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi.

Düşmənin tam məğlubiyyəti ilə nəticələnən 44 günlük müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Bundan üç il sonra isə, cəmi bir gün davam edən antiterror əməliyyatı nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Ordu quruculuğu Cənab Prezidentin prioritet istiqamətlərindən biridir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ordunun ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılır. Azərbaycanda yaradılmış hərbi sənaye kompleksi bu gün mindən çox hərbi təyinatlı məhsul istehsal edir və bu məhsullar dünyanın aparıcı beynəlxalq sərgilərində nümayiş olunur. Belə nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradır. Həyata keçirilən ordu quruculuğu sayəsində bu gün Azərbaycan Ordusu çevik, peşəkar və müasir tələblərə cavab verir. Orduya dövlətin göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan Ordusu ən güclü 50 ordu sırasındadır.

Azər Ağayev

YAP Tərtər rayon təşkilatının sədr müavini

Digər xəbərlər