PDF Oxu

Siyasət

  • 2 461

Dövlət dili statusu

image

Azərbaycan dilinə dövlət dili statusu verilməsi Ümummilli Liderin tarixi xidmətlərindən biridir. Əsrlər boyu ayrı- ayrı istiqamətlərdən xalqımıza təsirlər olmuşdur. Mədəniyyətimizin və elmimizin inkişafına da bu təsirlər olub. Xalqımızın dahi simaları Azərbaycan dilini, milli şüuru və milli məfkurəni daim yaşatmışlar. Azərbaycan dilinin Azərbaycanda hakim olması formal surətdə dövlət dili elan olunması yox, hər bir yerdə tətbiq edilməsi, inkişaf etməsi böyük siyasətin nəticəsidir və təəssüflər olsun ki, çox zaman güclü müqavimətlərlə də rastlaşmışdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi,inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir. Millətin milliliyini təsdiq edən başlıca amil onun dilidir. Azərbaycan dili olmasa ədəbiyyat olmaz, musiqi olmaz, mahnılar olmaz. Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdir. 1978 - ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olaraq ayrıca maddənin daxil edilməsində çox ciddi səyləri və müstəsna rolu olmuşdur. Ölkəmiz 1991- ci ildə dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoyaraq dövlət dili statusu qazanmışdır.Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 12 noyabr 1995- ci ildə ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasına "Dövlət dili" adlanan 21 - ci maddə daxil edildi. Həmin maddədə qeyd olunur : Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycanu Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.


Zəravənd Quliyev
YAP Laçın rayon təşkilatının 44 saylı ƏPT-nin sədri

Digər xəbərlər