PDF Oxu

Siyasət

  • 596

Ağstafada milli-mənəvi dəyərlərimiz mövzusunda tədbir keçirilib

image

22 sentyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsininAğstafa rayonu üzrə gənclər və idman sektorundamilli-mənəvi dəyərlərimizi gənclər arasında geniş təbliğ etmək məqsədilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Ağstafa rayonu üzrə gənclər və idman sektorunun müdiriTuran Hüseynov qeyd edib ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

Daha sonra çıxış edən natiqlər – YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev, partiya fəallarıNamiq Nəsibov və Elşad Cəfərov bildiriblər ki, milli dəyərlərimizin qorunması və inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Milli dəyərlərimizə, soykökümüzə qayıdışın, milli hisslərimizin oyanışının xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu sahəni diqqət mərkəzində saxlayan ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımızın milli oyanışının əsası qoyulmuşdur. Qeyd olunub ki, həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır, bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır. Bizim gənclərimiz öz milli mənəvi dəyərlərini hər şeydən uca tutur. Bu daima belə olacaq və milli mənəvi dəyərlərimizi də hər zaman yaşadacağıq.

Digər xəbərlər