Donald Trampın irəli sürdüyü sülh planı çərçivəsində İsraillə Həmas arasında imzalanan sənədin müsbət nəticəsi olacağına ümidlər azdır
Tarixi reallıq ondan ibarətdir ki, yəhudlilər yerləşdikləri ərazilərdə daim problemlər içində yaşayıblar, hər zaman başqa millətlərlə qarşıdurmalarda olublar. Bu səbəbdən də dünya miqyasında yəhudlilərə münasibət birmənalı deyil. Elə dövlətlər, hətta fərdlər var ki, yəhudi adı çəkiləndə susmağa, yaxasını kənara çəkməyə çalışır. Ən dəhşətlisi ondan ibarətdir ki, milli mənsubiyyəti yəhudi olduğu üçün hədəfə çevrilən, öldürülənlər də az deyil. Elə götürək A.Hitlerin yəhudilərə qarşı qətliam siyasətini. Hitlerin qəddar siyasəti nəticəsində 6 milyona yaxın yəhudi öldürülmüşdür.
Düşünmək olar ki, əsrlər öncədən başlayan bu kimi qətliamlar yəhudilərin mübarizə ruhunu sındırıb, qəddini əzib, düşünmək, hərəkət etmək istəyini alt-üst edib. Ancaq görünən ondan ibarətdir ki, ayaqda qalmaq və mübarizəni davam etdirmək ruhu yəhudilərdə böyükdür. Eramızdan əvvəl romalılar tərəfindən kölə vəziyyətində yaşayan yəhudilər islamın günəş kimi dünyada doğmasından sonra ərəblərin quluna, alçaldılmış köləsinə çevrildi. 1287-ci azərbacanlı Səlahəddin Əyyubinin, daha sonra Osmanlı imperiyasının fələstin ərazilərini torpaqlarına qatmalarından sonra bu millət qisməndə olsa azadlıq, hürriyyət görə, qarnı doyunca qidalana bildi. Lakin 4 əsr sonra Birinci Dünya Müharibəsi ərəfəsində Osmanlıların çöküşü və ingilislərin yəhudilərin yaşadıqları əraziləri, o cümlədən də üç dinin mərkəzi şəhəri hesab olunan Qüdsün işğalından sonra yenidən yəhudilərin qara günləri başladı. İkinci Dünya Müharibəsi ərəfəsində isə jəhudilər daha amansız qətliamlara, işkəncələrə məruz qaldılar. Fakt ondan ibarətdir ki, uzun bir dövr ərzində hər cür fəlakətlərlə, faciələrlə üzləşmələrinə baxmayraq jəhudilər sınmadılar, əksinə deyərdim ki, bəzi millətlərlə müqayisədə daha güclü olduqlarını nümayiş etdirdilər. Çünki 3 min ildən çoxdur ki, daim təhdid altında olan, öldürülən yəhudi hələ də dözümlüdür, alçaldılmış qürurunu, lağa qoyulmuş şərəfini geri qaytarmağa və sayılan, seçilən xalqlardan olduğunu göstərməyə çalışır. Bunun üçün əvvəllər Böyük Britaniyayanın vassal olaraq fəaliyyət göstərirdisə, bu gün artıq yarı müstəqil formada Amerika Birləşmiş Ştatlarının təsiri altındadır hədəfinə çatmaq uğrunda mübarizə aparır. Demək olar ki, yəhudilərin timsalında yaradılan İsrail dövləti qismən də olsa, məqsədinə çatıb. Artıq Qüdsün qərb hissəsi də daxil fələstin torpaqlarının 75 faizi İsrailin nəzarətindədir. Bu azmış kimi İsrail bir qədər də irəliyə gedərək Qəzzaya da sahib olmağa çalışır.
Qəzzada insanlıq dramı yaşanır
2023-cü il oktyabrın 7-dən başlayaraq İsrail Fələstin torpaqlarında tarixdə görünməmiş qətliamlar törədir. BMT-nin İnsan Hüquqları Komitəsi 3 dəfə ardıcıl olaraq İsrailin Qəzzada dəhşətli soyqırımı aktı törətdiyi haqqında qətnamə qəbul edib. Beynəlxalq Hərbi tribunal baş nazir Netenyahu və komandasına daxil olan nazirlərin bir neçəsi haqqında həbs qərarı çıxarıb. Beynəlxalq ictimaiyyət İsraildən Qəzzadakı soyqımı aktlarını dayandırmağı tələb edib. 150-dən çox ölkə Fələstini dövlət olaraq tanımaqla İsrailə sərt münasibət bildirib. Lakin dünya birliyinə qarşı çıxan İsrail ABŞ-a arxalanmaqla Qəzzada və digər fələstin torpaqlarında qətliamlarını davam etdirir. İsrail ordusu Qəzzanın 88%-ni yerlə-yeksan edib, məcburi köçürmə əmrləri ilə evlərindən didərgin salınan fələstinliləri də yaşadıqları bölgələrdə tez-tez hədəf alır.
Bu azmış kimi İsrail Qəzzada yaşayan 2, 5 milyonluq insanın aclıqla öldürmək üçün anklavı blokadaya alıb. Qəzza zolağı aclığın yayıldığı, su, dərman, tibbi ləvazimat və gigiyena vasitələrinin tapılmadığı böyük bir humanitar böhran yaşayır. İsrail Misir və digər ərazilər vasitəsi ilə milyonlarla ton qida və digər zəruri məhsulların Qəzzaya daxil olmasına imkan vermir. Aclıq və səfalət isə Qəzzada yeni-yeni canlar valır. Məlumata görə, İsrail tərəfindən öldürülən 70 minə yaxın fəaləstinlinin 29 mini ancaq uşaqlardır. Hazırda 5 minə yaxın uşaq aclıqdan ölmək təhlükəsi qarşısındadır. Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin yazılı açıqlamasında bildirilib ki, İsrail ordusunun bölgəyə tətbiq etdiyi aclıq böhranı getdikcə daha çox insanın ölümünə səbəb olur. 7 oktyabr 2023-dən bu yana aclıqdan ölənlərin ümumi sayı 453 nəfərə çatıb, onlardan 150-si uşaqlardır. Məlumatda qeyd olunub ki, BMT tərəfindən dəstəklənən İnteqrə olunmuş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) 22 avqustda Qəzzada aclıq elan etdikdən sonra, aclıq və qidalanma çatışmazlığı səbəbindən 35-i uşaq olmaqla 175 nəfər ölüb.BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) nümayəndəsi Olqa Çerevko qeyd edib ki, Qəzza zolağında aclıq və ərzaq qıtlığı geniş vüsət alıb və İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) çərçivəsində dərc edilən yeni hesabatda bu təsdiq heç də təəccüblü deyil: "Biz nə qədər dəhşətli olsa da, aylardır bu barədə xəbərdar etmişik. Biz bu məsələni qaldırmışıq və mümkün olan hər bir forumda onun təhlükəsini vurğulamışıq. Bunun bir neçə aydır ki, davam etdiyini və vəziyyət belə davam edərsə, ən pis ssenarini görəcəyimizi demişik".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasında çıxışı zamanı bildirdi ki, Qəzzada öldürülən dinc əhalinin sayı 65 mini keçib: “ Dağıntılar altında nə qədər cəsədin basdırıldığı hələlik məlum deyil. Ölənlərin 20 mindən çoxu uşaqlardır. Son 23 ay ərzində İsrail tərəfindən hər saat Qəzzadan bir uşaq vəhşicəsinə qaçırılır. Bunlar rəqəmlər deyil, dostlar. Hər biri bir candır, günahsız insandır. İnsanlar təkcə silahla deyil, aclıq ilə də öldürülür. 21-ci əsrdə sivil dünyanın nəzərləri altında 146 uşaq, 428 nəfər aclıqdan ölüb və onların sayı hər gün artır”.
Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Qəzzada gündəlik həyatı əks etdirən bir fotoşəkil göstərərək bildirib ki, birinci fotoda əllərində hövzə tutan qadınlar əks olunub: “Xahiş edirəm hamımız əlimizi vicdanımızın üstünə qoyub cavab verək. 2025-ci ildə belə vəhşiliyin qanuni əsası ola bilərmi? Amma bəşəriyyətin bu biabırçı mənzərəsi 23 aydır Qəzzada hər gün təkrarlanır. 365 kvadratkilometr ərazidə yaşayan 2,5 milyon qəzzalı hər gün əzilir. Onlar hər gün başqa bölgəyə köçməyə məcbur edilir”.
Tramp bundan sonra Qəzzada insanların öldürülməyəcəyi vədini verdi
Qəzzada insanlıq dramının yaşandığı bir vaxtda Türkiyə, Misir və ABŞ-ın vasitəçiliyi ilə Qahirədə İsrail – HƏMAS danışıqları başlayıb. ABŞ prezidenti Donald Trampın "TruthSocial"da yazdığı məlumata görə, tərəflər arasında keçirilən danışıqlar müsbət sonluqla bitib: “Mən İsrail və HƏMAS-ın sülh planımızın birinci mərhələsini imzaladığını elan etməkdən böyük qürur duyuram".
ABŞ Prezidenti Donald Tramp bildirib ki, bu o deməkdir ki, bütün girovlar çox tezliklə azad ediləcək və İsrail güclü, davamlı və əbədi sülhə doğru ilk addımlar olaraq qoşunlarını razılaşdırılmış xəttə çəkəcək: “Bütün tərəflərə ədalətli davranılacaq! Bu, ərəb və müsəlman dünyası, İsrail, bütün ətraf xalqlar və Amerika Birləşmiş Ştatları üçün böyük gündür və biz bu tarixi və görünməmiş hadisənin baş verməsi üçün bizimlə işləyən Qətər, Misir və Türkiyədən olan vasitəçilərə təşəkkür edirik”.
Məsələyə Rusiya tərəfindən münasibətin bildirilməsi özünü çox gözlətməyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ-ın prezidenti Donald Trampın nizamlanma planı hazırda mümkün olan ən yaxşı variantdır: “Planın Fələstinin dəstəyini alacağı təqdirdə uğur qazanma şansı var. Əsas məqsəd qan tökülməsinə son qoymaq, insanların həyatını xilas etmək və daha sonra dağılmış Qəzza zolağının yenidən qurulmasıdır”.
Məlumata görə, Fələstin HƏMAS hərəkatı və İsrail artıq azadlığa buraxılması nəzərdə tutulan məhbus və girovların siyahılarını mübadilə ediblər. Prosedur Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində həyata keçirilib və vasitəçilərin fəal iştirakı ilə baş tutub. HƏMAS Siyasi Bürosunun üzvü Bassem Naim bildirib ki, Qəzzada atəşkəs razılaşması İsrailin razılaşmanın birinci mərhələsini yerinə yetirməkdə “öhdəliyi yoxdur” səbəbindən təhlükə altındadır: "İsrailin gecikmələri və birinci mərhələnin həyata keçirilməsində öhdəliklərin olmaması, şübhəsiz ki, bu razılaşmanı risk altına qoyur və buna görə də o, dayandırıla və ya ləğv edilə bilər.“Müharibəyə qayıdış” HƏMAS-ın nə istəyi, nə də qərarı olacaq.
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada saxlanılan israilli girovların "yaxın günlərdə azad ediləcəyini bildirib. Qeyd edib ki, Həmas tərksilah ediləcək və Qəzza demilitarizasiya olunacaq - istər asan, istər çətin, amma buna nail olunacaq".
Bu bəyanat Həmasın ABŞ-ın Donald Trampın irəli sürdüyü sülh planı çərçivəsində girovları azad etməyə razılaşdığı, lakin tərksilahdan imtina etdiyi açıqlamasından sonra verilib. Məlumata görə, Trampın təklif etdiyi 20 maddəlik plan döyüşlərin dərhal dayandırılmasını və 20 israilli girovun azad edilməsini, əvəzində isə yüzlərlə fələstinli məhbusun azad olunmasını nəzərdə tutur. Əl-Ərəbiyyə aydınlaşdırır ki, HƏMAS hər gün bəzi girovları azad etməyə hazırdır ki, İsrail həbsxanada olan fələstinli qadın və uşaqları azad etsin. "İsrail həmçinin atəşkəsin əvvəlindən UNRWA vasitəsilə saziş çərçivəsində və İsrailin nəzarəti altında olan xüsusi təşkilatlara və əməliyyatlara hər gün yanacaq çatdırmağı öhdəsinə götürür", - məqalə müəllifləri əlavə ediblər. Bununla belə, İsrail qoşunlarının anklavdan çıxarılmasından söhbət getmir; vəzifələrində qalacaqlar. Öz növbəsində ABŞ və Avropa ölkələri, "Əl Ərəbiyyə"nin məlumatına görə, atəşkəs rejiminə və Qəzza zolağına humanitar yardımın çatdırılmasına nəzarət edəcək.
“Ynet” nəşri İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının əhəmiyyətli bir hissəsinə nəzarəti əlində saxlayacağını bildirib. Dərc edilmiş məlumata görə, razılaşdırılmış xətlər çəkildikdən sonra Zolaq ərazisinin təxminən 53%-i İDF-nin nəzarətində qalacaq. Hesabatda bu rəqəmin ABŞ Prezidenti Donald Trampın “Sarı Xətt”ə daxil etdiyindən təxminən 4% az olduğu aydınlaşdırılır. Nəşr qeyd edir ki, atəşkəs razılaşmasının və girov müqaviləsinin birinci mərhələsinin təsdiqi oktyabrın 9-na planlaşdırılıb. Məsələyə ilk olaraq yerli vaxtla saat 15:00-da Siyasi və Təhlükəsizlik Nazirləri, bir saat sonra isə hökumətin plenar iclası baxılacaq.
İLHAM ƏLİYEV