“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının 2021-ci il 20 dekabr tarixli növbədənkənar iclasında III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir.
Sentyabrın 28-dən oktyabrın 8-dək keçiriləcək oyunlar ölkəmizin 7 şəhərini Gəncə, Qəbələ, Yevlax, Göygöl, Mingəçevir, Şəki, Xankəndini əhatə edəcək. İdman tədbirində 5500 –ə yaxın iştirakçı gözlənilir.
Azərbaycanın MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkil edilməsinə müsbət təsir göstərəcəkdir.
Azərbaycan ev sahibliyi etdiyi III MDB Oyunlarını medal sıralamasında ikinci başa vurub. Komandamız 33 qızıl, 56 gümüş, 95 bürünc olmaqla, ümumilikdə 184 medal əldə edib.
Milli ən çox qızılı cüdo, boks və karate yarışlarında qazanıb. Bu növlərin hər birində təmsilçilərimiz 6 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Turniri 24 mükafatla bitirən əlcək ustalarımız bu göstəricidə digər idman növlərini qabaqlayıblar.
MDB Oyunları ilk dəfə 2021-ci ildə Rusiyanın Kazan şəhərində baş tutub. 2023-ci ildə Belarusda keçirilən II MDB Oyunlarının estafeti uğurla ölkəmizə ötürülüb. III MDB oyunları ölkəmizdə keçiriləcək daha bir iri miqyaslı idman hadisəsidir. İlk dəfədir ki, belə mötəbər idman tədbiri ölkəmizin paytaxtından kənarda təşkil olunacaq.
III MDB Oyunlarının qalibi 130-u qızıl olmaqla, 231 medal qazanan Rusiya olub. Üçüncü yeri isə 122 medalla Belarus tutub.
Məhəmməd Balaqadaşov
YAP Xaçmaz təşkilatının sədri