PDF Oxu

Siyasət

  • 1 042

"Tərəfdaşlar arasında BƏƏ xüsusi yer tutur" - MİLLƏT VƏKİLİ

image

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əbu-Dabidə keçirilən beynəlxalq idman oyunlarına fəxri qonaq qismində dəvət olunması Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan dövlətinə və onun ali siyasi rəhbərliyinə göstərdiyi yüksək etimad və hörmətin açıq göstəricisi kimi qiymətləndirilə bilər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.Onun sözlərinə görə, bu dəvət iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin və qarşılıqlı siyasi dialoqun yüksək səviyyəsini əks etdirir:"Azərbaycan Prezidentinin həyata keçirdiyi praqmatik, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət strategiyası nəticəsində ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmlənmiş, dost və tərəfdaş dövlətlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Bu tərəfdaşlar arasında Birləşmiş Ərəb Əmirlikləri xüsusi yer tutur. Qısa müddət ərzində müasir inkişaf modelini formalaşdıran və regional hüdudları aşaraq beynəlxalq nüfuz mərkəzinə çevrilən BƏƏ Azərbaycanın suveren inkişaf yolunu, milli maraqlara söykənən qərarlarını və daxili məsələləri müstəqil şəkildə həll etmək bacarığını yüksək qiymətləndirir.İki ölkə arasında münasibətləri yalnız ortaq siyasi mövqelər və qarşılıqlı maraqlar deyil, eyni zamanda dövlət başçıları səviyyəsində formalaşmış qarşılıqlı etimad və şəxsi dostluq münasibətləri də möhkəmləndirir. Bu faktor dövlətlərarası əlaqələrin daha səmərəli və uzunmüddətli əsaslar üzərində inkişaf etməsinə mühüm töhfə verir.Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri ölkələrimiz arasında dostluq münasibətlərinin daha da dərinləşməsinə, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradacaqdır. Bu əməkdaşlıq modeli Azərbaycan ilə BƏƏ arasında formalaşan münasibətlərin regional və beynəlxalq səviyyədə uğurlu tərəfdaşlıq nümunəsi kimi təqdim olunmasına imkan verir və beynəlxalq ictimaiyyət üçün müsbət presedent yaradır".

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər