PDF Oxu

Siyasət

  • 595

YAP Qobustan rayon təşkilatı Yekəxana kəndində görüş keçirib

image

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı tərəfindən partiyanın veteran üzvlərindən olan Alim Nuriyevin 70 illik yubileyi münasibətilə onunla evində, rayonun Yekəxana kəndində görüş keçirilmişdir.

Görüşdə Yekəxana kənd ərazi partiya təşkilatının sədri İlahə Yaqubova,RİHB-nın Yekəxana kənd İƏD üzrə nümayəndəsi Tarverdi Astanov, yubilyarın müəllim yoldaşı olmuş Bəxtiyar Babayev, YAP Qobustan rayon təşkilatının əməkdaşları Elməddin Hüseynov və Xəyal Çələbi iştirak etmişlər.YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov Alim Nuriyevlə söhbətində qeyd etmişdir ki, yubiliyar YAP rayon təşkilatının yarandığı gündən partiya sıralarına üzv olmuşdur .

Yubilyar uzun müddət kənd məktəbində müəllim kimi çalışmışdır.

YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov daha sonra yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulamışdır.

Görüşün sonunda partiya veteranı Alim Nuriyevə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 70 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edilmişdir.

Sonda çıxış edən partiya veteranı Alim Nuriyev göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.

Yubiliyarla xatirə şəkilləri çəkilmişdir.

Digər xəbərlər