PDF Oxu

Siyasət

  • 2 425

Dövlətimizin tarixi uğurları və gələcəkdəki məqsədlərimiz

image

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkəmizin daxili və həmdə xarici siyasətində baş verən mühüm proseslərin,məsələlərin ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Prezidentimizin qeyd etdiyi kimi, bu görüşlər artıq ənənəvi xarakter almışdır. Hər ilin başlanğıcında keçirilən bu müsahibələr vasitəsilə həm ötən ilin yekunları təhlil edilir,həmçinin də qarşıda duran əsas hədəflər və məqsədlər Azərbaycan cəmiyyətinə çatdırılır.Bu müsahibədə Cənab Prezidentimiz bir sıra vacib və əsas məqamlara toxundu.Beləki
Müsahibədə xüsusi diqqət yetirilən məsələlərdən biri Azərbaycan–Amerika münasibətləri olmuşdur. Prezidentimiz İlham Əliyev vurğulamışdır ki, bu münasibətlər kontekstində 2025-ci il tarixi il sayıla bilər.Çünki ABŞ ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması barədə sənədin imzalanması əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir.Bu əməkdaşlıq isə daha çox praktik nəticələrə hesablanmışdır və real maraqlar üzərində qurulmuşdur,üzərində işlənmişdir.Eyni zamanda,həmçinin Zəngəzur dəhlizinin açılmasının Amerika Prezidenti tərəfindən də təsdiqlənməsi Azərbaycanın regional nəqliyyat layihələrində artan rolunu və nailiyyətlərini bir daha təsdiqləyir.
Prezidentimiz müsahibəsində tarixi məsələlərə də toxunmuşdur.Cənab Prezidentimiz İlham Əliyev qeyd etmişdir ki, AXC–Müsavat hakimiyyəti dövründə ölkəyə təsadüfi və qeyri-peşəkar şəxslər rəhbərlik etmiş, bu isə Azərbaycanı faktiki olaraq məhvə doğru aparmışdır. Həmin dövrdə ölkəmizə qarşı böyük ədalətsizliklər edilmiş,xüsusilə də ABŞ Konqresinin 907-ci düzəlişi uzun illər Azərbaycan üçün ciddi maneəyə və problemə çevrilmişdir. Dövlətimizin bu ədalətsizliyin aradan qaldırılması üçün uzunmüddətli səylər göstərdiyini Prezidentimiz xüsusi vurğuladı.Həmçinin Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə vəziyyətin köklü şəkildə dəyişməsi də bu kontekstdə qeyd olunmuşdur.
Müsahibədə həmçinin Azərbaycanın çoxşaxəli xarici siyasət kursu da geniş şəkildə təhlil edilmişdir.Prezidentimiz İlham Əliyev Çin ilə strateji tərəfdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir.Hazırda iki ölkə arasında əmtəə dövriyyəsi 4 milyard dolları keçmiş, Çin şirkətləri isə Azərbaycanda bərpaolunan enerji mənbələrinə ciddi investisiyalar qoymağa başlamışdır.Bununla yanaşı, Azərbaycanın D-8 təşkilatına üzv olması və Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasının və dövlətimizin uğurlu siyasətinin göstəricisidir.
Prezidentimiz çıxışında bağlantılar, nəqliyyat və logistika məsələlərinin müasir dövrdə aparıcı beynəlxalq aktorlar üçün strateji əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.Bu baxımdan da, Mərkəzi Asiyanı Qərblə birləşdirə biləcək yeganə etibarlı ölkənin Azərbaycan olduğu vurğulanmışdır. Eyni zamanda, işğaldan azad edilmiş rayonlarımızın artıq beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzlərə çevrilməsi ölkəmizin postmünaqişə dövründə əldə etdiyi nailiyyətlərin bariz nümunəsidir. Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Sammitində Türk dövlətləri arasında hərbi əməkdaşlıqla bağlı irəli sürülən təklif də regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır.Cənab Prezidentimizin xüsusilə Türk dünyası Birliyinə göstərdiyi dəstək və diqqət güclü siyasətimizin bir daha göstəricisidir.Xüsusilə Cənab Prezidentimizin Bizim Tək ailəmiz var oda Türk Dünyasıdır ifadəsi,Azərbaycan Dövlətinin Türk birliyi üçün nə qədər səylər göstərdiyinin bariz nümunəsidir.
Nəticə etibarilə,Prezidentimiz İlham Əliyevin müsahibəsi Azərbaycanın böyüklüyünü, müdrikliyini və məsuliyyətli dövlət siyasətini bir daha nümayiş etdirmişdir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan gücünü, o cümlədən hərbi gücünü davamlı şəkildə artırır və bu, ölkəmizin suverenliyinin və təhlükəsizliyinin əsas təminatıdır.Bu müsahibə Azərbaycanın gələcək inkişaf yolunun aydın və məqsədyönlü şəkildə müəyyən edildiyini göstərir.Biz isə vətəndaşlar olaraq bu aydınlı yolu bizim üçün yaradan Cənab Prezidentimizin ətrafında birləşməli və böyük addımlarla böyük hədəflərimizə doğru irəliləməliyik.

Elgün Rüstəmli
YAP Yasamal rayon təşkilatının gənc fəalı

Digər xəbərlər