20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar
“ 20 Yanvar şəhidi ” fəxri adı – 1990 -cı il yanvarın 20 – də Bakı şəhərində və Azərbaycanın digər bölgələrində sovet ordusunun törətdiyi qırğın zamanı həlak olmuş şəxslərə verilən yüksək mənəvi – statuslu addır.
Bu fəxri ad Azərbaycan xalqının azadlıq, müstəqillik və suverenlik uğrunda apardığı mübarizədə canından keçən vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədi daşıyır. “ 20 Yanvar şəhidi “ adını daşıyan şəxslər xalqımızın milli qəhrəmanlıq salnaməsində xüsusi yer tutur və onların fədakarlığı dövlət səviyyəsində daim ehtiramla yad edilir.
20 Yanvar faciəsi Azərbaycan tarixində dönüş nöqtəsi olmuş, xalqın milli oyanışını və müstəqillik iradəsini daha da gücləndirmişdir. Bu hadisə zamanı şəhid onlanların xatirəsi hər il 20 yanvar tarixində ümumxalq hüzn günü kimi qeyd olunur, məzarları ziyarət edilir və onların adları gələcək nəsillərə örnək kimi təqdim olunur.
Ələmdar Cabbarov