PDF Oxu

Siyasət

  • 900

Azərbaycanın maraqları: regionda sülh və sabitlik - ŞƏRH

image

Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları 20 Yanvar 2026-cı il tarixində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Euronews” televiziya kanalına verdiyi müsahibədə qeyd olunur ki, Azərbaycanın müasir dövrdə beynəlxalq siyasətdə tutduğu mövqeyin, qlobal proseslərə baxışının və strateji prioritetlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Simvolik olaraq 20 Yanvar tarixində baş tutan bu müsahibə, həm də Azərbaycan xalqının müstəqillik və suverenlik uğrunda apardığı mübarizənin mahiyyətinin dünyaya bir daha xatırladılması kimi dəyərləndirilə bilər.

Müsahibə zamanı Prezident İlham Əliyev cənabları qlobal siyasi və iqtisadi proseslərin hazırkı mərhələdə ciddi dəyişikliklərə məruz qaldığını vurğulayaraq bildirmişdir ki, beynəlxalq münasibətlər yeni bir mərhələyə qədəm qoyur. Bu mərhələdə əvvəlki dövrlərdə əsas götürülən qaydalar və beynəlxalq hüquq mexanizmləri bir çox hallarda effektivliyini itirir, güc faktoru və milli maraqlar daha ön plana çıxır. Dövlət başçımiz qeyd etmişdir ki, belə bir şəraitdə hər bir ölkə öz daxili potensialına, iqtisadi imkanlarına və milli maraqlarına əsaslanan müstəqil siyasət yürütməlidir. Azərbaycan da məhz bu prinsip əsasında fəaliyyət göstərir və heç bir güc mərkəzindən asılı olmayan siyasət aparır.

Cənab Prezidentimiz müsahibədə Azərbaycanın xarici siyasət kursunun balanslaşdırılmış və praqmatik xarakter daşıdığını xüsusi vurğulamışdır. Onun sözlərinə görə, Azərbaycan mümkün qədər geniş coğrafiyada tərəfdaşlıq münasibətləri qurmağa çalışır. Dövlət başçımız qeyd etmişdir ki, Azərbaycan heç bir blok siyasətinə qoşulmur və milli maraqlarına uyğun olmayan öhdəliklər götürmür

Müsahibədə enerji təhlükəsizliyi məsələləri də əsas mövzulardan biri olmuşdur. Prezident İlham Əliyev Azərbaycanın Avropa və region üçün mühüm enerji təchizatçısı olduğunu xatırladaraq, ölkənin enerji siyasətinin uzunmüddətli və etibarlı strategiyaya əsaslandığını bildirmişdir. Daha sonra qeyd etmişdir ki, Azərbaycan təkcə enerji resurslarının ixracı ilə kifayətlənmir, eyni zamanda regional sabitliyə və enerji təhlükəsizliyinə töhfə verən mühüm infrastruktur layihələrinin təşəbbüskarıdır. Bu layihələr regionlar arasında qarşılıqlı asılılığı artırır və əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Möhtərəm Prezidentimiz müsahibə zamanı sülh və təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirmişdir. O bildirmişdir ki, Azərbaycan uzun illər münaqişə və işğal şəraitində yaşamış, bunun ağır sosial və humanitar nəticələrini görmüş bir ölkədir. Məhz buna görə də, bu gün Azərbaycan regionda davamlı sülhün və sabitliyin təmin olunmasında maraqlıdır. Dövlət başçısı vurğulamışdır ki, sülh yalnız siyasi bəyanatlarla deyil, real addımlar, qarşılıqlı etimad və beynəlxalq hüququn əsas prinsiplərinə hörmət əsasında mümkündür.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri də Azərbaycanın beynəlxalq təzyiqlər və ikili standartlara münasibəti olmuşdur. Dövlət başçısı açıq şəkildə bəyan etmişdir ki, Azərbaycan daxili işlərinə müdaxiləni qəbul etmir və milli maraqlarına zidd olan tənqidləri əsassız hesab edir. Onun sözlərinə görə, ölkə öz inkişaf yolunu müstəqil şəkildə müəyyən edir və heç bir xarici təsir altında qərar qəbul etmir.

Ölkə başçımızın Davosda “Euronews”-a verdiyi müsahibə həm məzmun, həm də siyasi mesajlar baxımından geniş rezonans doğurmuşdur. Bu müsahibə vasitəsilə Azərbaycan rəhbərliyi qlobal auditoriyaya bir daha nümayiş etdirmişdir ki, ölkə müasir çağırışlara hazırdır, öz milli maraqlarını qətiyyətlə qoruyur və beynəlxalq əməkdaşlığa açıqdır.

Eyni zamanda, müsahibə Azərbaycanın müstəqil siyasətinin, güclü dövlət modelinin və regional sabitliyə verdiyi töhfənin bariz ifadəsi kimi tarixə düşdü.

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Digər xəbərlər