PDF Oxu

Siyasət

  • 715

“Xocalı nişanəsi” - FOTOLAR

image

YAP Xocavənd rayon təşkilatının, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektoru və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 25 fevral 2026-cı il tarixdə Xocavənd 500 ailəlik qəsəbədə Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Xocalı Nişanəsi” bədii-sənədli filminin nümayişi həyata keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Sonra Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Xocalı Nişanəsi” bədii-sənədli filmi nümayiş edilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov bildirmişdir ki, bu il Xocalı soyqırımından 34 il ötür. Azərbaycan xalqı 26 fevral tarixini dərin hüzn və ehtiramla yad edir, faciə qurbanlarının xatirəsini böyük kədər hissi ilə anır. Xocalı hadisələrinə Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilərək bu cinayət Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı kimi səciyyələndirilib. Qeyd olunub ki, baş verənlər adi hərbi əməliyyat çərçivəsinə sığmırdı. Dinc əhalinin məqsədli şəkildə hədəfə alınması, insanların xüsusi amansızlıqla qətlə yetirilməsi, şəhərin yerlə-yeksan edilməsi və mülki əmlakın məhv olunması hadisənin planlaşdırılmış kütləvi qətliam xarakteri daşıdığını təsdiqləyir.

Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun müdiri Aslan Quliyev, Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Nicat Şirinov və digər çıxış edənlər bildirdilər ki, erməni cinayətkarlarının Azərbaycan xalqına, habelə insanlığa, bəşəriyyətə qarşı törətdiyi bu dəhşətli cinayət barədə gənclərin ətraflı məlumatlandırılması, faciə qurbanlarının xatirəsinin anılması, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir.

Digər xəbərlər