PDF Oxu

Siyasət

  • 575

Tarixi ədalət - ŞƏRH

image

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Xocalı Memorial Kompleksinin açılışının edilməsi xalqımızın tarixi yaddaşında mühüm və əlamətdar hadisə kimi qalacaq. Bu möhtəşəm kompleks təkcə bir memarlıq abidəsi deyil, həm də milli qürurumuzun, ədalətə inamımızın və şəhidlərimizin müqəddəs xatirəsinə sonsuz ehtiramın rəmzidir".

Dövlətimizin başçısı Xocalı Soyqırımı Memorialının açılışındakı çıxışında qeyd etdi ki, Azərbaycan xalqı üçün bu, ən böyük faciədir. Xocalı soyqırımı təkcə bir şəhərin sakinlərinə qarşı törədilmiş cinayət deyil, bütövlükdə insanlığa qarşı yönəlmiş vəhşilik aktıdır. Məhz buna görə də Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq müstəvidə ədalətin təmin olunması Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olub.

Xocalı soyqırımı Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. 1992-ci il 26 fevral tarixində Xocalı şəhərində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirildi. Bu faciə təkcə Xocalının deyil, bütün xalqımızın ürəyində dərin yara açdı. İllər keçsə də, bu hadisə unudulmur və hər il hörmətlə yad olunur.

Xocalı soyqırımı memorialının açılışı tarixi və mənəvi baxımdan çox böyük əhəmiyyət daşıyır. Bu memorial şəhidlərimizin əziz xatirəsini yaşatmaq üçün ucaldılıb. O, həm də gələcək nəsillərə həqiqətləri çatdırmaq, tariximizi unutdurmamaq məqsədi daşıyır. Memorial xalqımızın birliyinin, iradəsinin və ədalətə inamının rəmzidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev memorialın açılışında etdiyi çıxışında vurğuladı ki, Azərbaycan xalqı tarixi ədaləti özü təmin edib. O bildirdi ki, şəhidlərin qanı yerdə qalmayıb və ədalət bərpa olunub. Prezidentin bu fikirləri xalqımızda böyük qürur və inam hissi yaratdı. Bu çıxış göstərdi ki, dövlətimiz şəhidlərin xatirəsini daim uca tutur və onların əziz xatirəsi heç vaxt unudulmayacaq.

Gülnaz Rüstəmova

YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər