PDF Oxu

Siyasət

  • 398

“Ağ ölüm”ə qarşı birgə mübarizə... - FOTOLAR

image

“ Bəşəriyyəti ən çox narahat edən, insanların bəlasına çevrilən narkomaniya hələ ki, ciddi şəkildə davam edir. Ona qarşı dövlət tərəfindən mütəmadi tədbirlər görülsə də, millətin gələcəyini də təhlükə qarşısında qoyur. Odur ki, müasir dövrdə narkomaniya ilə mübarizə aparmaq Vətənini, millətini sevən hər bir kəsin mənəvi borcu olmalıdır.”

Bu fikirləri Astara rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya yox deyək!” mövzusunda təşkil olunan maarifləndirici tədbirdə söylədilər

Tədbir Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli, 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar keçirilirdi.

Təşkilatçıları YAP Astara rayon təşkilatı, Astara rayon Heydər Əliyev Mərkəzi olan tədbirdə Burzubənd və C. Cabbarlı adına Kakalos kənd tam orta ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak edirdilər.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı, Dövlət Himni oxundu.

Mərkəzin direktoru Kübra Səmədova çıxışında narkotik vasitələrin gənclərin təhsil uğurlarına, gələcək peşə seçimlərinə və cəmiyyətə inteqrasiya imkanlarına mənfi təsirindən söz açdı, erkən yaşlarda düzgün dəyərlərin formalaşdırılmasının əhəmiyyətindən danışdı, həmçinin məktəb mühitində aparılan profilaktik tədbirlərin şagirdlərin məsuliyyətli və şüurlu vətəndaş kimi yetişməsində mühüm rol oynadığını bildirdi.

Daha sonra mövzu ətrafında digər iştirakçıların məruzələri dinlənildi , video-çarx nümayiş olundu və məktəbliləri daha çox düşündürən suallara cavab verildi.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər