PDF Oxu

Siyasət

  • 222

Samux rayonunda partiya fəalları ilə görüş keçirilib - FOTO

image

Mayın 19-da YAP Samux rayon təşkilatının Qara-arx qəsəbə ərazi partiya təşkilatında partiya üzvləri ilə keçirilib.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının təsisçisi Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin rifahı üçün əvəzsiz xidmətlər göstərib və bu gün Ulu Öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində dövlətimizin mövqeyinin daha da möhkəmləndirilməsinə nail olunub.
G. Bayramov həmçinin qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayır və partiyanın sıralarında birləşən insanlar dövlətçilik ideyalarına daim sadiqlik nümayiş etdirirlər.
Çıxış edən partiya fəalları bildiriblər ki, Azərbaycanda əldə olunan uğurların əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs dayanır. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar xalqın rifahının yüksəlməsinə, dövlətimizin qüdrətinin artmasına və Azərbaycanın regionda lider mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
Daha sonra iclasda təşkilati məsələyə baxılıb. Qara-arx qəsəbə ərazi partiya təşkilatına yeni sədr və müavin seçkisi keçirilib. Səsvermə yolu ilə Qara-arx qəsəbə İƏD üzrə baş məsləhətçi Cavid Kazımov ərazi partiya təşkilatının sədri, Qara-arx qəsəbə orta məktəbin müəllimi Təranə Salıyeva isə sədr müavini seçilib. İclasda ərazi partiya təşkilatının daha sistemli və keyfiyyətli fəaliyyət göstərməsi istiqamətində yeni heyətə müvafiq tapşırıq və tövsiyələr verilib.
Sonda yığıncaq iştirakçıları yeni seçilən sədr və sədr müavinini təbrik edib, işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə çağırıblar.

Digər xəbərlər