PDF Oxu

Siyasət

  • 1 588

1969-cu ildən başlayan müstəqillik və zəfər yolu - FOTO

image

13 iyul 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı “Aztelekom” MMC Cənub regional filialı ərazi partiya təşkilatında “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “1969-cu ildən başlayan Müstəqillik və Zəfər yolu” mövzusunda növbəti seminarını keçirmişdir.

Seminar Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından
keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev çıxış
edərək Azərbaycanın müstəqillik tarixinin və bugünkü böyük Zəfərinin təməllərinin məhz 1969-cu ildə, Ulu Öndərin respublikaya rəhbərliyə gəlişi ilə qoyulduğunu xüsusi vurğulayıb. Natiq qeyd edib ki, dahi rəhbərin uzaqgörən strateji addımları, hələ sovet dövründə milli şüurun oyanmasına və gələcək müstəqilliyimizin iqtisadi, hərbi, kadr potensialının formalaşmasına xidmət edib. O, dahi liderin hələ ötən əsrin 70-ci illərində Azərbaycanda böyük sənaye müəssisələrinin açılması, milli hərbi kadrların yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına hərbi liseyin təsis edilməsi və yüzlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi kimi
tarixi xidmətlərini xatırladaraq, bütün bunların gələcək müstəqil dövlətçiliyimizin möhkəm təməl daşları olduğunu diqqətə çatdırıb.
Səfalı Paşayev bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı
Zəfər Heydər Əliyev siyasi kursunun ən uca zirvəsidir. 1969-cu ildə başlanan bu yol, Azərbaycanı addım-addım iqtisadi qüdrətə, güclü orduya və xalq-iqtidar birliyinə çatdıraraq Qarabağın azadlığı ilə taclanıb. Eyni zamanda, Ulu Öndərin müəyyənləşdirdiyi neft strategiyasının və daxili sabitliyin bu gün ölkəmizin beynəlxalq arenada geosiyasi güc mərkəzinə çevrilməsində əvəzsiz rol oynadığı vurğulanıb. Seminar iştirakçıları tərəfindən dahi rəhbərin zəngin irsinin dərindən öyrənilməsinin,
onun dövlətçilik fəlsəfəsinin gənc nəslə aşılanmasının və bu ideyaların gələcək nəsillərə ötürülməsinin hər bir partiya üzvünün mənəvi borcu olduğu qeyd edilib.
“Aztelekom” MMC Cənub regional filialı ərazi partiya təşkilatının sədri Daşqın Babayev
çıxış edərək qeyd etdi ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə ölkədə güclü milli kadr, hərbi və iqtisadi potensial formalaşdı ki, bu da gələcək müstəqilliyimizin əsas sütunu oldu. 1993-cü ildə Ulu Öndərin siyasi qayıdışı ölkəni parçalanmaqdan xilas edərək bugünkü güclü dövlətçiliyin real təməlini qoydu. Məhz bu uzaqgörən strategiyanın məntiqi nəticəsi olaraq, Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü tam təmin etmiş müzəffər və zəfər qazanmış bir ölkəyə çevrilmişdir.
“Aztelekom” MMC Cənub regional filialının kommersiya şöbəsinin müdiri Əfruz Kərimov çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin hələ sovet platformasında atdığı cəsarətli addımlar xalqımızın azadlıq hisslərini alovlandırdı və gələcək müstəqil dövlətin sütunlarını formalaşdırdı. 1993-cü ilin iyununda ölkəni bürüyən xaos və daxili çəkişmələr məhz dahi rəhbərin xilaskar missiyası sayəsində dayandırıldı, bununla da Azərbaycanın real qurtuluş tarixi başladı. Zaman sübut etdi ki, onilliklər əvvəl uzaqgörənliklə qurulan siyasi və iqtisadi model, bu gün ölkəmizin hərbi qüdrətinin və ərazi bütövlüyümüzün tam bərpasının əsas hərəkətverici qüvvəsidir.
Seminarda iştirak edən “Aztelekom” MMC Cənub regional filialının müdiri Pərvin
Qulmaov, filialın mühəndisi Hüseyn Məcidov və başqaları çıxışlarında Ulu Öndər Heydər Əliyevin hələ sovet dövründə rabitə və digər strateji sahələrdə qoyduğu möhkəm təməllərin bu gün işğaldan azad edilmiş torpaqlarımız daxil olmaqla, bütün ölkədə ən müasir infrastruktur layihələrinin uğurla reallaşdırılmasına və Zəfərimizin qorunmasına xidmət etdiyini bildiriblər.

Digər xəbərlər