PDF Oxu

Siyasət

  • 1 041

Cənubi Qafqazda yeni tarixi mərhələ - FOTO

image

İyulun 31-də YAP Samux rayon təşkilatında “Cənubi Qafqazda yeni tarixi mərhələ!” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər regionda tamamilə yeni siyasi reallıqlar yaradıb. Onun sözlərinə görə, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənib, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunması istiqamətində mühüm addımlar atılıb. Qeyd edib ki, Azərbaycan regionda əməkdaşlıq, qarşılıqlı etimad və iqtisadi inteqrasiyanın təşviqinə sadiq qalaraq yeni tarixi mərhələnin əsas təşəbbüskarlarından biri kimi çıxış edir.
Gündüz Bayramov vurğulayıb ki, Cənubi Qafqazda başlanan yeni tarixi mərhələ Azərbaycanın milli maraqlarını təmin etməklə yanaşı, regionun təhlükəsizliyi, iqtisadi inkişafı və beynəlxalq əməkdaşlığı üçün də möhkəm zəmin yaradıb. Azərbaycan güclü siyasi iradəsi, uğurlu xarici siyasəti və strateji baxışı ilə bölgənin gələcəyini müəyyən edən əsas aktor kimi çıxış edir. Qarşıdakı illərdə həyata keçiriləcək yeni layihələr, genişlənən beynəlxalq əməkdaşlıq və davamlı inkişaf strategiyası Cənubi Qafqazı dünyanın ən perspektivli regionlarından birinə çevirmək potensialına malikdir.
Daha sonra tədbirdə iştirak edən Samux rayon İcra Hakimiyyətinin əməkdaşı Elnaz Cəfərova, Samux rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rasim İmamquliyev və YAP Samux rayon təşkilatının fəal üzvü Aytən Əliyeva çıxış edərək Azərbaycanın regionda sülh gündəliyinin təşviqi, nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və milli maraqların qətiyyətlə müdafiəsi istiqamətində əldə etdiyi uğurlardan danışıblar. Natiqlər bildiriblər ki, ölkəmizin yürütdüyü praqmatik və uzaqgörən siyasət regionda uzunmüddətli sabitlik və rifah üçün möhkəm zəmin yaradır.

Digər xəbərlər