PDF Oxu

Siyasət

  • 1 182

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti və sevgisi

image

12 avqust 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Aparatında Beynəlxalq Gənclər Günü münasibətilə “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti və sevgisi” mövzusunda növbəti seminarı keçirilmişdir.

Ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev müasir Azərbaycanın qurucusu Heydər Əliyevin dövlətimiz qarşısındakı tarixi xidmətlərini önə çəkib. Seyfəddin Əliyev vurğulayıb ki, dahi rəhbər xalqın sonsuz məhəbbətini qazanmış ümummilli lider kimi rəsmi tariximizdə və yaddaşlarda əbədi yer tutub.

Seyfəddin Əliyev dünya siyasətinin fenomenal siması olan Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə qazanılan tarixi uğurlardan bəhs edib. O, dahi rəhbərin ölkənin hərtərəfli tərəqqisini təmin etdiyini, müstəqilliyimizi əbədi etdiyini və uzaqgörən xarici siyasəti ilə Azərbaycanı dünyada nüfuzlu bir dövlət kimi tanıtdığını diqqətə çatdırıb. Seyfəddin Əliyev gənc nəslin düzgün formalaşmasının ölkə siyasətində önəmli yer tutduğunu qeyd edərək, bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndərimizin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edib. Heç də təsadüfü deyildir ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşıb, onların problemlərini həll etməyə çalışıb. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi bütün sahələrdə özlərini doğruldurlar. “Xüsusilə qeyd etmək lazımdır ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğalçı erməni təxribatının qarşısının alınması zamanı 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi əfsanəvi qəhrəmanlıqlar nəticəsində Müzəffər Ordumuz düşmən üzərində şanlı Zəfərə imza ataraq ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir.

Gənc YAP fəalı Nazənin Heydərzadə çıxışında Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu qeyd edib. O, yeni nəslin inkişafını təmin etmək, həmçinin gənclərin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda rolunu artırmaq məqsədilə ölkəmizdə mühüm silsilə tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Seminarda çıxış edən gənc fəallardan Novruz Rufullayev, Lətifə Həsənova və başqaları ölkəmizin keçdiyi mürəkkəb müstəqillik yolundan, Azərbaycandakı gənclər hərəkatının tarixindən və müxtəlif mərhələlərdə gənc nəslin rolundan bəhs ediblər. Gənclər respublikamızda gənc nəslin hərtərəfli inkişafı naminə gerçəkləşdirilən islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulayıblar.

Digər xəbərlər