Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Oleq İvaşenko bildirib ki, Rusiyanın resurslarının 2027 və 2028-ci illərə qədər davam edəcəyini istisna etmirik. Onun sözlərinə görə, ruslar arasında müharibə ilə bağlı ictimai narazılıq artacaq, lakin kifayət qədər güclü etiraz potensialının yaranıb-yayılmayacağını demək çətindir: “Amma artıq insanların 60%-dən çoxu müharibəyə qarşıdır. Bu, iqtisadi vəziyyətin və düşmənin ağır itkilərinin nəticəsidir. Rusiyada müqaviləli işə qəbul modeli özünü əsasən tükəndirdiyini söyləmək olar. Rusiyada regional büdcələrin artıq müqaviləli işə qəbul üçün ödənişləri maliyyələşdirə bilmədiyini görürük. Bu arada, Rusiya qoşun itkiləri artır. Rusiyada orta gündəlik itki 1200 ilə 1400 arasındadır, bəzən 1500-ə qədər yüksəlir. Söhbət ölən və ağır yaralananlardan gedir”.
Qeyd edə ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putini 2027 və 2028-ci illərdə müharibəni davam etdirməməyə çağırıb.
İlham