PDF Oxu

Siyasət

  • 475

Litva Rusiya və Belarusla sərhədlərini məhdudlaşdıra bilər - FOTO

image

Litvanın Baş naziri Mindauqas Sinkeviçus hazırda Belarus və Rusiyaya sərnişin reyslərinin qadağan edilməsi üçün heç bir əsas olmadığını bildirib. Bu barədə xarici media məlumat yayıb. Sinkeviçusa əsasən qeyd olunur ki, Latviya və ya Estoniya rəhbərliyindən belə bir təklif eşitməyib. O bildirib ki, bu cür qərarlar yalnız siyasi səbəblərdən verilə bilməz.

Bundan əlavə, Baş nazir Litvanın Rusiya və Belarusla sərhədlərini məhdudlaşdıra və ya bağlaya biləcəyini, lakin hazırda təhlükəsizlik qurumlarından belə bir tövsiyənin olmadığını bildirib.

Ölkənin nəqliyyat naziri Yuras Taminskas tələsik qərarların Litvaya zərər verə biləcəyini qeyd edib.

Qeyd edək ki, Latviya Nəqliyyat Nazirliyi 2027-ci ildən etibarən Rusiya və Belarusa sərnişin reyslərinin tamamilə dayandırılması ilə bağlı Nazirlər Kabinetinə "Yol Nəqliyyatı haqqında" Qanuna düzəlişlər layihəsini təqdim edib.

Daha əvvəl Litva 22 belaruslu İT mütəxəssisini milli təhlükəsizliyə təhdid elan etmişdi.

İlham

Digər xəbərlər