PDF Oxu

Siyasət

  • 1 025

Torpağı Vətən edən qəhrəmanlar - ŞƏRH

image

44 günlük haqq savaşımızda 30 il düşmənə əsir düşən Vətən torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə qovuşan igidlərimizdən biri də Elgün Tahir oğlu Mövlanovdur. Bu Vətən sevdalısı 18 yaşında elə bir tarix yazdı ki, bu, heç zaman unudulmayacaq.
Dağlar diyarı Lerikdə şərəfli ölümü ilə ölümsüzlüyə qovuşan, xalqın qürur yerinə çevrilən Elgün Mövlanovun anım mərasimi keçirilib.
Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının əməkdaşları- Elman Rəcəbovun, Elnur Məmmədovun, Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Müqəddəs Dənziyevin, eləcə rayonda fəaliyyət göstərən müxtəlif idarə, müəssisə, təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin , Ərazi Partiya Təşkilatının fəallarının və şəhidin ailə üzvlərinin qatıldığı mərasimdə şəhidimizin məzarı ziyarət edilib, önünə gül-çiçək dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb.
Məlumat üçün bildirək ki, Elgün Tahir oğlu 2002-ci il aprelin 2-də Lerik şəhərində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra qəlbində Vətənə sonsuz məhəbbət, yağıya nifrət ordu sıralarına yola düşüb. 2020-ci il 27 sentyabrdan etibarən başlayan II Qarabağ müharibəsinin fəal iştirakçısı olan Elgün Talış kəndi uğrunda gedən şiddətli döyüşlərdə 29 sentyabrda qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Mövlanov ölümündən sonra "Vətən uğrunda" medalına layiq görülüb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər