YAP Tərtər rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Əvvəlcə müşavirə iştirakçıları Ulu Öndər Heydərin büstünə gül dəstələri qoymuşlar.
Müşavirədə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədov, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Tərtər rayon təşkilatını təmsil etmiş nümayəndələr - Nigar Vəliyeva, Vilayət Qafarov, Orxan Fəxrəddinov, ərazi partiya təşkilatlarının sədrləri və fəallar iştirak ediblər.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi tarixi nitq partiyamızın gələcək fəaliyyət strategiyasını, ölkəmizin yeni inkişaf mərhələsində qarşıda duran vəzifələri aydın şəkildə müəyyənləşdirdi. Eldar Əsədov qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra yaranan yeni reallıqlar, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, ölkəmizin beynəlxalq nüfuzunun daha da artması məhz YAP Sədrinin uzaqgörən siyasətinin nəticəsidir. O, qarşıdakı dövrdə rayon təşkilatı olaraq Qurultay qərarlarından irəli gələn vəzifələrin icrası üçün daha fəal çalışacaqlarını vurğulayıb. Vurğuladı ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayacaq, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə və xalqımızın rifahına xidmət edən fəaliyyətini uğurla davam etdirəcək. Ən əsası isə xalqımızın birliyini, dövlətimizə olan inamı və milli həmrəyliyi daim qoruyacağıq. Çünki Azərbaycan xalqının birliyi bizim ən böyük gücümüzdür. Bu birlik olduğu müddətdə Azərbaycan qarşısına qoyduğu bütün böyük məqsədlərə nail olacaqdır.
Sonra çıxış edən Milli Məclisin deputatı Anar Məmmədov qeyd edib ki, Cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında söylədiyi proqram nitqi təkcə partiyamız üçün deyil, bütün Azərbaycan üçün yol xəritəsidir. Cənab Sədr öz nitqində bir daha vurğuladı ki, Yeni Azərbaycan Partiyası daim xalqın partiyası olub və bundan sonra da xalqın yanında olacaq. Partiyamızın islahatlar proqramı, kadr siyasətində gənclərə verilən önəm, sosial ədalət prinsipinin qorunması, ideoloji işin gücləndirilməsi bizim əsas prioritetlərimizdir.
Daha sonra Yeni Azərbaycan Partiyasının VIII Qurultay nümayəndələrindən Nigar Vəliyeva bildirib ki, Qurultayda iştirak etməyim mənim üçün böyük qürur olub.Cənab Prezidentin nitqində gənclər və qadınların cəmiyyətdə rolunun artırılması, onların idarəçilikdə təmsil olunması ilə bağlı fikirləri bizi çox ruhlandırdı. YAP-ın sıralarında bir müəllim kimi mən bir daha əmin oldum ki, partiyamız gələcəyə gənclərlə birlikdə gedir. Bizə düşən vəzifə dövlətçilik ideyalarını gənc nəslə daha dərindən aşılamaqdır.
Vilayət Qafarov çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Yeni Azərbaycan Partiyasının tarixində yeni mərhələnin başlanğıcı oldu. Cənab Sədr İlham Əliyevin rəhbərliyi ilə partiyamız daha da monolit, daha da güclü olub. Qurultayda səslənən hər bir fikir, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, Böyük Qayıdış proqramı, iqtisadi islahatlar və sosial rifahın yüksəldilməsi istiqamətində atılan addımların məntiqi davamıdır.
Orxan Fəxrəddinov çıxışında qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında gənc nümayəndə kimi iştirak etmək mənim üçün böyük məsuliyyət və qürur idi. Cənab Sədr İlham Əliyevin proqram xarakterli nitqində gənclər siyasətinə xüsusi yer ayrılması bizi - Azərbaycan gənclərini çox ruhlandırdı. Biz gənclər əminik ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyi daha parlaq olacaq və bu gələcəyin qurucuları məhz biz - YAP gəncləri olacağıq.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi və xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
Rusiya cəmiyyəti “sosial darvinizm” modelinə qərq oldu…