Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Lənkəran şəhərində yerləşən Heydər Əliyev Xatirə Parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, onun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Daha sonra tədbir Lənkəran şəhər Heydər Əliyev Mərkəzində davam etdirilib. Konfransın əvvəlində Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev açıb. O, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqində səsləndirilən fikirlərin və qarşıya qoyulan vəzifələrin əhəmiyyətindən danışıb. İqbal Əmənullayev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra ölkəmiz yeni mərhələyə qədəm qoyub və bu mərhələdə qarşıda mühüm vəzifələr dayanır.
Daha sonra mövzu ilə bağlı çıxışlar dinlənilib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov çıxışında dövlətçilik, milli birlik və həmrəylik məsələlərinə toxunub. O, Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlərin Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib. Anar İsgəndərov bildirib ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin əsasında güclü dövlətçilik siyasəti və milli birlik dayanır.
1 saylı ərazi partiya təşkilatının fəal üzvü Emin Quliyev çıxışında Azərbaycanın yeni geosiyasi reallıqlarından danışıb. O, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra yaranmış yeni şəraitin Azərbaycanın qarşısında mühüm imkanlar açdığını bildirib. Emin Quliyev Prezident İlham Əliyevin VIII Qurultayda Azərbaycanın beynəlxalq mövqeyi, regional proseslər və milli maraqların qorunması ilə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayıb.
Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, YAP-ın VIII Qurultayının nümayəndəsi Tofiq Rzayev çıxışında Zəfərdən sonrakı dövrdə qarşıda duran vəzifələrdən danışıb. O, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin Azərbaycanın yeni inkişaf mərhələsinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib. Tofiq Rzayev bildirib ki, qurultayda müəyyənləşdirilən hədəflər ölkənin bütün bölgələrində olduğu kimi, Lənkəranda da fəaliyyət üçün mühüm istiqamətlər formalaşdırır.
Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru, YAP-ın VIII Qurultayının nümayəndəsi Ramiz Şəmmədov çıxışında dövlət təhlükəsizliyi, gənclər siyasəti və sosial məsələlərə diqqət çəkib. O, güclü dövlətin formalaşmasında təhsil və gənclərlə işin mühüm rol oynadığını bildirib. Ramiz Şəmmədov qeyd edib ki, gənc nəslin dövlətçilik dəyərlərinə bağlı ruhda yetişdirilməsi və onların ictimai proseslərdə fəal iştirakının təmin edilməsi qarşıda duran mühüm vəzifələrdəndir.
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, YAP-ın VIII Qurultayının nümayəndəsi Leyla Məcidova çıxışında ideoloji iş, milli-mənəvi dəyərlər və tarixi yaddaş məsələlərindən danışıb. O, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin və Azərbaycanın dövlətçilik tarixinin gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb. Leyla Məcidova bildirib ki, milli-mənəvi dəyərlərin qorunması və tarixi yaddaşın yaşadılması ideoloji fəaliyyətin əsas istiqamətlərindən biri olmalıdır.
Lənkəran-Astara Regional Mədəniyyət və Turizm İdarəsinin direktoru, YAP-ın VIII Qurultayının nümayəndəsi Bəxtiyar Qılıncov çıxışında qurultaydan irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsinə toxunub. O, partiyanın yerli təşkilatlarının fəaliyyətində vətəndaşlarla əlaqələrin daha da gücləndirilməsinin, partiya üzvlərinin fəallığının artırılmasının və ideoloji işin müasir tələblər əsasında qurulmasının əhəmiyyətini qeyd edib.
Çıxışlar zamanı Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlətçilik, milli birlik və həmrəylik, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi, yeni geosiyasi reallıqlar, təhlükəsizlik, sosial və iqtisadi inkişaf, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, gənclər və ideoloji fəaliyyətlə bağlı məsələlər müzakirə olunub.
Müşavirədə YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, partiya üzvlərinin ictimai fəallığının artırılması və ideoloji işin daha da gücləndirilməsi istiqamətində fikir və təkliflər səsləndirilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Rusiya cəmiyyəti “sosial darvinizm” modelinə qərq oldu…