PDF Oxu

Siyasət

  • 684

YAP Samux rayon təşkilatının Hacallı və Füzuli kənd ərazi partiya təşkilatlarında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

image

Oktyabrın 9-da Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının Hacallı və Füzuli kənd ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüşlər keçirilib.
Görüşlərdə YAP Samux rayon təşkilatının əməkdaşları çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı təşkilatın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və qarşıda duran vəzifələrin dəqiqləşdirilməsi baxımından mühüm siyasi hadisədir. Qeyd olunub ki, Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qurultaydakı çıxışı partiyanın qarşısında duran strateji hədəfləri, yeni dövrün çağırışlarını və bu istiqamətdə görülməli işləri aydın şəkildə ortaya qoyub. Partiya üzvləri dövlət başçısının müəyyənləşdirdiyi inkişaf strategiyasının mahiyyətini dərindən mənimsəməli, həyata keçirilən siyasətin məqsədlərinin ictimaiyyətə çatdırılmasında fəal iştirak etməlidirlər.
Hacallı və Füzuli kənd ərazi partiya təşkilatlarının sədrləri Sabit Verdiyev və Nəzər Camalov da çıxışlarında VIII Qurultayda müəyyənləşdirilən hədəflərin yerli səviyyədə həyata keçirilməsi istiqamətində görüləcək işlərdən bəhs ediblər. Onlar ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsinin, üzvlərlə işin sistemli şəkildə qurulmasının və partiya sıralarının möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər. Bildirilib ki, partiyanın qarşısında duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün hər bir üzv üzərinə düşən məsuliyyəti dərk etməli, təşkilati işlərdə fəallıq göstərməli və ictimai-siyasi proseslərdə yaxından iştirak etməlidir.
Görüşlərdə VIII Qurultayda müəyyənləşdirilən vəzifələrin yerli səviyyədə icrası, ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və partiya üzvlərinin ictimai fəallığının artırılması ilə bağlı məsələlər müzakirə olunub.

Digər xəbərlər