PDF Oxu

Siyasət

  • 1 438

“Azərbaycan Asiyada dialoq və əməkdaşlığın güclənməsinə mühüm töhfə verir” - DEPUTAT

“Azərbaycan Asiyada dialoq və əməkdaşlığın güclənməsinə mühüm töhfə verir” - DEPUTAT

"Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşü keçirilib". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, bu təşkilat qitə dövlətlərini ortaq maraqlar ətrafında birləşdirən, dialoq üçün imkanlar yaradan və qarşılıqlı anlaşmanın təşviqinə xidmət edən mühüm regional platforma olaraq Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirir: "AQEM üzvlərinin sayına görə Asiyanın ən böyük dialoq platformasıdır.

Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdəki çıxışında coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycanın Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynadığını bildirib. Dövlətimizin başçısı qeyd edib ki, "Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirmək məqsədi daşıyır.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. Bakı Sammitinin əhəmiyyəti yalnız qəbul edilən sənədlərlə məhdudlaşmır. Tədbir Azərbaycanın müxtəlif regional aktorlar arasında dialoqu təşviq edən, qarşılıqlı etimadın gücləndirilməsinə və Asiyada daha geniş əməkdaşlıq mühitinin formalaşmasına töhfə verən dövlət kimi mövqeyini bir daha nümayiş etdirir.

Bu beynəlxalq tədbir Azərbaycanın Asiya diplomatiyasının növbəti böyük uğuru və ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi kimi rolunu gücləndirən mühüm hadisədir".

Digər xəbərlər